Azərbaycan tarixşünaslığına yeni töhfə

 

 

Maraqlı araşdırmaları yazıları ilə həm elmi ictimaiyyət, həm oxucular arasında yaxşı tanınan tarix elmləri doktoru, fövqəladə səlahiyyətli səfir Eynulla Mədətlinin bu yaxınlarda yeni oxunaqlı bir kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, Əməkdar elm xadimi Yaqub Mahmudovun elmi redaktorluğu ilə çap olunmuş bu kitab "Tarix tarixşünaslıq məsələləri" (Bakı, "Turxan" nəşriyyatı, 2022-ci il, - 468 səh.) adlanır müəllifin son illər bu sahəyə dair yazdığı elmi məqalələrini əhatə edir. Kitaba onun 35 elmi məqaləsi, müxtəlif əsərlərlə bağlı 7 rəyi daxil edilmişdir. Bu rəylər əslində, araşdırma keyfiyyətinə malik olan yazılardır.

 

Bu kitab Azərbaycanın elmi ictimaiyyəti, bütünlükdə tariximizin aktual, qürur dolu, öyrənilməsi ictimai əhəmiyyət kəsb edən maraqlı mövzularına həsr olunmuş dəyərli bir tədqiqat toplusudur.

 

E.Mədətlinin istər tariximizin dərin qatlarında baş vermiş, istərsə günümüzdə hamımızın şahidi olduğu hadisələrə münasibətində özünəməxsus təhlilini, oxucular tərəfindən qəbul ediləcək elmi qənaətlərini görmək mümkündür. Elə bu kitaba daxil edilmiş ilk iki yazını buna nümunə kimi qəbul etmək olar. Həmin yazılar əzəmətli Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin gedişinin nəticələrinin təhlilinə həsr olunub.

 

"Vətən müharibəsində qələbəmiz tarixi yaddaş" adlı yazısında E.Mədətli tariximizə qürur mənbəyi kimi yazılacaq 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin dərin hərtərəfli təhlili verilib. Həmin Zəfərin əldə edilməsində rolu olan bütün məqamlar, detallar, səbəblər bu məqalədə öz əhatəli dəyərləndirilməsini tapıb. Müəllif  haqlı olaraq bu böyük Zəfərin qəhrəmanı kimi xalqı, ordunu Ali Baş Komandanı görür. Bu güclərin amillərin vəhdəti Azərbaycan xalqını təxminən 30 il intizarında olduğu böyük qəlbəyə çatdırdı, haqqın haqsızlıq üzərində üstünlüyünü təmin etdi. Məqalədə böyük Zəfərin əldə edilməsində Azərbaycan xalqının, ordusunun, dövlətinin onun başçısı Ali Baş Komandanının rolu məntiqli şəkildə geniş təhlil olunur qiymətləndirilir. Həmin məqaləni oxumaqla müharibə reallıqlarının çoxlu məqamları ilə rastlaşmaq mümkündür.

 

Vətən müharibəsinə həsr edilmiş "Tariximizin dönüş nöqtəsi - Qələbə ili" adlı məqaləsində müharibə reallıqları ilə bağlı Eynulla Mədətlinin belə bir fikri vardır: "Müharibə kimin həqiqi qardaş, etibarlı dost olduğunu da sınağa çəkir". Bəli, belədir. Müharibə hər şeyi sınağa çəkir. Onun bu kitaba daxil edilmiş bir çox yazılarında isə bu fikrin davamını tapmaq mümkündür. Müasir dünyada Azərbaycan Respublika-sının güclənən müstəqilliyi, Azərbaycan xalqının sürətli inkişafı ilə barışmaq istəməyən, bu yüksəlişə qısqanclıqla yanaşan kifayət qədər böyük güclər mövcuddur. O da təəssüflə qeyd edilməlidir ki, belə qüvvələr dairələr əsrlərlə müştərək tarixi dəyərlərə malik olduğumuz qonşu İranda da mövcuddur. E.Mədətlinin bu kitabında belə dairələrin elm adı altında ictimai şüura yeritməyə çalışdıqları qərəzçililiyə, fikir təxribatlarına qarşı tutarlı cavablarla rastlaşmaq mümkündür.

 

 

 

Kitabda bir neçə məqalədə Azərbaycan mövzusuna obyektiv elmi mövqedən yanaşan tədqiqatçıların araşdırmaları da öz layiqli qiymətini tapıb. Müəllifin yazdıqlarından göründüyü kimi, belə alimlərin layiqli nümayəndələri ilə onun özünün şəxsi tanışlığı olub. Belə müəlliflərdən biri Məhəmməd Tağı Zehtabidir. O, Azərbaycan zehniyyatının möhkəmlənməsində, Azərbaycan türklərinin tarixinin öyrənilməsində dəyərli xidmətləri olmuş mübariz bir ziyalı kimi tanınıb. İran tarixşünaslığında Azərbaycan tarixinin təhrif edilməsi M.Zehtabinin gözü qarşısında baş verirdi. Vətənini, xalqını sevən bir insan kimi M.Zehtabi bu təhriflərin qarşısının alınması üçün 1500 səhifəlik "İran türklərinin əski tarixi" kitabını yazıb çap etdirdi. M.Zehtabinin bu kitabı Azərbaycan tarixinin öyrənilməsi üçün ən mötəbər araşdırmalardan biri sayıla bilər. E.Mədətli bu kitaba həsr etdiyi məqaləsində M.Zehtabinin araşdırmalarına doğru-dürüst qiymət verib onu ətraflı şəkildə təhlil edib. Məlumdur ki, Cənubi Azərbaycanda yaşayan Azərbaycan türklərini bu bölgəyə gəlmə xalq ya fars kökənli bir xalq olduğu kimi yanlış həqiqətdən uzaq olan konsepsiyalar hələ insanlara təlqin edilməkdədir. M.Zehtabi isə bu fikirlərin yanlışlığını öz araşdırmasında əsaslandırırdı onun bu sahədəki qənaətlərini müəllif öz məqaləsində təqdir edərək yüksək qiymətləndirir.

 

Təqdim edilən kitabda Azərbaycan tarixinin fədakar tarixçilərindən biri olmuş Səməd Sərdarniyanın "İrəvan müsəlman yurdu olmuşdur" kitabı haqqında maraqlı bir məqalə yer alıb. S.Sərdarniya o tarixçilərdəndir ki, yaşadığı ölkədə Azərbaycan tarixinin həqiqətlərini yaymaqla bərabər, həm bu həqiqətləri təhrif edənlərə qarşı barışmaz bir mövqeyə malik idi.

 

Nəzərə almaq lazımdır ki, bu gün İranda mütəşəkkil bir erməni icması var, bu icma erməni yalanlarının yayılmasında çox geniş fəaliyyət sərbəstliyinə imkanlarına malikdir. Bu icmanın Azərbaycan türklüyünə qarşı istiqamətlənmiş millətçi təbliğatının müəyyən qüvvələr tərəfindən dəstəkləndiyi günümüzün reallığıdır. Hətta elə araşdırmalara rast gəlmək mümkündür ki, həmin araşdırmalarda Azərbaycan Respublikasına münasibətdə erməni mövqeyi ilə İranın bəzi qüvvələrinin mövqeyi bir-birindən heç ilə fəqlənmir. S.Sərdariniyanın qələmindən çıxmış "Qarabağ tarixin keşməkeşlərində", "Azərbaycanın görkəmli simaları", "Molla Nəsrəddin Təbrizdə", "Bağır xan salare-milli", "Azərbaycanın mətbuat tarixi" kimi əsərləri Azərbaycan tarixinin öyrənilməsi üçün çox dəyərli vasitələrdir. E.Mədətli bu əsərlər haqqında xatırlatma etdikdən sonra S.Sərdarniyanın "İrəvan müsəlman yurdu olmuşdur" kitabını geniş təhlil edir. Bu kitab həm İrəvanın tarixini təhrif edənlərə qarşı sanballı bir cavabdır. S.Sərdariniya obyektiv şəkildə İrəvanın tarixi mənzərəsini yarada bilib.

 

E.Mədətlinin bu kitabında onun Azərbaycan xalqının böyük dövlət adamları olan Şah İsmayıl, Şah Təhmasib Nadir şah haqqında da maraqlı məqalələri yer alıb. Böyük hökmdar Şah İsmayılın həyatını dövlətçilik fəaliyyətini bir məqalə çərçivəsində, maraqlı bir məzmunda ümumiləşdirməyi bacaran müəllif, eyni zamanda İranda Şah İsmayıla qarşı ünvanlanmış bəzi qərəzli iddialara da öz münasibətini bildirib.

 

Nadir şah haqqında məqaləsində E.Mədətli bu böyük hökmdarı dünyanın əzəmətli bir fatehi kimi dəyərləndirir vurğulayır ki, onun əzəməti qarşısında kimsənin duruş gətirə bilməyəcəyi bir dövrdə belə o, Osmanlı sərhədini aşmadı açıq-aşkar bəyan etdi ki, türk hökmdarları barış içində yaşamalıdırlar. Bu məsələ tarixşünaslığımızda elə ətraflı işıqlandırılmayan məsələlərdən biridir ona görə E.Mədətlinin bu məsələyə toxunması elmi-ictimai əhəmiyyət kəsb edir.

 

E.Mədətlinin adı çəkilən kitabına daxil olan məqalələrin bir çoxunun mövzusu ümumiyyətlə, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq tədqiqat obyekti kimi seçilib. Məsələn, "İsgəndər bəy Münşinin "Dünyanı bəzəyən Abbasın tarixi" əsərində Naxçıvana dair qeydlər", "Təbrizdə görkəmli ziyalı Məhəmməd Naxçıvaninin maarifçilik fəaliyyəti", "Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə əlaqələri İran tarixşünaslığında", "Pişəvərinin ölümünə İranda münasibət" kimi məqalələri belə tədqiqat əsərlərindəndir.

 

Kitabda yer almış məqalələrin bir hissəsi də bizə dostqonşu dövlət olan İranda Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təhrif edilməsinə qarşı yazılmışdır. Onun kitaba daxil etdiyi məqalələrin elə adından da nə dərəcədə elmi-tarixiictimai maraq doğura biləcəyini görmək mümkündür: "M.Ə.Rəsulzadənin məqalələrində Azərbaycan adına qarşı İranın iddialarına cavab", "S.C.Pişəvərinin ölümünə İranda münasibət", "Naxçıvan tarixinin bəzi məsələləri İran tarixşünaslığında", "İran tarixşünaslığında Azərbaycan xalqının dilinə və mədəniyyətinə münasibət" və sair.

 

Heç şübhəsiz ki, Eynulla Mədətlinin bu araşdırmalardan belə bir ibrətverici qənaətə gəlmək olar ki, müştərək və milli tariximizi təhrif etməkdənsə, müştərək və qarşılıqlı maraq doğuran tarixin birgə tədqiq edilməsi, bunun üçün lazımi yolların tapılması qonşuluq ruhuna daha faydalı olardı. Kitabda İran tarixçiləri ilə müştərək öyrənilə biləcək bir neçə ciddi mövzu haqqında da təhlillər ortaya qoyulmuşdur. Şeyx Səfiəddin Ərdəbili, Şah İsmayıl Səfəvi, Nadir şah Əfşar -Azərbaycan xalqının yetişdirdiyi bu əzəmətli dahilərin hər biri elə İran tarixində də böyük xidmətlərə malik olmuşlar və belə mövzular ətrafında müştərək işlərin aparılması yəqin ki, obyektiv tarixin təhrif edilməsi istiqamətində aparılan fasiləsiz çalışmalardan daha yaxşı olardı. Bir sözlə, Eynulla Mədətlinin "Tarix və tarixşünaslıq məsələləri" kitabında hamımız üçün gərəkli olan obyektiv tarixçiliyi görmək mümkündür. Ona görə də, bu kitabın elmi ictimaiyyət və bütünlükdə oxucular tərəfindən maraqla qarşılanacağı şübhəsizdir.

 

 

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 28 may.- S.18.