Bədii zövqü
“dərslik”lərlə korlamaq
Zahid Xəlili
mən yaxşı tanıyıram. Sözün düzü, bu
illər ərzində
adını nə televiziyadan eşitmişəm,
nə də iştirakı ilə təşkil olunmuş silsilə tədbirlərdə
olmuşam. Bu imzanı əqlimə həkk edən nəsnə poeziyanın özü qədər ülvi və pakdır. İbtidai sinif dərsliklərində
onun və digər şairlərin müəllifi olduğu uşaq şeirləri bizi tərbiyə edib, estetik zövqümüzü
formalaşdırıb, tərbiyəvi-didaktik
əhəmiyyət daşıyıb.
Zahid Xəlilin doğma imzaya çevrilməsində
heç bir xüsusi təbliğat, kahkaşalı reklam baiskar deyil, sadəcə, uşaq yaddaşımız itidir və daha etibarlıdır.
Şairin, yazıçının (söhbət
layiqli qələm adamından gedir!) xalqa təqdim olunmasının, təbliğatının
ilkin mərhələsi
onun bədii nümunələrinin dərslikdə
öz əksini tapmasından başlayır. Təbii ki,
psixoloji baxımdan yaş qruplarına uyğun əsərləri
nəzərdə tuturam.
İstər qrammatik, leksik, morfoloji çalışmaların predmeti
kimi, istərsə də oxu, əzbərləmə,
zehni inkişaf, mənəvi zənginlik naminə şagirdə təqdim olunan bədii nümunə kimi daha kamil
əsərlərin dərslikdə
yer alması çox-çox məqsədəuyğundur,
nəinki qafiyə və məna yükü baxımından
hansısa bayağı
şeirin.
Ölkədə yazmağa həvəsi
olan oxumaq üçün can atanlardan
sayca üstündür.
Heç
kimin də qələmini əlindən
alıb sındırmaq
olmaz ki, sən niyə yazırsan. Düzü, bu məni narahat etmir. Çünki ədəbi
ələkdən keçənlər,
mühitin qiymətini
alanlar, tənqid və təhlilə cəlb olunanlar, əsl istedad sahibləri mütləq fərqlənirlər, qalanları
təfərrüatdı… Amma dərslik
kimi vacib bir oxu vasitəsini
gözardı eləmək,
həvəskar mətnlərlə
korlamaq təkcə çap olunmağa haqqı olanlar üçün ədalətsizlik
deyil, həm də kütləvi zövqsüzləşmənin təməlidir.
Şair,
Yazıçılar Birliyi
Uşaq ədəbiyyatı
şöbəsinin rəhbəri
Qəşəm Nəcəfzadənin
dərsliklərdəki problemlərlə
bağlı “Sabaha saxlamayaq” verilişindəki
emosianal çıxışı,
əslində, həyəcan
təbili idi.
Musa Yaqubun, Ramiz Rövşənin, Vaqif Bayatlının 10 və
11-ci sinif dərsliklərində
ayrıca tədris olunmadığı sistemin
daha aşağı pillələrdə hansı
vəziyyətdə olduğunu
təxmin etmək çətin deyil.Yazıçı
Fəxri Uğurlunun “Vacib olan duyğuları
tərbiyələndirmək” adlı yazısında mövzu, ideya baxımdan 5-ci sinif ədəbiyyat dərsliyindəki
problemlər, köhnəlik,
şüuraltı olaraq
yanlış istiqamətləndirmə
kimi problemlərə toxunulub.
Digər
tərəfdən, Qəşəm
Nəcəfzadənin 25 səhifəlik
tənqidi yazısında
Azərbaycan dilinin zənginliyini özündə
əks etdirməyən,
məzmunsuz, həddindən
artıq primitiv nümunələrin şagirdlərə
təqdim olunması məsələsinə və
bunun yaratdığı
problemlərə toxunulub.
Hər iki yazıdan çıxış edərək
belə qənaətə
gəlmək olarki, istər Azərbaycan dili dərsliklərində
nümunə kimi çap olunan nəzm və nəsr nümunələri,
istərsə də uşaqlara öyrədilən
(çox təəssüf
ki, çox vaxt kor-koranə əzbərlədilən) şeirlər
ədəbi mühitdə
və oxucular arasında təsdiq olunmuş, ədəbi ələkdən keçmiş
müəlliflərin imzasından
çıxmalıdır.
Saxta mətnlər və saxta imzalar son dövr insanımızın
bədii zövqünü
xeyli korlayıb və bu proses
davam edir.
Qəşəm Nəcəfzadənin tənqid
hədəfinə çevirdiyi
“Altun Kitab” nəşriyyatının timsalında
hamı, bəlkə də, elə hamımız bütün
təhriflər, yolunda
olmayan məsələlər
üçün cavabdehik. Bu məsələ nə vaxt bizi hamılıqla
ciddi narahat elədi? Nə vaxt “Altun Kitab”ın və digər nəşriyyatların
məsul şəxslərinin
qarşısına keçib
narahatlığımı dilə
gətirdik, bunu ictimailəşdirdik? Görəsən, o yüngül mətnləri
uşaqlarına əzbərlədən
hansısa valideyn bundan narahat olub səsini çıxarıbmı?
Bir nəşriyyat rəhbərinin
və ya bir kollektivin, müəllifliyə də,
münsifliyə də iddialı 3-5 nəfərinqənaəti
kamil dərslik üçün
kifayət deyil. Sözü
bilən, Sözə bələd olan və
bu sahədə əsl peşəkar
mövqeyinə yüksəlmiş imzalarla
məsləhətləşmək, tutarlı rəy almaq, müzakirə əsasında son versiyanı təsdiqləmək
lazımdır. Yoxsa ya elə yüz
ildən bəri dərsliklərdə yer alan nümunələr yenilənməyəcək,
ya da “yenilənmə”
adıyla keyfiyyətsiz, zövqlərə qənim,
saxtakarlıq qoxuyan söz
yığınları hər dərslikdə
qarşımıza çıxacaq. Beləliklə
Əli aşından da olacağıq, Vəli
aşından da…
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 24 may.- S.9.