Litva karaimləri” adlı konfrans və sərgi keçirilib

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu ilə Litvanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsindəLitva karaimləri adlı konfrans sərgi keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tarixi şəraitlərdən asılı olaraq, bir sıra  türk xalqlarının müxtəlif ölkələrə köçərək, orada məskunlaşmasından söz açıb,  türk xalqlarının məskən saldığı ölkələrdən biri olan Litvada yaşayan türk etnik kökənli milli azlıqlaratatar karaimlərə dövlət səviyyəsində göstərilən müsbət münasibəti yüksək qiymətləndirib: “Təsadüfi deyil ki, ötən il LitvadaLitva tatarlarının ili”, bu il isəLitva karaimlərinin ilielan olunub. 2021-ci ildə Fond ilə Litva Respublikası arasında Litva tatarlarının karaimlərinin tarixi, mədəni irsinin qorunması təbliği məqsədi ilə Əməkdaşlıq memorandumu imzalanmışdı”.

Rəhbərlik etdiyi fondunLitva karaimlərinin ili”nin açılışı çərçivəsində keçirdiyi tədbiri xatırladan G.Əfəndiyeva tədbirin Litva Respublikasının Birinci xanımı Diana Nausedienenin Fondu ziyarət etməsilə gerçəkləşdiyini bildirib: “Diana Nausediene ilə biz xalqlararası inteqrasiyanın önəmindən, hər bir xalqın ümumbəşəri irsə bəxş etdiyi töhfələrdən, multikultural tolerant dəyərlərin əhəmiyyətindən bəhs etdik, Litvanın Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində karaimlərə həsr etdiyimiz sərgiyə baxış keçirdik”.

Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Egidius Navikas Fondun bir sıra birgə layihələrinin həyata keçirilməsinin önəminə toxunaraq, uğurlu əməkdaşlıqdan böyük məmnunluq duyduğunu dilə gətirib.

Litva Karaimləri Mədəniyyət Assosiasiyasının sədri Karina Firkaviciute karaimlərin qədim tarixi, mədəniyyəti barədə məlumat verib, rəhbərlik etdiyi icmanın gördüyü işlərdən danışıb.

Tədbir çərçivəsində karaimlərin adət-ənənələrini, yaşayış tərzini, milli geyimlərini əks etdirən rəsmlərdən ibarət sərginin açılışı da olub. Sərgi Litva karaimlərinin sənətçiləri Rytas LingeAugusta Firkovicin ifasında karaimlərin milli musiqi və mahnıları səsləndirilib.

 

525-ci qəzet.- 2022.- 1 noyabr.- S.9.