Lənkəranda əks olunan Mirzə Cəlil işığı

 

(Əvvəli ötən sayımızda)

 

Lənkəran xalq maarif şöbəsinin müdiri müəllimlər evinin direktoru işləmiş İsmayıl Qənbərov (1866-1929) Nəsrulla Qənbərovun böyük qardaşıdır. İsmayıl müəllim Nəsrulla müəllim kimi məcmuədə fəal iştirak edib. Nəsrulla müəllimin məlumatına görə, o, qardaşının hansı imza ilə yazdığını bilməyib. Ancaq o yadında idi ki, İsmayıl Qənbərov "Ünas" I dərəcəli qızlar məktəbinin damının dammasından yazdığı felyeton qalmaqala səbəb olmuşdu. Məktub məcmuədə dərc olunduqdan sonra süründürməçilər işdən çıxarılmış, məktəbin işində dönüş yaradılmışdı.

Qeyd edilməlidir ki, Cəlil Məmmədquluzadə Lənkərana gələrkən bir neçə dəfə İsmayıl Qənbərovun evində qonaq olmuşdu. Nəsrulla müəllim bu məclisdə iştirak etmişdi.

Cəlil Məmmədquluzadə mollanəsrəddinçilərdən Hüseyn Kərimov Məmi Kazımovun adına 5 məktub göndərib. Həmin məktublar müxtəlif dövlət arxivlərində saxlanır. 1922-ci ildən başlayaraq "Qardaşoğlanları" imzası ilə onların "Tiryəklər məclisi", "Qumarbazlarla oyunbazlıq", "Adam öyrəşər" sair kiçik felyetonları dərc olunub. "Qardaşoğlanları" bu yazılarında köhnə dövrün qayıdacağı ilə yaşayanları, mövhumatı tənqid etmişlər.

Astara rayon poçt-teleqraf idarəsinin rəisi Əli Yaqubov bəd əməllərinin açılacağından ehtiyat edərək "Molla Nəsrəddin" jurnalına göndərilən məktubları gizlincə açırmış. Bu müəlliflərindən birinin - Hüseyn Kərimovun tabeliyində işlədiyini görüb, onu işdən qovmağa çalışır. Poçt müdiri Hüseyn Kərimovu poçt qutusundan məktub oğurlamaqda təqsirləndirir onun evində axtarışlar təşkil etdirir. Şübhəli bir şey tapılmasa da, Hüseyn Kərimovu işdən kənarlaşdırır.

Bu zaman Cəlil Məmmədquluzadə işə qarışır SSRİ Rabitə Nazirliyi Azərbaycan müvəkkilliyinin müdiri Böyükağa Talıblıya müraciət edir. Cəlil Məmmədquluzadənin müraciətindən sonra Astara rayon poçt-teleqraf işi yoxlanır. Məlum olur ki, rəis Əli Yaqubov vəzifəsindən istifadə edərək əmanət kassasından saxta sənədlərlə pul götürüb xərcləyirmiş. Bu hərəkətlərinə görə poçt rəisi işdən kənarlaşdırılır məsuliyyətə cəlb olunur.

"Molla Nəsrəddin"in fəal müxbirləri sırasında İman Əliyevin adı çəkilir. O danışardı ki, məcmuədə dərc olunmuş yazılarıma görə, mənə qonorar yazılmışdı, almaqdan imtina etmişdim. Mirzə Cəlil göy gözlərimə, qartaldimdik burnuma, oturuş-duruşuma baxıb, özünü gülməkdən saxlaya bilməyib zarafatla dedi:

- İman, bayaqdan sənə baxıram. Görürəm ki, sən haqq-hesabda müsəlmana, gözlərindən yəhudiyə, danışıqdan erməniyə oxşayırsan. Belə olmaz, qonorar sənin halal haqqındır, onlar sənə çatmalıdır.

Mirzə Cəlilin təkidi ilə iki il müddətinə almadığı pullar İman müəllimə qaytarılır bir nəfəri ona qoşur ki, həmin pullara evdəkilərə pal-paltar alsın.

İman Əliyev məcmuəyə ən çox mədəni-maarif sahəsində təsadüf etdiyi nöqsanlardan yazırdı. Çox keçməmiş Lənkəran ikidərəcəli məktəbdə rus-Azərbaycan dillərini bir-birinə qarışdırıb dərs deyən, elmdən xəbərsiz müəllimlər tənqid hədəfi oldu. "Molla Nəsrəddin" belələrini nəzmlə ifşa etdi:

 

 

Koqda xoruz banladı,

znayem səhərdir.

 

 

Jurnal daha sonra "Qulaq asan" başlığı altında yazırdı: "Lənkəran maarif şöbəsinin isklatından beş-altı yüz metrəyə qədər qalın , anbarın heç bir yeri dağılmadan qapısı açılmadan anbardan qeyb olunmuşdur" ("Molla Nəsrəddin", 1927, ¹ 23).

"Molla Nəsrəddin" başqa bir felyetonda deyirdi: "Birisi Lənkəran "Gecə" məktəbində təsərrüfat müdiri ola o zaman bir aralıq məktəb müdirini aldada, dairədən məktəb adına 1125 manat pul ala, bir müddət sonra işin üstü açıla, həmən adam yenə öz dost-aşnalarının sayəsində rahətcə sərbəstcə gəzib kef eləsə, olar ki..." (Yenə orada, 1929, ¹ 19).

Fəhlə-kəndli müxbirləri jurnalda müxtəlif janrlarda çıxış edirdilər. Felyeton, satirik şeirlər, lətifə tapmacalar, elan bildirişlər, karikatura məzhəkəli teleqramlar formasında verilən yazılar diqqəti çəkməklə, həm mövzuları hərtərəfli əhatə etməyə imkan verirdi. "Söz yığan" imzası ilə "Əl əli yuyar" adlı yazıda deyilirdi; "Lənkəran proletar yazıçılar cəmiyyətinin sədri bir-iki iclasda heyət üzvlüyünə keçəcək bir nəfərin namizədliyini özü irəli sürmüşdü, ancaq seçki olan iclasda sədr birdən-birə həmin namizədin əleyhinə çıxdı onun heyət üzvlüyünə keçməsinə mane oldu. Fəqət sonra məlum oldu ki, sədr iki aylıq bir səfərə gedəcəkmiş, həmin adamın şinelini geyməyə istəyir, o adam da Lənkəranda çox yağış olduğundan üzr istəyib sədrə şinel verməmişdir. Ona görə heyətə keçə bilməmişdir.

Əlbəttə, əl əli yuyar" (Yenə orada, 1929, ¹ 7).

Teleqraf elanlar vasitəsilə az sözlə böyük məna kəsb edən yazılar diqqəti cəlb edir "Molla Nəsrəddin" Lənkəran Pedaqoji Texnikumundan 95 dənə kruşka, 4 ədəd vedrə... qeyb olunmuşdur" (Yenə orada, 17 yanvar 1929) yaxud "Astarada Siyaku kəndində olan məktəbin müəllimi iki aydır ki, xəstələnmiş məktəb qapalı qalmışdır. Görünür ki, Lənkəranda bir dənə müəllim tapmaq olmadığından bu il bu məktəb bir daha açılmayacaqdır" (Yenə orada, 1929, ¹5).

 

 

 

"CANLI QƏZET"

 

 

 

Yerlərdə qəzetlərin nəşrindən əvvəl, 1926-cı ildə Lənkəranda Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə ədəbiyyat cəmiyyətinin nəzdində "Canlı qəzet" adlı birlik təşkil olunmuşdu. Yerli ziyalı Hüseyn Atakişiyevin rəhbərlik etdiyi cəmiyyət 1931-ci ilədək fəaliyyət göstərmiş 12 nəfəri birləşdirmişdi. İndiki "Lənkəran" qəzetinin ilk məsul katibi olmuş Müzəffər Nəsirli danışarmış ki, "Canlı qəzet" bir növ mətbuat funksiyasını daşıyırdı. Məsələ burasındadır ki, yerli ziyalılar dövrün eybəcərliklərini yazılı surətdə deyil, səhnə yolu ilə xalqa çatdırırlar. Cəmiyyətin üzvləri həftədə iki dəfə olmaqla indiki N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına toplaşar, yazdıqlarını səhnə yolu ilə əhaliyə çatdırırdılar.

1929-cu il yanvarın 1-də Yeni il münasibətilə köhnə əlifbanın ləğvinə həsr edilmiş səhnəcik hazırlanmışdı. İştirakçılar ərəb fars dillərində yazılmış kitabları qara bir çarşaba büküb tabut düzəltmişdilər. Bu, əlbəttə, rəmzi məna daşıyırdı. Tabut qabaqda, eşşəkdə tərsinə oturmuş molla - Məmməd Axundov yanında, arxadakı faytonda pristav - Qəzənfər Nəsirli, qaradovoy - Nəcəf Əliyev, arxada isə "Canlı qəzet"in üzvləri teatr həvəskarları gedirdilər.

Camaat xorla:

Əski əlifba vəfat etdi keçən axşamı,

Lampanı yandırmağa hazır qalıbdır hamı -

deyən kimi molla - Məmməd Axundov qışqırırdı:

- Vay, dinimiz əldən getdi!

Faytondakılar - pristav qorodovoy isə ucadan qışqırırdılar:

- Qoymarıq, yox qoymarıq!..

Bu zaman xor təkrar olunurdu

- Əski əlifba vəfat etdi keçən axşamı,

Lampanı yandırmağa hazır qalıbdır hamı.

Hadisə iştirakçıları bu minval ilə şəhərin bütün məhəllələrini gəzdilər. Hər yerdə dəstəyə adamlar axışıb gəlirdilər. Sanki hamı köhnə əlifbaya üsyana qalxmışdı.

 

 

 

SON SÖZ YERİNƏ

 

 

Azərbaycan mətbuatı tarixində satirik jurnalistikamızın inkişafında böyük xidmətləri olmuş "Molla Nəsrəddin" jurnalı şüurlarda yeni inqilab yaratmışdı. Onun səhifələrində mövcud quruluşun xalqa zidd mahiyyəti cəsarətlə açılıb göstərilirdi.

 

Cəlil Məmmədquluzadə xalqın işıqlı gələcəyini ictimai ədalətsizliyə və zülmə qarşı mübarizədə görürdü. "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" deyərək o, xalqı "qəflət yuxusundan" oyatmağa çalışırdı.

Cəlil Məmmədquluzadə böyük ədib, satirik jurnalistikamızın bayraqdarı, qüdrətli sənətkarı, ictimai xadim kimi yaddaşlarda həmişəlik qalıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalının irsinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynamışlar.

 

Etibar ƏHƏDOV,

Lənkəranda çıxan "Aşkarlıq" qəzetinin baş redaktoru

525-ci qəzet.- 2022.- 4 noyabr.- S.14.