20 ilin uğurları və problemləri  

 

Bakı Uşaq və Ggənclər teatrının kollektivi yubileyində də layiqincə sevinə bilməyib

 

 

Mayın 14-də Azərbaycan teatrları içərisində öz dəsti-xətti, istiqaməti həm aqibətiylə fərqlənən Bakı Uşaq Gənclər Teatrının 20 illik yubileyi tamam oldu. Uzun illər məkan problemi yaşayan Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına Mədəniyyət evinə "sığınan" kollektiv bu 20 il ərzində yaşadığı bütün məhdudiyyətlərə rəğmən, 150-yə yaxın müxtəlif mövzulu, daha çox maarifləndirici tamaşalarıyla həm balacaların, həm böyüklərin qəlbinə yol tapmağı bacarıb. İki il öncəyə qədər Bakı Uşaq Teatrı adlanan mədəniyyət ocağı buna baxmayaraq, 100-ə yaxın uşaq, 50-yə yaxın da böyüklər üçün tamaşalar hazırlayıb. Məhz fəaliyyətinin bu rəngarəngliyinə görədir ki, iki il öncə teatrın direktoru, Əməkdar artist İntiqam Soltanın təklifi İqtisadiyyat Nazirliyinin əmriylə adı dəyişdirilərək Bakı Uşaq Gənclər Teatrı adlandırılmağa başladı. Əlbəttə, bu da onun fəaliyyət istiqamətinə təsirsiz ötüşmədi. Artıq onun qapıları bütün yaş qrupundan insanlar üçün taybatay açıqdır.

 

Lakin təəssüfverici haldır ki, 20 il ərzində Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında, eləcə gələcəyimiz olan uşaqların yetişdirilməsində müstəsna zəhmətə malik teatrın yubileyi lazımi orqanlar tərəfindən diqqətdən kənarda qaldı. Teatr fəaliyyətə başlamasının 20-ci ildönümünü bu günlərdə öz ssenarisi, öz layihəsi əsasında fərqli maraqlı aksiya ilə qeyd etdi. Belə ki, kollektiv yubiley münasibətilə Suraxanı rayonu ərazisində "20 il üçün 20000 addım" adlı tədbir hazırladı.

 

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının nümayəndələri, Suraxanı rayon Gənclər evinin fəalları rayon sakinləri iştirak etdilər.

 

Tədbirdən öncə rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında Ulu öndərin abidəsi ziyarət olundu. Sonra Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda bayram əhval-ruhiyyəli şou-proqram təqdim olundu. Müxtəlif musiqi nömrələri, məşhur sehrbaz, uşaqların sevimlisi Tofiq İsgəndərlinin iştirakı ilə illüziya səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

Bakı Uşaq Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan teatrın fəaliyyətinə göstərdikləri diqqət qayğıya görə rayon İcra Hakimiyyətinə, YAP rayon təşkilatına minnətdarlığını bildirdi.

 

İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək teatrın kollektivini yubiley münasibətilə təbrik etdilər.

 

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri Vüqar Seyidov teatr adından təşəkkürnamə ilə təltif edildilər. İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva YAP rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev "Teatrın dostu" nominasiyası üzrə təltif olundular.

 

Sonda teatrın əməkdaşlarına fəxri fərmanlar təşəkkürnamələr təqdim olundu.

 

 

 

Əlbəttə, Suraxanı rayonu İcra Hakimiyyətinin, eləcə də, YAP rayon təşkilatının teatra göstərdiyi bu diqqət və qayğı çox xoş, təqdirəlayiq hadisədir. Ancaq belə bir mötəbər hadisənin ən azından mədəniyyət və teatr sahəsində söz sahibi olan yüksək rəsmi qurumlar tərəfindən xatırlanıb, qeyd olunması gözlənilirdi. Təəssüf ki, həm teatr kollektivinin, həm də biz tamaşaçıların gözləntiləri özünü doğrultmadı. 20 ildən bəri kiçik kollektivi və məhdud şəraitiylə bu mədəniyyət ocağını yaşatmağa çalışan direktor İntiqam Soltan da bu laqeyd münasibətdən incikliyini gizlətmədi və qəzetimizə bu haqda açıqlamasında bildirdi: "Hər zamanki kimi bu dəfə də diqqətdən kənarda qaldıq, yenə də "öz əlimiz, öz başımız oldu". Yubiley tədbirinin ideyasını da özümüz hazırladıq, özümüz keçirdik. Çalışdıq ki, fərqli bir şey edək. Həmin günlərdə şəhərdə baş verən bəzi hadisələr planlarımızın dəyişməsinə səbəb oldu. Şəhər mərkəzində mitinq ediləcəyini eşitdikdüşündük ki, bizim yürüş marafonumuz əsnasında hansısa bir məsuliyyətsiz insan aramıza girib nəsə qışqırsa, lazımsız şüar səsləndirsə, xoşagəlməz hallar baş verə bilər. Ona görə də teatrın qarşısındakı parkda tədbirin açılışını keçirdiksonra da Heydər Əliyev Parkına və Suraxanı İcra Hakimiyyətinin qarşısına getdik. Bütün bu tədbirlər üçün Suraxanı rayon İcra Hakimiyyətinin başçısından rəsmi icazə alınmışdı. Ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyandan sonra gözəl bir səhnəciklərlə çıxış etdik. Çox maraqla qarşılandı. Düzü, heç təəssüflənmədim ki, yenə də diqqətdən kənarda qaldıq. Özüm diqqətsiz olsam, təəssüflənərdim, amma başqasına görə təəssüflənmərəm.

 

Onu da qeyd edim ki, bu günlərdə Prezident mükafatına layiq görülənlər sırasında da teatrımızın əməkdaşımızın adı olmadı. 20 illik zəhmətimiz bu məqamda da nəzərə alınmadı. Bu bütün kollektivimizdə məyusluq yaratdı. Amma inanıram ki, bu, belə davam etməyəcək. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi İbrahim Əliyevlə bir neçə dəfə görüşüb bütün bu problemlər haqqında müzakirə aparmışıq. Düşünürəm ki, Bakı Uşaq və Gənclər Teatrı 20 ildə görmədiyi diqqəti və etimadı ondan görəcək. Bütün hallarda biz yenə də işimizin başındayıq. Yeni tamaşalar, yeni premyeralarla izləyicilərimizin yolunu gözləyirik".

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 19 may.- S.7.