Təzə dövrün
köhnə dərdləri
MİRZƏ
ƏLƏKBƏR SABİRİN ANADAN OLMASININ 160
İLLİYİ ƏRƏFƏSİNDƏ
DÜŞÜNCƏLƏR
Köhnə vaxtlar idi.
Lap köhnə vaxtlar...
Əcnəbilərin seyrə balonla çıxdığı,
bizim hələ avtomobil minmədiyimiz vaxtlar...
Onda
"anyaları, sonyaları
yanlayırdıq"...
"Oxutmuram, əl
çəkin" deyib,
haray salırdıq.
Oxuyana, oxudana pis baxırdıq...
Amma elə həmin vaxtlarda bütün bu eybəcərliklərə
yox deyən, millətin gözünü
açmağa çalışan
az sayda
işıqlı adamlar
da vardı...
Biri də o idi...
Yazırdı, etira
z edirdi, haray salırdı,
lağa qoyurdu...
Amma
"arizi qəmlər
əlindən ürəyi
şişmiş idi..."
Və...
günün birində ağır xəstəliyə mübtəla
oldu.
Qəzetlər xəbər verdi ki, millətin şair oğlu ölüm ayağındadır, gəlin
ona yardım edək!
İmkansız adamlar, kasıb ziyalılar az-çox yardım topladılar.
Köməyi olmadı...
Şair
bu dünyadan köçdü...
Sonra qəzetlər
bir də elan verdilər ki, bu şairin
kitabının nəşrinə
yardım lazımdır.
Yenə də kasıb ziyalılar qabağa düşdü. Gücü çatan yardımı
əsirgəmədi. Bir
qadın öz məvacibindən 5 rubl pul göndərdi, qəzet vasitəsilə hamını bu xeyirxah təşəbbüsə
qoşulmağa çağırdı
(qoyun ətinin kilosunun 30 qəpik olduğu dövr üçün az
pul deyildi!). Çünki o qadın müəllimə
idi, savadlı idi. Nəhayət, N.B.Vəzirovun qızı
idi...
1912-ci ilin 11 sentyabr tarixli "Kaspi" qəzeti xəbər verdi ki,
kitabın nəşrinə
200 rubl yığılıb,
amma 500 rubl lazımdır. İmkanlı
adamlar yardım etsin...
Etmədilər!
Neft və milyonlar şəhərinin
öz şair oğluna biganə qalan vaxtları idi.
Bu şairin adı isə Ələkbər idi...
Mirzə Ələkbər deyirdilər. Savadına
görə...
Özü isə səbrli olduğuna işarə kimi "Sabir" təxəllüsü götürüb
olmuşdu Mirzə Ələkbər Sabir.
Bakının imkanlı adamları Sabirə, onun yaradıcılığına biganə
idi.
Amma Sabirə
biganəlik göstərən
Bakıda həmin günlərdə bir yazıçının yubileyi
üçün şıdırğı
pul toplanırdı. Bir başqa
yazıçının heykəlini
qoymağa böyük
həvəslə ianə
yığırdılar.
Heykəlini qoymaq üçün
Bakıda da ianə toplanan yazıçının familiyası
Abovyan idi! Xaçatur Abovyan! Qısa vaxtda 1735 rubl 26 qəpik toplanmışdı...
Yubileyinin
təşkilinə pul
yığılan yazıçının
familiyası isə Şirvanzadə idi! Aleksandr Şirvanzadə!
1913-cü ildə X.Abovyana
Parisdə heykəl qoydular.
Şirvanzadənin yaradıcılıq fəaliyyətinin
30 illiyi də təntənə ilə qeyd olundu.
M.Ə.Sabirin kitabı isə...
ölümündən yalnız
iki il
sonra nəşr edildi. "Hophopnamə"
adı ilə...
Sonra dünya
dəyişdi.
Azərbaycan da sovetləşdi. Və bolşevik
hökuməti Sabiri özününküləşdirdi. Ona inqilabi satirik
adı verdi.
Kitablarını nəşr
etdirdi, amma senzor qayçısı ilə...
1936-cı ildə vəfatının
25 illiyi ilə əlaqədar tədbirlər
təşkil olundu.
Elə həmin
vaxt Bakı qəzetləri yazdı ki, Sabiri millətçilər
və müsavatçılar
öldürdü. Halbuki Sabir dünyadan köçəndə hələ
"Müsavat" adlı
partiya yaranmamışdı...
Qəzetlər bütün bunlarla yanaşı Sabiri marksizmlə bağlamağa
cəhd etdilər.
Bolşeviklərin bu uydurmasına Türkiyədə yaşayan
Mirzəbala Məmmədzadə
M.Ə.Rəsulzadənin "Kurtuluş" jurnalında
etiraz etdi. Yazdı
ki,
"Sabirin işçi
sinfi haqqındakı dərin insani və pak səmimi
duyğular daşıyan
şeirlərinin marksizmlə
heç bir əlaqəsi yoxdur".
Və əlavə etdi: "Fəqət, nə yapsalar da beyhudə...
Sabir milliyyətçi, xalqçı,
vətənçi, hürriyyətçi
və mülkiyyətçi
idi. Və böylə olaraq da qalacaqdır..."
"Kommunist" qəzeti
isə təəssüflə
xatırlatdı ki,
"Sabir... böyük
Lenin - Stalin firqəsinin rəhbərliyi
ilə qurulmaqda olan sosializm epoxasında insanlara olan Stalin qayğısını
görməyərək həsrət
ilə bu dünyadan getdi".
Əslində Sabir xoşbəxt
adam idi
ki, "Stalin qayğısını"
görmədən getdi...
Sabir bu "epoxanı" yaşasaydı
nə baş verərdi?
Mirzəbala Məmmədzadə bu
suala "Sabir yaşasaydı..." adlı
növbəti məqaləsində
cavab verdi: "...Sabir Azərbaycan kəndlisinin amansız istismarına qarşı üsyan şeirləri yazmışdır.
Əcaba,
kəndlimiz indi daha azmı istismar edilir?
Sabir yaşasaydı,
şübhəsiz üsyan
edəcəkdi. Buna imkan
veriləcəkdimi?
...bütün enerjisini
milli məktəb uğrunda sərf edən Sabir bu gün məktəblərimizin
ruslaşdığını görüb də "Veliki Stalinə", "böyük Stalinə"
mədhiyyəmi yazacaqdı? Və yaza
biləcəkdimi?
Sabir ...kolxozları
mədh edəcək qədər alçalacaq idimi?
Xeyr, bunlar böylə olmayacaqdı..."
Mizəbala haqlı idi.
Böylə olmayacaqdı!
Böylə olmayacaqdısa... Sabir
də güllələnəcəkdi!
Xoşbəxtlikdən Sabir o epoxanı görmədi...
Sonra epoxalar dəyişdi. Dünya da dəyişdi.
İndi Sabirin şeirləri ilə haray saldığı dövrdən
yüz ildən çox vaxt keçir. İndi biz də "seyrə
balonlarla" çıxırız.
Yəni təyyarəyə minirik.
Amma bu seyrəçıxma mərasimi çox baha başa gəlir. Əcnəbinin
"balonu"nda ucuz qiymətə uçmaq olar, bizim "balon" od
qiymətinə!
İndi biz avtomobil də miniriz. Hətta dünyanın
ən bahalı avtomobillərini!
Amma bu avtomobili idarə edəndə aslana dönürük. Svetoforda bizdən qabaq beş maşın
da dayansa, yaşıl yanan kimi siqnal verməliyik!
Bu avtomobili hər yerdə saxlamaq adətimiz var - səkidə, avtobus dayanacağında, hətta
blokun ağzında!
Avtomobili
baha olanımız ucuz maşınla gedəni tapdalayıb keçməyə hazır!
"Mən salim olum, cümlə-cahan batsa da batsın"
- ağlı ilə!
Düzdür, indi "oxutmuram, əl çəkin" deyən yoxdur.
Uşaqlarımızı oxuduruq.
Amma... indi də oxumamaq üçün pul vermək şakərimiz yaranıb. Təki diplom olsun...
"Anyaları, Sonyaları" yenə də yanlayırıq...
Yenə də...
Yüz il əvvəl olanları yaşadırıq. Baxmayaraq ki, "Hohopnamə" dəfələrlə nəşr olunur və biz də oxuyuruq. Amma Sabirin şüurları dəyişmək arzusu reallaşmır ki, reallaşmır!
Sabirin əsərləri hətta qonşu Türkiyədə də sevilir, oxunur...
Türkiyədə niyə oxunur?
Necə oxunur?
Bu suallara cavab almaq üçün biz növbəti dəfə "seyrə balonla" çıxdıq. Azərbaycana məxsus bu bahalı "balon" bizi İstanbula - Türkiyədə və dünyada tanınan məşhur tarixçi alim İlber Ortaylının şəhərinə çatdırdı...
İlber Ortaylı M.Ə.Sabiri necə tanıyıb?
Niyə sevib və niyə
sevir?
(Bu barədə növbəti
yazıda)
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2022.- 25 may.- S.14.