Rusiyaya torpaq
lazımdırmı?
Vladimir Putin Ukraynanın Zaporoje və Herson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi
haqqında fərman imzalayıb. Bu fərman
separatçı Donetsk və
Luqansk Xalq Respublikalarının sakinlərinə
Rusiya vətəndaşlığının
sadələşdirilmiş qaydada verilməsini nəzərdə tutan sənədə əlavələr
ediməsini nəzərdə
tutur. Separatçı
Donetsk və Luqansk Xalq Respublikalarının sakinlərinə Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada
verilməsi ilə bağlı fərman üç il
bundan qabaq, 2019-cu ilin iyulunda imzalanmışdı.
İndi isə həmin fərmanın təsir dairəsi Zaporoje və Herson vilayətlərinin hesabına
genişləndirilib. Bu
vilayətlərin ərazilərinin
böyük hissəsi
Rusiya ordusu tərəfindən işğal
olunub və onların formalaşdırdıqları
"yeni hakimiyyətlər"
Rusiyaya birləşmək
niyyətlərini bəyan
ediblər.
Rusiya tərəfindən Zaporoje
vilayətində yaradılmış
"hərbi-mülki administrasiyasının
əsas şurası"nın
üzvü Vladimir Roqov
bölgənin "DXR" və "LXR" kimi müstəqilliyini elan etməyəcəyini, birbaşa
Rusiyanın tərkibinə
daxil olacağını
bəyan edib. "Zaporoje vilayətinin yalnız bir gələcəyi ola bilər - o da Rusiya Federasiyasının
tam hüquqlu subyektinə
çevrilmək", - deyə
V.Roqov deyib edib.
Buna bənzər fikirləri
Herson vilayətinin
"hərbi-mülki administrasiyası"
təmsilçiləri də
səsləndirirlər. Herson vilayətinin "hərbi-mülki
administrasiyası" rəhbərinin
müavini Kirill Stremousov bildirib ki, müstəqil respublika olmaq istəmirlər: "Bizim
əsas vəzifəmiz
Rusiya Federasiyasının
subyekti olmaqdır".
Rusiyanın tərkibinə "keçmək
istəyən" isə
yalnız Ukrayna vilayətləri deyil. Gürcüstanın separatçı bölgəsi
Cənubi Osetiya Rusiya Federasiyasının tərkibinə daxil olmaq niyyətindədir və bunun üçün
iyulun 17-nə referendum təyin
edib. Gürcüstan rəsmiləri separatçı
bölgənin bu addımını təxribat,
Rusiyanın ilhaq əməliyyatı adlandırıblar.
Ancaq bu bəyanatlar Rusiyanı və separatçıları dayandıra
bilməz. Çox maraqlıdır
ki, bir neçə
ay öncə Rusiya rəsmiləri Ukraynanın
ərazilərini işğal
etmək, Cənubi Osetiyanı ilhaq etmək istəmədiklərini
bəyan edirdilər.
Rusiyanın siyasətində baş verən bu dəyişikliyin səbəbindən danışacağıq.
Ancaq bir məsələ tam aydındır ki, Rusiya əlavə torpağa ehtiyacı olmayan yeganə dövlətdir. Əksinə, Rusiyanın bütövlüyünü
qorumaq üçün
əhalisinin yetərli
olmadığı məlumdur.
Rusiyanın torpağa deyil,
əhali artımına
ehtiyacı var. Ekspertlərin
qənaətinə görə,
Rusiyanın mövcud sərhədlərini qoruyub
saxlaya bilməsi üçün əhalinin
sayı 600 milyon nəfər olmalıdır.
Əks halda Rusiya ərazilərini
məskunlaşdıra bilmədiyi
kimi, qeyri-millətlər
tərəfindən tədricən
məskunlaşmanın da
qarşısını ala bilməyəcək.
Ötən il
həyata keçirilmiş
əhalinin siyahıya
alınmasının nəticələri
bu ilin aprelində
açıqlandı. Həmin rəsmi
məlumata görə,
Rusiya əhalinin sayı 147 milyon nəfərdir. Lakin bu statistika bir qədər mübahisəlidir.
Rusiyanın əhalisi ilhaq
edilmiş Krım, eləcə də Uraynanın və Gürcüstanın separatçı
bölgələrinin Rusiya
vətəndalığı verilən əhalisi ilə 147 milyon nəfərdir. Beynəlxalq aləm
tərəfindən tanınmış
Rusiya sərhədlərin
daxilində yaşayanların
sayı isə 145 milyondan da azdır.
Rusiya vətəndaşları ölkə xaricində yaşayanların sayına görə Hindistan və Meksikadan sonra dünyada üçüncüdür. Ancaq nəzərə almaq lazımdır ki, Hindistanın əhalisinin sayı Rusiya əhalisinin sayından təxminən 10 dəfə çoxdur. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin yanvar ayında açıqlanmış hesabatına görə, 11 milyon Rusiya vətəndaşı ölkə xaricində yaşayır. Ukraynaya hərbi müdaxilə başladıqdan sonra isə Rusiyanı daha 300 min nəfərin tərk etdiyi haqqında məlumatlar var. Üstəlik, bu proses daha da genişlənir. Ekspertlər hesab edirlər ki, hakimiyyət interneti məhdudlaşdırsa və ya ABŞ Rusiyanı internetdən kənarlaşdırsa, ölkəni tərk edənlərin sayı kəskin artacaq. Rusiya hakimiyyətinin yutub videohostinqini məhz bu səbəbdən bloklamadığı iddia olunur. Son araşdırmalara görə, 2022-ci ilin ilk dörd ayında internet istifadəçilərinin, xüsusilə də yutub izləyicilərinin sayında artım müşahidə olunur. Ekspertlərin rəyinə görə, internetin qapadılması sosial partlayışa da səbəb ola bilər. Hakimiyyət buna görə də interneti qapamağa cəsarət edə bilmir. İnternet qapanmasa da, tətbiq olunan qadağalar, ümumi hərbi səfərbərlik qorxusu ölkəni tərk edənlərin sayının azalmasına imkan vermir. Ancaq Ukrayanın bir neçə vilayətinin əhalisinə vətəndaşlıq verən Rusiya hakimiyyətini öz vətəndaşlarının ölkəni tərk etməsi narahat etmir.
Öz vətəndaşlarına sahib çıxmayan bir dövlətin başqa ölkələrin vətəndaşlarının qayğısına qalaraq onlara vətəndaşlıq verməsi humanitar addım sayıla bilməz. Rusiyanın bu adımının geosiyasi əhəmiyyət daşıdığı aydın görünür.
Rusiya Ukrayna və Gürcüstanın separatçı bölgələrini öz ərazisinə qatmaqla həmin ölkələrin dövlətçiliyini məhv etməyə çalışır. Rusiyanın bu addımı Ukrayna və Gürcüstanı strateji seçim etməkdən, Avroatlantik məkana inteqrasiyadan saxlayır. Rusiyanın əsas hədəfi də budur. Ukrayna və Gürcüstanı tamamilə nəzarət altına almaq imkanlarından məhrum olan Rusiya bu ölkələrin bir hissəsini nəzarəti altına almaqla onların dövlətçiliyinə zərbə vurur.
Rusiyanın Ukrayna və Gürcüstanın bir hissəsini ilhaq və işğal etməsi digər postsovet respublikalarını, xüsusilə də Moldova və Qazaxıstanı narahat edir. Rusiyanın separatçı Dnestryanı bölgəni də öz sərhədləri daxilinə qatacağı ehtimalı son zamanlar çox artıb. Buna görə də Moldova bir sıra təhlükəsizlik tədbirləri görməyə çalışır. Rusiyanın Qazaxıstanın böyük bir ərazisinə iddia etdiyi, Ukrayna kimi Qazaxıstanı da "saxta" dövlət hesab etməsi ən yüksək vəzifəli məmurlar tərəfindən dəfələrlə səsləndirilib. Belə görünür ki, Zaporoje və Herson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi haqqında fərman sonuncu olmayacaq.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 28 may.- S.8.