Vətən müharibəsi - tarixi zəfərimiz  

 

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən sonra Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi məsələsi istər daxili, istərsə xarici siyasətin əsas prioritetinə çevrilmişdi. 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-in Qafan rayonunda, öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların zorən köçürülməsi ilə başlayan münaqişə 1988-1989-cu illərdə digər rayonlarından azərbaycanlıların deportasiyası ilə davam etdi.

Hadisələrin xronologiyasına diqqət etsək, Ermənistan tərəfinin öz ərazisində həyata keçirdiyi deportasiya prosesinin sonra Azərbaycan ərazisində soyqırımlarla əvəzləndiyini görərik. Ermənistanın hərbi təcavüzü, həmçinin, 1992-ci ilin ortalarına doğru Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, siyasi səriştəsizlik iqtisadi böhran ölkəni böyük təhlükələrlə üzbəüz qoymuşdu. Məhz belə bir böhranlı şəraitdə, 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ümummilli liderin siyasi uzaqgörənliyi ölkəni düşdüyü dərin böhrandan çıxarmaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması üçün böyük zəmin yaratdı. Bu missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük uğurla davam etdirdi ölkəmizi böyük Zəfərə daşıdı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi, son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri etnik təmizləmələr silsiləsinə son qoyuldu, məğlubiyyət sindromu aradan qaldırıldı. Qarabağ Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycanın müstəqillik tarixində yeni dövr açdı. Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların aktlarının icrasını öz gücü ilə təmin etdi.

İşğala məruz qalmış ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmən qarşısında öz gücünü, mübarizliyini nümayiş etdirdi. Hərbi sahədəki uğurlarla yanaşı, diplomatik sahədə böyük nailiyyətlər əldə olundu. Son 30 ilə yaxın davam edən münaqişə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın şanlı qələbəsi ilə sonuclandı. Şiddətli döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, habelə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut Suqovuşan qəsəbələri düşmən işğalından azad edildi. Vətən müharibəsi Şuşa zəfəri ilə başa çatdı. Kapitulyasiya aktına imza atan düşmən  Ağdam, Kəlbəcər Laçın rayonlarını boşaltmaq məcburiyyətində qaldı. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü suverenliyi bərpa edildi, doğma yurdlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın torpaq həsrəti bitdi. Bu yolda xeyli qəhrəman oğullarımız xalqımızın xoşbəxt gələcəyi naminə şəhidlik zirvəsinə yüksələrək Vətənin azadlığı uğrunda canlarından keçdilər.

Şuşa şəhərinin azad olunması hərb tariximizə şərəflə yazılan tarixi bir uğurdur. Ali Baş Komandan cənab İlham Əliyevin öz tarixi çıxışında bildirdiyi kimi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə həyata keçiriblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

Azərbaycan Ordusunun əsl qəhrəmanlıq, mərdlik, şücaət göstərərək tətbiq etdiyi savaş strategiyası taktikası müasir hərb tarixi üçün yeni örnək oldu. Belə bir vəziyyətdə Ermənistanın qarşısında olduqca məhdud seçim imkanı qalmışdı: döyüş meydanında son nəfərədək məhv olmaq ya hərbi məğlubiyyətini qəbul edərək təslim olmaq. Düşmənin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çıxış yolu yox idi. Nəhayət, Vətən müharibəsi nəticəsində yaranan yeni reallıq Azərbaycan, Ermənistan Rusiya liderlərinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanatda təsbit olundu. Üçtərəfli Bəyanat Dağlıq Qarabağın heç bir xüsusi statusa malik olmadığını Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq etdi. Ermənistan üçün faktiki kapitulyasiya aktı olan bu beynəlxalq sənədlə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürdülər. Azərbaycan tərəfi postmünaqişə dövrünün reallıqlarını, bölgədə uzunmüddətli sülh sabitlik yaradılması zərurətini nəzərə alaraq, Ermənistan Respublikası ilə münasibətlərin normallaşması sülh sazişinin hazırlanması üçün 5 təməl prinsipi irəli sürdü.

Dövlətimizin nüfuzu gələcək inkişafı baxımdan müstəsna əhəmiyyət kəsb edən bu qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan PrezidentiAzərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqındasərəncam imzaladı. Sərəncamla hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi öz əksini tapdı.

Bu gün Azərbaycanın 30 illik işğal dövründə viran qoyulmuş torpaqlarında böyük quruculuq işləri həyata keçirilir, infrastruktur obyektləri qurulur, məcburi köçkünlərin qısa müddətdə doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Artıq məcburi köçkünlərin bir hissəsi yenidən qurulmuş yaşayış məntəqələrinə köçürülüb.

Bu yerdə müharibə günlərində Azərbaycan Prezidentinin xarici KİV nümayəndələrinə verdiyi müsahibələrin, eləcə də xalq qarşısında etdiyi çıxışların müstəsna tarixi əhəmiyyətini də vurğulamaq lazımdır. Azərbaycanın dövlət başçısının yüksək intellektini, zəngin siyasi təcrübəsini, diplomatik məharətini nümayiş etdirən həmin müsahibələrin həm də əhəmiyyəti onda idi ki, Prezident İlham Əliyev dünya ictimaiyyətinə türk, rusingilis dillərində mövcud Azərbaycan gerçəkliyi, erməni işğalının miqyası, problemin həlli ilə bağlı diplomatik danışıqların tam səmərəsizliyi, əks-hücum əməliyyatlarının zəruriliyi, Qarabağ probleminin mahiyyəti, Bakıya qarşı informasiya möhtəkirliyi və s. barədə qiymətli məlumatlar verirdi. Dövlət başçısı dərin məzmunlu müsahibələri ilə erməni tərəfinin Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətdən gizlətməyə yönələn yalanlarını dağıdaraq, Ermənistanı və onu himayə edən qüvvələri ifşa etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə bir çox xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr beynəlxalq ictimaiyyətin obyektiv informasiya ilə təmin edilməsi və ictimai rəyin formalaşması baxımdan olduqca əhəmiyyətli idi.

Vətən müharibəsində Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə və digər şəhərlərimizdə soyqırıma məruz qalan həmvətənlərimizin qisasını döyüş meydanında alaraq düşmənə layiq olduğu yeri göstərdi.

 

Kamilə QURBANOVA

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat idarəsinin inspektoru, ədliyyə mayoru   

 

525-ci qəzet.- 2022.- 3 noyabr.- S.7.