“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri,

"XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

XIX əsr Azərbaycan elmi-ədəbi-mədəni mühitinin yetirdiyi Mir Möhsün ibn Mir Əhməd Ağamirzadə Qarabaği 1832-ci ildə Şuşa şəhərində Qarabağın tanınmış seyidlərindən olan Mir Fəsih ağanın ocağında dünyaya gəlib. Yeddi yaşında elm öyrənməyə böyük maraq göstərən Mir Möhsün tezliklə ərəb və fars dillərini mükəmməl öyrənmiş, fitri istedadı sayəsində dövrün dəbdə olan kimya, nücum, poetika, tarix, musiqis. elmlərinə yiyələnmişdi. Yüksək təşkilatçılıq qabiliyyəti olan Nəvvab əsrin 70-ci illərində Şuşada "Məclisi fəramuşan" ("Unudulmuşlar məclisi") adlı ədəbi məclisi təşkil etmişömrünün axırına kimi onu uğurla idarə etmişdi. 20-dən çox orijinal əsərin müəllifi olan bu ensiklopedik zəka sahibi həm alim, həm dəyərli pedaqoq və həm də şair kimi müasirlərinin dərin hörmətini qazanıb. Adı həmişə xalq arasında ehtiramla yad edilir. Şair 1919-cu ildə Şuşada 86 yaşında vəfat edib. Onun zəngin ədəbi irsinin bir qismi, o cümlədən, divanı da nəşr olunub (Mir Möhsün Nəvvab. Divan. "Şuşa" nəşriyyatı, B.1999. Təkrar nəşri: "Şərq-Qərb" nəşriyyatı, B.2006). Şeir örnəkləri həmin əsərdən götürülüb.

 

Raqub Kərimov

Filalogiya üzrə elmlər doktoru,

professor

 

 

525-ci qəzet.- 2022.- 3 noyabr.- S.15.