“Bu kitab mənim üçün başlanğıcdır”.
Xalq yazıçısı İsmayıl Şıxlının
nəvəsi Aysel Şıxlinskayanın romanı
nəşr edilib
Teas-press nəşriyyatında xalq yazıçısı
İsmayıl Şıxlının
nəvəsi Aysel Şıxlinskayanın “Qanadsız
mələk” adlı
ilk kitabı çap olunub. Müəllif ölkədən kənarda yaşadığından
kitabın təqdimatı
gecikir. Aysel xanımın dediyinə
görə, Bakıya
qayıdan kimi ilk işi kitabın təqdimatını keçirmək
olacaq.
Kitab isə müəllifini və təqdimatı gözləmədən
artıq taleyini yaşamaqdadır və satılır.
Müəllif deyir “Qanadsız
mələk” ilk kitabım
olsa da ilk əsərim deyil: “ Uşaqlıqdan yazmağa həvəsim var idi. Hətta məktəb
vaxtı gündəlik
yazırdım. Biri bitən
kimi yenisinə başlayırdım. Öz fikirlərimdən
ibarət qısa yazılarım var idi. Çox mütaliə edirdim.
Vaxt keçdikcə özümü
təkmilləşdirdim. Ancaq hamıdan gizlədirdim, paylaşmaq istəmirdim.
Yazıçı ailəsində böyümək
məsuliyyətlidir. Bu
qorxuma güc gəlmək zaman aldı. Ancaq sevinirəm ki,
bu addımı atdım”.
Aysel Şıxlinskayanın
“Mənəm, Yusif” adlı hekayəsi “44 fəsil” adlı hekayələr kitabında
çap edilib. “İkinci Qarabağ müharibəsi mənə
çox təsir etdi. Həyata baxışım dəyişdi. “Mənəm, Yusif” hekayəsini 44 gündə
böyüyən mənim
kimi müasir gənclərə həst
etmişəm. Hekayə 525-ci qəzetdə, daha sonra isə “44 fəsil” hekayələr kitabında çap olundu. Oxucu auditoriyam xeyli
genişləndi.
Daha sonra “İşıq” adlı hekayə yazdım, sahibini itirmiş köpəyin başına
gələ biləcəkləri
təsvir etdim.
Heyvanları çox sevirəm.
Ayna.az saytında dərc olundu”.
Qarabağ mövzusu, heyvanların həyatı və birdən niyə məhz sevgi romanı yazmaq istədiniz? –sualına Aysel xanım cavab verdi ki, janrı
o seçməyib, o özü
məni seçdi: “Sevgi və dostluq
həmişə aktual
mövzudur. Onu müasir gənclərin
gözündə təsvir
etmək istədim.
Düşünürəm ki, hər kəs fərqli hekayələr, həyatlar
yaşayır, ancaq hisslər eynidi. Əgər insanlar kitab oxuyarkən öz hiss etdiklərindən
bir parça tapa bilirlərsə, o zaman kitab uğurludur”.
Romanın adına gəldikdə isə, müəllif ülvi hisslərin rəmzi olduğu üçün o adı verdiyini deyir: “Mələklər ülvi hisslərin rəmzidir. Kitab da məhz bu hisslərdən birindən – sevgidən danışır. Eyni zamanda, baş obrazlardan biri olan Mələk adlı qız həmişə ona dayaq olan yaxın dostunu ona göndərilmiş mələyə bənzədir. Yəni romanda iki mələk var. Ancaq kitabı oxuyub bitirəndən sonra “Qanadsız Mələk” deyəndə oxucunun ağlına yalnız onlardan biri gələcək. Bir sözlə, mələyin kim olduğuna oxucu qərar verəcək.
Müəllif ilk əsərinin nəşriyyatın qarşısında onu məyus etmədiyindən həvəslənib. Yenə yazmağa davam edəcəm deyir: “ Yazmağa, fərqli janrlarda özümü sınamağa davam edirəm. Onsuz yaradıcılıq elədir ki, sənə fikir gələn zaman onu ərsəyə gətirməyənə qədər yaxanı buraxmır. Yazmağa başlayanda isə real dünyadan qopursan, başqa yerə gedirsən. Öz yaratdığın, idarə etdiyin bir dünyaya düşürsən. Nə demək istədiyimi yaradıcı insanlar anlayar, yəqin ki”.
Onu da deyək ki, kitabın üz qabığının dizaynı Aysel xanımın öz əl işidir: “ Bəli. Uşaq vaxtından şəkil çəkməyi də sevirəm. Rəsmlə məşğul olmuşam. Düşündüm ki, üz qabığında nə ötürmək istədiyimi məndən daha yaxşı bilən olmayacaq. Fikirlərimi nəşriyyatla bölüşdüm, bəyəndilər. Nəticədə belə üz qabığı yarandı.
Bu kitab mənim üçün başlanğıcdır…”
Aysel Şıxlinskaya həm də tanınmış uşaq yazarı Reyhan Şıxlinskayanın qızıdır.
R. Qurban.
525-ci qəzet.- 2022.- 25 may.- S.14.