Tanınmış alim Raqub Kərimovun 75 illiyi qeyd edilib

 

Bu gün Yazıçılar Birliyində Filologiya üzrə elmlər doktoru  Raqub Kərimovun 75 illik yubiley tədbiri keçirilib.

 

Tədbirin aparıcısı AYB-in katibi İlqar Fəhmi alimi yubiley münasibəti ilə təbrik edərək, onun yaradcılıq fəaliyyətindən  söhbət açıb: "Özümü xoşbəxt hiss edirəm ki, Azərbaycan Televiziyasında uzun illər Raqub Kərimovla birlikdə çalışmışıq".

 

Akademik Möhsün Nağısoylu çıxışında deyib: "Tədqiqat işinin dərəcədə ağır olduğunu bir çoxumuz bilirik. Deyərdim ki, Raqub bu işin öhdəsindən daim məharətlə gəlib. İstənilən bir mühiti öyrənmək üçün onun xırdalığına varmalısan. Qarabağ şairlərini araşdırmaq, elə Qarabağı yaşatmaq deməkdir".

 

Əlyazmalar İnstitutunun icraçı direktoru Paşa Əlioğlu yubilyarın elmi fəaliyyətilə yanaşı pedaqoji fəaliyyətindən söz açıb: "Raqub müəllim savadlı alim olmasıyla yanaşı, həm gözəl pedaqoqdur".

 

Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, alimin elmi araşdırmalarının dərc etdirdiyi kitabların gələcək nəsillərə ötürülməsinin vacib olduğunu qeyd edib.

 

Filologiya üzrə fəlsəfə doktoru Yaqub Babayev öz çıxışında alimin geniş biliyə malik olmasından Əlyazmalar İnstitutundakı fəaliyyətindən söz açıb.

 

Bir çox alimlərin ədəbiyyat nümayəndələrinin söz aldığı tədbirdə yubliyarın kitabları tədbir iştirakçılarına təqdim olunub.

 

Əntiqə KƏRİMZADƏ

 

525-ci qəzet.- 2022.- 20 may.- S.8.