Sabir Rüstəmxanlı
yaradıcılığı: zaman və milli kimlik
2016-cı ildə Almaniyada "Sübhdən əvvəl"
adlı altı hissəli film nümayiş olundu. Film Avropada yaxşı
qarşılandı və bir neçə mükafat
aldı. Alman rejissoru Marie
Schrader filmdə məşhur yazıçı Stefan
Zvayqın 1936-1942-ci illərini təsirli bir anlatımla təqdim etməyi
bacarıb.
Əslində, Stefan Zvayq "Dünənin
dünyası" adlı əsərində
ölümündən əvvəl yaşadığı
dövrü təsvir etməklə o dövrün
panoramasını ustalıqla çəkib. 2016-cı ildə
çəkilən film də bu əsərdən yararlanaraq o
dövrü tamaşaçılara göstərməyə
çalışıb. Heç vaxt məhv edilməyəcəyi
düşünülən Avstriya-Habsburq İmperiyası,
sürətlə inkişaf edən və sənayeləşən
Avropa, ardından gələn mənasız müharibələr,
ölümlər və dağılmalar... "Dünənin
dünyası" əsəri insanlara həyatın birdən-birə
necə təkamül etdiyini və çevrildiyini çox
gözəl və səlis bir dillə izah edir.
"Sübhdən
əvvəl" filmində Stefan Zvayq və həyat
yoldaşı Lotte Braziliyada əzizlənsələr də,
onlar hiss edirlər ki, öz ölkələri yoxa
çıxıb və heç vaxt öz ölkələrinə
qayıtmaq mümkün olmayacaq. İkisi də
22 fevral 1942-ci ildə Rio-de-Janeyrodan təxminən 50 kilometr
şimal-şərqdə yerləşən Petropolisdə
intihar edəndə hər kəsə dərs olacaq bir mesaj
buraxırlar. Həmin mesaj belədir:
"Eviniz (yurdunuz) yoxdursa, gələcəyiniz də
yoxdur!"
Oxuyan və eşidən hər kəsə təsir edən
bu cümlə bir əsrdən artıqdır ki, Azərbaycan ədəbiyyatının
ən mühüm mövzusudur.
Dövrün ruhunu yaxşı dərk edən, o
dövrdə Avropa mühitinin burjuaziya təbəqəsində
öz yerini tutan və mühüm əsərlər ərsəyə
gətirən Stefan Zvayq öz əsərlərində
yaşayan, zamanla dəyişən insanlar və ədəbiyyat
arasındakı əlaqəni çox aydın şəkildə
təqdim etməyə müvəffəq olmuşdu.
Eyni dövrdə yaşayan Azərbaycan ziyalıları
və ədəbiyyatı XIX əsrin sonu, iyirminci əsrin əvvəllərində
yazdıqları əsərlərlə, irəli
sürdükləri əməllərlə avropalılardan
geri qalmırdı. Peterburq, Paris, İstanbul kimi mühüm elm və mədəniyyət
mərkəzlərində təhsilini başa vuran Azərbaycan
ziyalıları ərəb, fars kimi şərq dilləri ilə
yanaşı, rus və fransız kimi qərb dillərini də
bildikləri üçün təkcə Azərbaycanda deyil,
bütün türk dünyasında deyiləcək sözlər
var idi.
Təəssüflər olsun ki, bu nəsil
ziyalıların bir qismi Stalinin terroru ilə məhv edildi, digərləri
isə vətənlərini tərk etməli oldular.
İkinci Dünya Müharibəsindən sonra yaranan ədəbiyyatda
əsas mövzu müharibə və o müdhiş illərin
insanların başına gətirdiyi faciədir. Mirzə
İbrahimov, Sabit Rəhman, İsa Hüseynov, İsmayıl
Şıxlı, İlyas Əfəndiyev kimi
yazıçı və şairlər bu mövzuda
mühüm əsərlər yazmışlar. Onların yazdıqları romanlar, hekayələr və
şeirlər müharibədən bəhs etməklə
yanaşı, Azərbaycan türkcəsinin inkişafına və
yaşamasına da böyük töhfələr verib.
"Altmışıncılar" kimi tanınan İsa
Hüseynov, Rəsul Rza, Mehdi Hüseyn kimi yazıçı və
şairlər öz əsərlərində bir ideologiya təbliğat
aparmış kimi görünsələr də, Azərbaycan
oxucusunun dünyagörüşünü dəyişdirməyə
çalışaraq əsərlərində
ölkə, dil, adət-ənənə, millilik kimi
mövzuları əks etdirdilər.
"Altmışıncı" adlanan
ziyalıların himayəsi altında, "təşviqedici"
əsərləri ilə yetişən yeni nəsil istiqlal, azadlıq, millilik
mövzularında şeirlər, romanlar yazmağa
başladılar. Bəxtiyar Vahabzadə, Məmməd Araz,
Anar, Elçin, Fərman Kərimzadə, Halil Rıza, Sabir
Rüstəmxanlı, Rüstəm Behrudi kimi ziyalılar ədəbiyyatda
gerçək tarixlə üz-üzə durmağın əsasını
qoydular.
1970-ci illərdə ədəbiyyata gələnlər
arasında görkəmli ədəbi-siyasi xadimlərdən
biri olan şair Sabir Rüstəmxanlı 1976-cı ildə
dissertasiyası üçün "Molla Nəsrəddin və
folklor" mövzusunu seçmişdi.
Məncə, bu, "təsadüfi"
olaraq seçilən bir məvzu deyildi.
Molla Nəsrəddin də Koroğlu və Dədə
Qorqud kimi bütün türk dünyasının ortaq şəxsiyyətlərindən
biridir. Elə
həmin illərdə (1975) Oljas Süleymanov "Az İ Ya"yı, Çingiz Aytmaov isə
"Gün var Əsrə Bərabər" (1980) əsərlərini
nəşr etdirdilər.
Bütün Sovet İttifaqında eyni vaxtda başlayan
ortaq türk folklor ünsürlərinə və ortaq şəxsiyyətlərə
meyl tezliklə kimlik axtarışı probleminə çevriləcəkdi. Sabir Rüstəmxanlının
eyni illərdə ard-arda işıq üzü görən
"Sağ ol ana dilim", "Gəncə
qapısı", "Qan Yaddaşı"
kitablarının ortaq mövzusu insanın özünə
qayıtması, keçmişdə gələcəyi axtarmaq
idi.
1989-cu ildə çap olunan və əldən-ələ
yayılan "Ömür kitabı" getdikcə
qabarıqlaşan indentitet probleminin əsəri idi. Şair Sabir bu dəfə rəngarəng
və sarkastik Molla Nəsrəddin üslubu ilə oxucuya sual
verirdi: "Deyirsən, Füzuli bizim şairimizdir. Füzuli "türkəm" deyir, bəs sən
kimsən?"
İnsanları güzgüyə baxıb
özünü kəşf etməyə vadar edən bu sual həm
də saxta tarix qarşısında bir sillə idi.
Cəmiyyətdə
böyük oyanışa səbəb olan bu əsər
haqqında şair sonralar mənə bunları söyləyəcəkdi:
"Ömür kitabı o zaman yüz min tirajla çap olundu. Hətta nikah zamanı gəlinin cehizi hədiyyə
kimi qoyulurdu".
Yaşadığı dövrü dərk edən, cəmiyyəti
axtarışa yönəldə bilən, öz
zamanını və gələcəyini bir araya gətirən,
hədəfə doğru qorxmadan addımlayan fərdlər cəmiyyətin
qabaqcılları olmaq hüququna malikdir. Sabir Rüstəmxanlı
həm ədəbiyyatda, həm də sistemə qarşı
üsyanda aparıcı rolunu mənimsəyən
ziyalılardan biri oldu.
O, bir
şair, fikir adamı kimi topluma, dövrünün
adamlarına, ətrafına sual verməzdən əvvəl
özünə suallar verirdi. 1986-cı ildə çap olunan
"Qan Yaddaşı" kitabında "Sönmüş
ocaq ağrısı" adlı şeirin ilk misrası
axtarışla başlayırdı:
"Tarix adlı bir güzgüdə, Mən
özümü axtarıram".
Bu axtarış təkcə özünə aid deyildi. Tarixdə qoyduğu izləri
də axtarır və axtarışlar suala çevrilirdi:
"Bayrağımın ilk rəngi nə, nişanı
nə?"
Amerikalı yazıçı Elie Vizel, "Hər sualın cavabı olmayan bir gücü var", deyəndə yanılmır. Sabir Rüstəmxanlı kimi xalqının tarixini, taleyini düşünən ziyalıların ilk oxunuşda sadə görünən suallarla cəmiyyəti oyanışa, müqavimətə sürükləmələri öz dövrünün ruhunu yaxşı anlamalarından irəli gəlir. Bu, ancaq regional sərhədləri keçərək bütün dünyaya baxmaq qabiliyyətini göstərən insanlar üçün mümkündür.
Onu Türkiyədən ilk tanıyanlardan olan mərhum İbrahim Bozyel söhbətlərinin birində Rüstəmxanlını belə təsvir edirdi: "Sabir Azərbaycanın bir ucqar kəndində doğulub boya-başa çatıb. Amma o, İstanbulda, Parisdə, Nyu-Yorkda böyümüş kimi dünyanı bilən, özünə inamı olan biridir".
Şair, ziyalı, istiqlalçı, siyasətçi Sabir Rüstəmxanlı ilə ömrünün ən cəld və məhsuldar dövründə tanış olmaqdan çox qürur duyuram. Əminəm ki, o, ən yetkin çağ olan yetmişinci illərin müdrikliyi ilə daha yaxşı əsərlər yaradacaq.
Sabir
Rüstəmxanlı yaradıcılığı: zaman və
milli kimlik
Sabir
Rüstəmxanlı yaradıcılığı: zaman və milli kimlik
YazarOxunub:
331 dəfəa -A +21.05.22 18:00
Facebook
Twitter
WhatsApp
Orxan
ARAS
2016-cı
ildə Almaniyada "Sübhdən əvvəl" adlı
altı hissəli film nümayiş olundu. Film Avropada
yaxşı qarşılandı və bir neçə
mükafat aldı. Alman rejissoru
Marie Schrader filmdə məşhur yazıçı Stefan
Zvayqın 1936-1942-ci illərini təsirli bir anlatımla təqdim etməyi
bacarıb.
Ətraflı
Əslində,
Stefan Zvayq "Dünənin dünyası" adlı əsərində
ölümündən əvvəl yaşadığı
dövrü təsvir etməklə o dövrün
panoramasını ustalıqla çəkib. 2016-cı ildə
çəkilən film də bu əsərdən yararlanaraq o
dövrü tamaşaçılara göstərməyə
çalışıb. Heç vaxt məhv edilməyəcəyi
düşünülən Avstriya-Habsburq İmperiyası,
sürətlə inkişaf edən və sənayeləşən
Avropa, ardından gələn mənasız müharibələr,
ölümlər və dağılmalar... "Dünənin
dünyası" əsəri insanlara həyatın birdən-birə
necə təkamül etdiyini və çevrildiyini çox
gözəl və səlis bir dillə izah edir.
"Sübhdən
əvvəl" filmində Stefan Zvayq və həyat
yoldaşı Lotte Braziliyada əzizlənsələr də,
onlar hiss edirlər ki, öz ölkələri yoxa
çıxıb və heç vaxt öz ölkələrinə
qayıtmaq mümkün olmayacaq. İkisi də 22 fevral 1942-ci
ildə Rio-de-Janeyrodan təxminən 50 kilometr şimal-şərqdə
yerləşən Petropolisdə intihar edəndə hər kəsə
dərs olacaq bir mesaj buraxırlar. Həmin mesaj belədir:
"Eviniz
(yurdunuz) yoxdursa, gələcəyiniz də yoxdur!"
Oxuyan
və eşidən hər kəsə təsir edən bu
cümlə bir əsrdən artıqdır ki, Azərbaycan ədəbiyyatının
ən mühüm mövzusudur.
Dövrün
ruhunu yaxşı dərk edən, o dövrdə Avropa
mühitinin burjuaziya təbəqəsində öz yerini tutan
və mühüm əsərlər ərsəyə gətirən
Stefan Zvayq öz əsərlərində yaşayan, zamanla dəyişən
insanlar və ədəbiyyat arasındakı əlaqəni
çox aydın şəkildə təqdim etməyə
müvəffəq olmuşdu.
Eyni
dövrdə yaşayan Azərbaycan ziyalıları və ədəbiyyatı
XIX əsrin sonu, iyirminci əsrin əvvəllərində
yazdıqları əsərlərlə, irəli
sürdükləri əməllərlə avropalılardan
geri qalmırdı. Peterburq, Paris, İstanbul kimi mühüm
elm və mədəniyyət mərkəzlərində təhsilini
başa vuran Azərbaycan ziyalıları ərəb, fars kimi
şərq dilləri ilə yanaşı, rus və fransız
kimi qərb dillərini də bildikləri üçün təkcə
Azərbaycanda deyil, bütün türk dünyasında deyiləcək
sözlər var idi.
Təəssüflər
olsun ki, bu nəsil ziyalıların bir qismi Stalinin terroru ilə
məhv edildi, digərləri isə vətənlərini tərk
etməli oldular.
İkinci
Dünya Müharibəsindən sonra yaranan ədəbiyyatda əsas
mövzu müharibə və o müdhiş illərin
insanların başına gətirdiyi faciədir. Mirzə
İbrahimov, Sabit Rəhman, İsa Hüseynov, İsmayıl
Şıxlı, İlyas Əfəndiyev kimi
yazıçı və şairlər bu mövzuda
mühüm əsərlər yazmışlar. Onların
yazdıqları romanlar, hekayələr və şeirlər
müharibədən bəhs etməklə yanaşı, Azərbaycan
türkcəsinin inkişafına və yaşamasına da
böyük töhfələr verib.
"Altmışıncılar" kimi tanınan İsa
Hüseynov, Rəsul Rza, Mehdi Hüseyn kimi yazıçı və
şairlər öz əsərlərində bir ideologiya təbliğat
aparmış kimi görünsələr də, Azərbaycan
oxucusunun dünyagörüşünü dəyişdirməyə
çalışaraq əsərlərində
ölkə, dil, adət-ənənə, millilik kimi
mövzuları əks etdirdilər.
"Altmışıncı" adlanan ziyalıların himayəsi
altında, "təşviqedici" əsərləri ilə
yetişən yeni nəsil
istiqlal, azadlıq, millilik mövzularında şeirlər,
romanlar yazmağa başladılar. Bəxtiyar Vahabzadə, Məmməd
Araz, Anar, Elçin, Fərman Kərimzadə, Halil Rıza,
Sabir Rüstəmxanlı, Rüstəm Behrudi kimi ziyalılar ədəbiyyatda
gerçək tarixlə üz-üzə durmağın əsasını
qoydular.
1970-ci
illərdə ədəbiyyata gələnlər arasında
görkəmli ədəbi-siyasi xadimlərdən biri olan
şair Sabir Rüstəmxanlı 1976-cı ildə
dissertasiyası üçün "Molla Nəsrəddin və
folklor" mövzusunu seçmişdi. Məncə, bu, "təsadüfi"
olaraq seçilən bir məvzu deyildi.
Molla
Nəsrəddin də Koroğlu və Dədə Qorqud kimi
bütün türk dünyasının ortaq şəxsiyyətlərindən
biridir. Elə həmin illərdə (1975) Oljas Süleymanov
"Az İ Ya"yı, Çingiz Aytmaov isə "Gün
var Əsrə Bərabər" (1980) əsərlərini nəşr
etdirdilər.
Bütün
Sovet İttifaqında eyni vaxtda başlayan ortaq türk folklor
ünsürlərinə və ortaq şəxsiyyətlərə
meyl tezliklə kimlik axtarışı probleminə çevriləcəkdi.
Sabir Rüstəmxanlının eyni illərdə ard-arda
işıq üzü görən "Sağ ol ana dilim",
"Gəncə qapısı", "Qan Yaddaşı"
kitablarının ortaq mövzusu insanın özünə
qayıtması, keçmişdə gələcəyi axtarmaq
idi.
1989-cu
ildə çap olunan və əldən-ələ yayılan
"Ömür kitabı" getdikcə qabarıqlaşan
indentitet probleminin əsəri idi. Şair Sabir bu dəfə rəngarəng
və sarkastik Molla Nəsrəddin üslubu ilə oxucuya sual
verirdi: "Deyirsən, Füzuli bizim şairimizdir. Füzuli
"türkəm" deyir, bəs sən kimsən?"
İnsanları
güzgüyə baxıb özünü kəşf etməyə
vadar edən bu sual həm də saxta tarix qarşısında
bir sillə idi.
Cəmiyyətdə
böyük oyanışa səbəb olan bu əsər
haqqında şair sonralar mənə bunları söyləyəcəkdi:
"Ömür kitabı o zaman yüz min tirajla çap olundu. Hətta nikah
zamanı gəlinin cehizi hədiyyə kimi qoyulurdu".
Yaşadığı
dövrü dərk edən, cəmiyyəti axtarışa
yönəldə bilən, öz zamanını və gələcəyini
bir araya gətirən, hədəfə doğru qorxmadan
addımlayan fərdlər cəmiyyətin qabaqcılları
olmaq hüququna malikdir. Sabir Rüstəmxanlı həm ədəbiyyatda,
həm də sistemə qarşı üsyanda aparıcı
rolunu mənimsəyən ziyalılardan biri oldu.
O,
bir şair, fikir adamı kimi topluma, dövrünün
adamlarına, ətrafına sual verməzdən əvvəl
özünə suallar verirdi. 1986-cı ildə çap olunan
"Qan Yaddaşı" kitabında "Sönmüş
ocaq ağrısı" adlı şeirin ilk misrası
axtarışla başlayırdı:
"Tarix
adlı bir güzgüdə, Mən özümü
axtarıram".
Bu
axtarış təkcə özünə aid deyildi. Tarixdə
qoyduğu izləri də axtarır və axtarışlar
suala çevrilirdi:
"Bayrağımın
ilk rəngi nə, nişanı nə?"
Amerikalı
yazıçı Elie Vizel, "Hər sualın cavabı
olmayan bir gücü var", deyəndə yanılmır.
Sabir Rüstəmxanlı kimi xalqının tarixini, taleyini
düşünən ziyalıların ilk oxunuşda sadə
görünən suallarla cəmiyyəti oyanışa,
müqavimətə sürükləmələri öz
dövrünün ruhunu yaxşı anlamalarından irəli gəlir.
Bu, ancaq regional sərhədləri keçərək
bütün dünyaya baxmaq qabiliyyətini göstərən
insanlar üçün mümkündür.
Onu
Türkiyədən ilk tanıyanlardan olan mərhum İbrahim
Bozyel söhbətlərinin birində Rüstəmxanlını
belə təsvir edirdi: "Sabir Azərbaycanın bir ucqar kəndində
doğulub boya-başa çatıb. Amma o, İstanbulda, Parisdə,
Nyu-Yorkda böyümüş kimi dünyanı bilən,
özünə inamı olan biridir".
Şair,
ziyalı, istiqlalçı, siyasətçi Sabir Rüstəmxanlı
ilə ömrünün ən cəld və məhsuldar
dövründə tanış olmaqdan çox qürur duyuram.
Əminəm ki, o, ən yetkin çağ olan yetmişinci illərin
müdrikliyi ilə daha yaxşı əsərlər yaradacaq.
Orxan Aras
525-ci qəzet.- 2022.- 21 may.- S.12.