Gəncədə SABAH İncəsənət Festivalı keçirilib

 

Tehsil.biz xəbər verir ki, festivalın açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  müavini Adil Tağıyev, SABAH İcra komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev, müvafiq ali təhsil müəssisələrinin, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə bildirilib ki, artıq üç ildir həyata keçirilən SABAH İncəsənət Festivalının əsas məqsədi SABAH qrupları layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrində (BMA, ADRA, ADMİU, AzMİU) tələbələrin nailiyyətlərini əyani nümayiş etdirmək, ölkə gəncliyi arasında təhsilə və yaradıcılığa həvəsi artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir.

 

İki gün davam edən festivalda Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrinin ifasında xorinstrumental musiqi çıxışları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, pantomima, tamaşalardan parçalar, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti SABAH qrupları tələbələrinin memarlıq layihələri (maketlər və elektron təqdimatlar), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin isə dizayndekorativ tətbiqi sənət nümunələrinin nümayişi müşayiət edib. Bunlara əlavə olaraq, tədbir boyunca ADRA SABAH qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.

 

525-ci qəzet.- 2022.- 24 may.- S.11.