Qəzəl
Hər zaman eynimə kim, mənzili-canan görünür,
San Cəməm kim, gözümə mülki-Süleyman görünür.
Öylədir seyli- sirişkim gözə Qülzümi gəlür,
Bəhri seylabə verir, qətrəsi tufan görünür.
Alışub nari-dərunim, tutuşub
nayi-dilim,
Şərəri çərxə çıxub,
kövkəbi-rəxşan görünür.
Bilmərəm kim nə əlamət, nə kəramətdir kim,
Ey gözüm, hər nəzərin cövhəri
bin can görünür.
Vəh nə tərsabeçəsən,
qəmzəylə bir
gəz, sanma,
Baxdığın kimsədə nə küfrü nə iman görünür.
Sehrmi, fitnəmi ya möcüzəmi, başqamı
yar,
Kəsdigin kimsədə nə yarə, nə bir qan görünür.
Rəhi-sevdadə məgər, Mir Nigari,
bana
Can verübdür sənəma,
böylə ki, xəndan görünür.
***
Qoşmalar
Eşqin
kanı Qarabağdır
məkanım,
Bülbüli-şeydayəm, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşlı
bustanım,
İmdi gülüstanım Qara pirimdir.
Sinəmə çəkilən qara
dağımdır,
Yandıran aləmi gör
nə çağımdır!
Qara bağrım qanlu Qarabağımdır,
Gözlərimdən axan yaşi-tərimdir.
Yadigarım olsun əhli-sövdayə,
Göftari-dərdimi eyləsin mayə.
Şamü səhər ahim,
ünüm biğayə
Dərgəhi-dildarə bərgü bərimdir.
Lütfi-ilahinin nəzərgahiyəm,
Ərbabi-sövdanın qibləgahiyəm.
Mülki-məlamətin padişahiyəm
Xaki-payi-dilbər taci-sərimdir.
Tükənməzmi dərdin, yoxmu bir çarə?
Yaxılursan şamü-səhər odlarə.
Səbr
eylə biçarə,
ey günü qarə,
Ey Seyyid Nigari, Mövla kərimdir.
***
Bir qönçeyi-gülün tarimarıyam,
Görüm abad olsun ol
Qarabağı.
Bir gözəl kəbkin giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı.
Gözlərimdən hər dəm qan-yaş tökülür,
Sərvtək qamətim yay tək bükülür,
Sinəmə çal-çarpaz dağlar
çəkilür
Yadıma düşdükcə Çilgəz
yaylağı.
Xubları huridir, mələkmənzərdir,
Sözləri şirindir, şəhdü
şəkkərdir.
Cənnətül-məvadır, hövzi-Kövsərdir
Qaraqaş yaylağı, Həmzə
bulağı.
Kuhi-sövda üzrə eylərəm
fəryad,
İmdadıma gəlməz sakini-övtad.
Dəmbədəm bin tişə əgər
bin Fərhad
Çalsalar, əksilməz sinəmin dağı.
Nəsli-İsmailsən, əsli-ərəbsən,
Ali-Məhəmmədsən, alinəsəbsən.
Müntəxəbsən, silsileyi-zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği.
***
Gəraylılar
Aşiq
oldum yenə tazə
Bir növcəvanə,
cəvanə.
Qanı
bir əhli-dil, yazə
Ərzim cananə, cananə.
Qəm əlindən gəldim dadə,
Dərdimdir həddən ziyadə.
Yalvarıram, vermə badə
Zülfün səlmanə, səlmanə.
Cüda
düşdüm ellərindən,
Kəsmədim göz yollarından
Zülfi-Leyli əllərindən
Gəzdim divanə, divanə.
Bilməzəm kim ol kərəmkar
Əvf edərmi,
günahım var.
Yalvarıram mar təki zar
Hər dəm yalmanə, yalmanə.
Qurdum ülfətin binasın,
Yıxdım dünyanın əsasın,
Nigari, eşqin səhrasın
Gəzdim mərdanə, mərdanə.
***
Tərcibənd
(ixtisarla)
Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl
nemət imiş söhbəti-yari-Qarabağ.
Rəşki-müşk-ənbər imiş
buyi-qubari-Qarabağ
Abi-heyvan imiş ənharü pünari-Qarabağ.
Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ
Aləmi-cənnət imiş dari-diyari-Qarabağ.
İmdi
bildim nə imiş vəsfi-həzari-Qarabağ!
Yeridir kim çəkərəm
ahü zari-Qarabağ.
Dağlayubdur bəni bir laləüzari-Qarabağ
Yandırıbdır bəni bir nari-nigari-Qarabağ.
Ah, aşüftəligim zülfi-səmənsayə
deyin,
Vah, sərgəştəligim kakili-Leylayə
deyin.
Bu güniqarəligim mehrsiz ol ayə deyin,
Kari-tərsalığım ol
zülfi-çəlipayə deyin.
Dərdi-biçarəligim ləli-Məsihayə
deyin,
Sirri-pünhanımı ol ağzı müəmmayə
deyin.
Dərdimi-dilbəri-şirini-dilarayə deyin,
Ərz edin, möhnətimi cümlə şəhənşayə
deyin,
Suzişi-könlümü ol qönçeyi-həmrayə deyin.
Necə
ah eyləməyim bülbüli-şeydayə
deyin,
Dağlayubdur bəni bir laləüzari-Qarabağ,
Yandırubdur bəni bir nari-nigari-Qarabağ.
Gəlin,
ey əhli-könül,
artub azarım, eşidin,
Yox rəvacı,
kəsilüb beyü
bazarım, eşidin.
Pozulub rövnəqi-gülzari-baharım, eşidin,
Qalmayıbdır, tükənib leylü naharım, eşidin.
Cəm olun bir yerə,
azari-həzarım, eşidin,
İrişüb vəqti, qazın dari-məzarım, eşidin.
Yaxılub səbr, yanub nayi-qərarım, eşidin,
Alışub suzişilə mayeyi-varım,
eşidin.
Dağılın kim tutuşub nari-mənarım,
eşidin,
Yedidir ərşə çıxarsa
ahü zarım, eşidin,
Dağlayıbdur bəni bir laləüzari-Qarabağ,
Yandırubdur bəni bir nari-nigari-Qarabağ.
Düşmədi kuyinə bir kərrə güzarım
gecələr,
Sormadı halımı bir mahüzarım gecələr.
Bir bana yanmadı kim, gəlmədi yarım gecələr
Ol səbəbdən alışur cani-fikarım gecələr.
Yaxılur atəşi-dil, artır
azarım gecələr
Çəkilür nöh fələkə zarü həzarım gecələr.
Dağılur hər tərəfə
atəşi-zarım gecələr
Yandı pərvanə kibi odllara varım gecələr.
Şəmtək narilə düşdu
səri-karım gecələr
Bəs necə yanmaya bu könli-mənarım gecələr,
Dağlayıbdur bəni bir laləüzari-Qarabağ
Yandırıbdır bəni bir nari-nigari-Qarabağ.
Dari-mehr üzrə gərək qəsdi-şirin
can edəyim,
Dili sərdarə
çəküb şövqilə
qurban edəyim.
Cigəri
parələyüb bağrı
qızıl qan edəyim
Dəmbədəm əşk töküb xuni-dil əfşan edəyim.
Canı
atəşkədeyi-eşqdə suzan edəyim,
Yandırub xaneyi-variyyəti viran
edəyim
Gecələr ta besəhər
dəmbədəm əfğan
edəyim
Güli-məqsud açıla, dərdimə
dərman edəyim
Ey Nigari, nə qədər sirrimi pünhan edəyim?
Yandı
canım, anı bu nəzmilə şayan edəyim:
Dağlayıbdur bəni bir laləüzari-Qarabağ
Yandırubdur bəni bir nari-nigari-Qarabağ.
Seyid Mir Həmzə Əfəndi Nigari
525-ci qəzet.- 2022.- 28 may.- S.23.