Hüseyn Cavid
haqqında elektron məlumat bazası
hazırlanıb
Bu il görkəmli
şair, dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illik yubileyidir. Əlamətdar yubileylə əlaqədar
Mədəniyyət Nazirliyi
tərəfindən müvafiq
tədbirlər planı
tərtib olunub. Tədbirlər planına uyğun
olaraq Milli Kitabxananın əməkdaşları
“Azərbaycan ədəbiyyatının
söz və fikir zadəganı – Hüseyn Cavid” adlı elektron məlumat bazası hazırlayıblar.
Elektron məlumat bazası “Rəsmi sənədlər”,
“Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas
tarixləri”, “Hüseyn
Cavidin cənazəsinin
Azərbaycana gətirilməsi”,
“Görkəmli şəxslər
Hüseyn Cavid haqqında”, “Əsərləri”,
“Haqqında”, “Xatirəsinin
əbədiləşdirilməsi” və “Fotoqalereya” bölmələrindən ibarətdir.
Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna
malik yaradıcılığı
ilə ədəbiyyatımızda
yeni bir mərhələnin başlanğıcını
qoyub. Sənətkarın dünya romantizm
ənənələri zəminində
bəşəriyyətin mənəvi
həyatı ilə bağlı axtarışlarının
ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatına ilk dəfə
olaraq sonet, marş, şərqi-türkü,
mənzum dram kimi janrları gətirib. Ölkəmizdə
teatr mədəniyyətinin yüksək
nailiyyətlər qazanmasında Cavid
dramaturgiyası mühüm rol oynayıb. “Şeyx Sənan”,
“Uçurum”, “İblis”,
“Topal Teymur”, “Səyavuş”
və “Xəyyam” kimi dramları, “Azər”
poeması, habelə lirik-fəlsəfi şeirləri ilə Hüseyn Cavid öz adını Azərbaycan ədəbiyyatının
qızıl səhifələrinə əbədi həkk etdirib.
525-ci qəzet.- 2022.- 21 may.- S.13.