Xatirələrdə yaşayan hərbi komissar

 

Arif dayı ilə - Arif Hüseynqulu oğlu Babayevlə Bakıda qonşu idik. Tez-tez görüşüb mehriban söhbət edərdik. Dürüst, sözübütov, qayğıkeş şəxs olmaqla yanaşı, böyük nüfuz hörmət sahibi idi.

Arif müəllimin atası Hüseynqulu Babayevin ötən əsrin əvvəllərində müstəsna xidmətləri olmuşdu. 1918-1921-ci illərdə daşnaklara qarşı mübarizə aparmışdı. Əslən Qubadlı bölgəsindən olan Hüseynqulu Babayev uzun illər hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə ləyaqətlə işləmişdi.

Vaxtilə yaşadığımız Ağdam şəhər 8 nömrəli orta məktəbi yenicə bitirmişdim. "Kommunist" qəzetinin zonalar üzrə xüsusi müxbiri işləmiş atam İlyas Allahverdiyevlə Hüseynqulu Babayev yaxın dost idilər. Atam tez-tez Hüseynqulu əmini evimizə qonaq dəvət edərdi. Anamın mis qazanda bişirdiyi çolpa plovun ətri hər tərəfə yayılardı.

Son dərəcə səliqəli geyinmiş Hüseynqulu Babayevin parıldayan xrom çəkmələrindən hiss edirdim ki, yüksək vəzifə sahibi olmuş əsl hərbçidir. Ağsaqqalların tarixi söhbətlərinə qulaq asmaqdan zövq alardım.

Azərbaycan Respublikası Ticarət Sənaye Palatasında işləyərkən sədrimiz Kamran Hüseynov dayısı Hüseynqulu Babayev barədə soruşardı. Mən Hüseynqulu Babayevin rayonda böyük nüfuz sahibi olduğundan insani keyfiyyətlərindən söhbət açarkən Kamran müəllim çox sevinər Sərtib dağına həsr etdiyi şeiri uca səslə oxudardı.

Bu gün isə haqqnda söhbət açmaq istədiyim Arif Hüseynqulu oğlu Babayev 16 aprel 1933-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdu. Atasının xidməti işi ilə əlaqədar orta məktəb illərində Ağdam şəhərində yaşamş Arif Hüseynqulu oğlu 1941-ci ildə rayon 1 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1951-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurmuşdu. 1952-ci ilin avqustunda Dnepropetrovsk şəhəri Qırmızı Bayraqlı Zenit-artilleriya ali hərbi məktəbinə qəbul olunmuş, 1955-ci ildə həmin məktəbi bitirmişdi. 1958-ci ildən 1964-cü ilədək Yevlax, Ağcabədi, Şuşa Bərdə rayon hərbi komissarlıqlarında müxtəlif vəzifələrdə çalışmış, 1964-cü ildən 1967-ci ilədək Yardımlı rayon hərbi komissarının müavini, 1967-ci ildən 1971-ci ilədək həmin rayonun hərbi komissarı olmuşdu.

1971-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadak Xaçmaz rayon, 1982-ci ildən 1987-ci ilədək isə Bakı şəhəri Nizami rayon harbi komissarı vəzifələrində işləmişdi. İşlədiyi illər ərzində ona tapşırılan vəzifələri ədalətlə yerinə yetirdiyinə qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif dövlət orqanları tərəfindən orden medallarla, fəxri fərman diplomları təltif olunmuşdu. 1987-ci ildə polkovnik rütbəsində təqaüdə çıxmışdı.

Arif Babayev ömür-gün yoldaşıyla birlikdə dörd övlad böyüdüb boya-başa çatdırmışdı. Böyük oğlu Rövşən Babayev atasının yolunu davam etdirmiş, Bakı Ali Hərbi məktəbini bitirərək Müdafiə Nazirliyi sistemində müxtəlif vəzifələrdə işləmiş, mayor rütbəsində təqaüdə çıxmışdı.

Arif müəllimin iki qız nəvəsi zabit kimi Müdafiə Nazirliyi sistemində çalışırlar.

 

Təmiz əqidəli, köklü nəslin nümayəndəsi olan Arif Babayev 27 sentyabr 2022-ci ildə 98 yaşında vəfat edib.

Həyatı ilə gənc nəslə nümunə olan Arif Babayev doğma yurdumuzun işğaldan azad olunduğu günü görərkən sonsuz dərəcədə sevinmişdi.

Hər dəfə Arif Babayevlə görüşərkən onun xidmətləri barəsində yazmaq istəsəm , o, təvazökarlıq edərək razı olmurdu. Bütün bu müsbət keyfiyyətlər onun alicənablığından xəbər verirdi.

Sadə, mehriban, təəssübkeş qayğıkeş insan Arif Hüseynqulu oğlu Babayevin əziz xatirəsi doğmalarının onu tanıyan dostlarınn qəlbində əbədi yaşayacaq.

 

Rauf  İLYASOĞLU

 

525-ci qəzet.- 2022.- 3 noyabr.- S.16.