"XIX əsr Qarabağ şairləri antalogiyası"ndan

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

 

***

 

XIX əsr Azərbaycan ədəbiyyatında təriqət şeirinin görkəmli nümayəndələrindən olan Şeyx Mir Həmzə Nigari 1797-ci ildə Qarabağ mahalının Cijimli kəndində nəcabətli seyidlər ailəsində anadan olmuşdu. İlk təhsilini Qaraqaşlı Mahmud Əfəndinin şəkili şikəst Abdulla Əfəndinin yanında aldıqdan sonra elmə olan marağı sayəsində təhsilini kürdəmirli nəqşibəndi şeyxi İsmayıl Əfəndinin yanında davam etdirmişdi. Mir Həmzənin nəqşibəndi təriqətilə bağlanmasında İsmayıl Əfəndinin mühüm rolu olmuşdu. 1840-cı ildə Həc Ziyarəti Amasiya səfərindən sonra doğma kəndlərinə qayıdan Mir Həmzə orada müəllimlik etmiş Qarabağ mahalında böyük şöhrət qazanmışdı.

 

1851-ci ildə rusların təqibindən yaxa qurtarmaq üçün o da digər nəqşibəndi təriqətinə mənsub dindaşları kimi vətənini tərk edərək Ərzuruma, oradan da İstanbula getmiş orada təriqət başçısı kimi məşhurlaşır. Onun artmaqda olan nüfuz şöhrəti bəzi bədxahları narahat edir, dövlət millət əleyhinə fəaliyyət göstərməkdə, eləcə üsyan hazırlamaqda günahlandırılaraq 1885-ci ildə ailəsi ilə birlikdə Samsuna sürgün edilir, oradan isə Harput şəhərinə köçürülür.

 

Həmin ilin oktyabr ayında Mir Həmzə vəfat etmiş, vəsiyyətinə görə, cənazəsi Amasiya şəhərinə aparılmış oradakı Şirvan camesində dəfn olunmuşdu. O, özündən sonra zəngin irs qoyub. Şairin "Divan"ı 2010-cu ildə filologiya üzrə elmlər doktoru Nəzakət Məmmədli tərəfindən transfoneliterasiya, ön söz, qeyd izahlarla tərtib edilərək nəfis şəklində nəşr etdirilib. Buradakı şeir nümunələri həmin kitabdan götürülüb.

 

 

 

Raqub KƏRİMOV

Filologiya üzrə

elmlər doktoru,

professor

 

525-ci qəzet.- 2022.- 28 may.- S.23.