"Könüllərdə yaşayan Natəvan"
Mayın
19-da Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin təşkilatçılığı
ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın
görkəmli şairi
Xurşidbanu Natəvanın
190 illik yubileyinə həsr edilən "Könüllərdə yaşayan
Natəvan" adlı
tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, Baş İdarənin rəisi İbrahim Əliyev, ədəbiyyatın
və ictimaiyyətin tanınmış nümayəndələri,
gənclər və jurnalistlər iştirak ediblər.
Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova tədbiri giriş sözüylə
açaraq Xurşidbanu
Natəvanın həyat
və yaradıcılığından
ətraflı məlumat
verib. Deyib ki, o, Azərbaycan
mədəniyyəti tarixində
lirik şair və rəssam kimi şöhrət tapıb. Nizami, Füzuli və
Nəvai kimi nəhəng sənətkarların
yüksək poetik ənənəsindən tərbiyə
alıb böyüyən
Natəvanın ötən
yüzillikdə Azərbaycanda
yazıb-yaradan qadın
şairələrin ən
istedadlı nümayəndəsi
olduğunu bildirib.
Daha sonra şairin həyat və yaradıcılığını
əks etdirən videoçarx nümayiş
olunub.
Milli Məclisin
deputatı Aydın Hüseynov Xan qızının həyat
və yaradıcılığından
bəhs edərək cari ildə Natəvanın 190 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin
önəmini vurğulayıb. O, Natəvanın
öz xeyirxahlığı,
istedadı və ictimai fəaliyyətiylə
insanlıq nümunəsi
olduğunu deyib.
Şair,
publisist, Azərbaycan Respublikası "Xatirə
Kitabı" Redaksiyasının
baş redaktoru, "Yada düşdü" jurnalının təsisçisi
və baş redaktoru Nəzakət Məmmədli və yazıçı-publisist Pərixanım
Mikayılova X.Natəvanın
həyat və yaradıcılığı haqqında
geniş məruzəylə
çıxış ediblər.
Xalq yazıçısı
Əzizə Cəfərzadənin
oğlu Turan İbrahimov yazıçının
Natəvanla bağlı
tədqiqatları və
kitabları haqqında
danışıb, əlyazma
və arxiv materiallarını tədbir
iştirakçılarına təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının katibi, yazıçı, publisist
Şahanə Müşfiq
çıxışında Natəvan da daxil olmaqla Şuşada
doğulub, böyüyən
incəsənət xadimləri
Üzeyir Hacıbəyli
və Bülbülün
güllələnmiş heykəllərindən
danışıb, Şuşanın
azadlığını onların
ruhunun azadlığı,
hüzuru kimi dəyərləndirib. O, Natəvanın
Şuşadakı evinin,
adını daşıyan
bulağın, həmçinin,
Ağdamda İmarət
qəbiristanlığındakı məzarının mənfur
düşmənlər tərəfindən
dağıdıldığını diqqətə çatdıraraq,
artıq onların dövlətimiz tərəfindən
əsaslı təmir-bərpa
edildiyini deyib və bu faktı
da dövlətimizin ədəbiyyata, mədəniyyətə
və tarixə yüksək dəyəri
kimi qiymətləndirib.
Xan qızının 190 illik yubileyinin Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə dövlət səviyyəsində keçirilməsinin
əhəmiyyətindən danışaraq bu ildə onun həyat və yaradıcılığının daha geniş tədqiqata cəlb olunmasının önəmini
də vurğulayıb.
O, insanlıq və qadınlıq nümunəsi
Natəvanın dərindən
araşdırılaraq gələcək
nəsillərə tanıdılmasının
vacib olduğunu deyib.
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin
üzvləri Gülarə
Munis, Zərəngiz Mansurova və digər çıxışçılar
Xurşidbanu Natəvanın
Azərbaycan ədəbiyyatı
tarixində diqqətəlayiq
yer tutan söz ustalarından olduğunu vurğulayıb,
onun kitabları haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbəsi
Səma Həmzəyevanın
ifasında Xurşidbanu
Natəvanın "Qərənfil"
romansı, "Evləri
var xana-xana" xalq mahnısı səsləndirilib.
MEHRİ
525-ci qəzet.- 2022.- 20 may.- S.8.