Akademik Əli Quliyevin doğumundan 110 il keçir

 

Bu münasibətlə AMEA Gəncə bölməsində elmi konfrans keçirilib

 

Xalqımızın yetirməsi olan alimlərimiz daim Azərbaycan zəkasının qüdrətini dünyaya tanıtmışlar. Onlar öz fundamental fəaliyyətləri ilə elmimizin qızıl fondunu formalaşdırmışlar. Belə alimlərimizdən biri neft kimyası sahəsinin görkəmli simalarından olan Əməkdar elm xadimi, iki dəfə Sovet İttifaqının, bir dəfə Azərbaycanın ən ali dövlət mükafatları laureatı akademik Əli Quliyevdir (1912-1989).

 

Əli Quliyev İkinci Dünya müharibəsi illərində öz müəllimi, böyük alimimiz  Yusif Məmmədəliyevlə birlikdə,  faşizm üzərində qələbə naminə hərbi sənaye üçün vacib tədqiqatlar onların praktik tətbiqi sahəsində çalışıb bu işlərə  görə, iki dəfə Sovet İttifaqının ən yüksək səviyyəli nailiyyətlərə verilən Stalin mükafatına layiq görülüb. Demək yerinə düşər ki, İkinci Dünya müharibəsinin ilk aylarında müşahidə olunan qumbara çatışmazlığını digər vasitələrlə aradan qaldırmaq üçün məhz Bakıda  ixtira edilən, indi "Molotov kokteyli" kimi tanınan,  partlayıcı-yandırıcı maddələrin qarışığından ibarət, ən əsası isə asan hazırlana bilən hərbi vasitənin müəllifləri Yusif Məmmədəliyev onun rəhbərliyi altında işləyən gənc Əli Quliyev onun həmkarlarıdır.  

 

İstər müharibə dövründə, istər sonrakı mərhələdə Əli Quliyev motor yağlarının keyfiyyətini yüksəldən aşqarların alınması üzrə qiymətli tədqiqatları ilə Azərbaycan neft kimyası  elmini dünya miqyasında qabaqcıl mövqeyə çıxarıb. Akademik Əli Quliyevin rəhbərliyi ilə keçmiş Sovetlər İttifaqında həmin profildə yeganə olan Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutu yaradılıb. O, 1965-1987-ci illərdə Aşqarlar Kimyası İnstitutunun direktoru olub.

 

1970-ci ildə akademik Əli Quliyev onun rəhbərlik etdiyi institutun əməkdaşları Bakı neftlərindən alınan motor yağlarının keyfiyyətini yüksəltmək üçün səmərəli aşqarların texnologiyasının hazırlanması sənayedə tətbiqi işinə onlar əsasında kompozisiya yaratdıqlarına görə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adına layiq görülüb. 1974-cü ildə alimə Azərbaycanın Əməkdar elm xadimi adı verilib. Hazırda respublikamızın bir sıra elm tədris müəssisələrində çalışan 5 nəfər akademik, 16 nəfər elmlər doktoru, 60 nəfərdən  artıq elmlər namizədi Əli Quliyevin yetişdirmələridir.

 

Bu il mayın 31-də bu görkəmli alimin anadan olmasından 110 il keçir. Görkəmli alimin yubiley tarixi münasibətilə AMEA Gəncə bölməsində "Müasir neft kimyasının aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Giriş sözündə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli alimin həyat yaradıcılığı haqqında danışıb, onun Azərbaycanın, keçmiş SSRİ-nin, eləcə dünya elminin neft kimyası tədqiqatları sahəsinə  əvəzolunmaz töhfələr  verdiyini qeyd edib, eləcə bu böyük ziyalının yüksək insani keyfiyyətlərindən söhbət açıb. O, həmçinin, AMEA Gəncə Bölməsinin təşəkkülündə Əli Quliyevin böyük xidmətləri olduğunu, 41 il bundan qabaq, məhz bu görkəmli alimimizin təşəbbüsü ilə onun rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunun nəzdində Gəncə Elm Mərkəzinin yaradıldığını xatırladıb.

 

Alimin yetirmələrindən - AMEA-nın Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Həqiqət Cavadova    həmin institutun böyük elmi işçisi, dosent Elmira Nağıyeva da elmimizin bu görkəmli nümayəndəsinin Azərbaycanın  ziyalısının ən yüksək xüsusiyyətlərinin daşıyıcısı olduğunu dilə gətiriblər, həmçinin onun yorulmaz tədqiqatçılıq təşkilatçılıq xüsusiyyətlərini vurğulayıblar. Qonaqlar, həmçinin, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda çapdan çıxmış "Motor yağları onlara aşqarlar" kitabını da AMEA Gəncə Bölməsinə hədiyyə ediblər.   

 

Elmi-praktik konfransa Bakı Gəncənin elm ali təhsil müəssisələrində çalışan, neft kimyasının bir sıra aspektləri üzrə tədqiqatlar aparan mütəxəssislər qatılıblar. Bu elmi görüşdə sözügedən sahəyə aid 14 məruzə dinlənilib onlar ətrafındə müzakirələr aparılıb. Akademik Əli Quliyevin yubileyinə ithaf edilən konfransın müvafiq sahədə çalışan gənc tədqiqatçılar üçün faydalı olacağı qeyd edilib.

 

Zakir MURADOV

Gəncə

 

525-ci qəzet.- 2022.- 19 may.- S.7.