Mədəniyyətlərin "restartı" və ehtiyacın inkişafa səbəb olması  

 

Kökü Azərbaycanla bağlı olan yəhudi əsilli (Azərbaycan dağ yəhudisi), Rusiya doğumlu, Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Ayzek Azimovun "Təməlçilər" romanında belə bir məqam var: "Qalaktika İmperiyasının sivilizasiyası durğunluq deqradasiya içərisindədir, amma çox az adam bunu dərk edir. İndi, nəhayət, əyalət İmperiyadan ayrılıb, İmperiyanın siyasi bütövlüyü laxlayıb (Anakreon dövləti bu laxlama nəticəsində meydan çıxıb). İmperiya dağılandan sonra isə barbarlıq dövrü qaçınılmazdır... Biz İmperiyanın süqutunun qarşısını almaq iqtidarında deyilik. Heç bunu istəmirik , çünki onun mədəniyyəti tükənib, bir vaxtlar malik olduğu kamilliyini bitkinliyini itirib. Təməlçilər Fondu (elmi təşkilat adı) Terminus (dövlət adı) idarəçilərini sadəcə bu böhrana qarşı bir məsələdə xəbərdar edir: Terminus Qalaktikanın o biri tərəfindəki ona bənzər digər Fond sivilizasiyanın gələcəkdə yenidən çiçəklənmə mərkəzi olacaq. Siz isə İkinci Qalaktik İmperiyanın gələcək təməlçilərisiniz, məhz zahiri böhran Terminusu bu yola yönəldəcək".

Ayzek Azimovun "Təməlçilər" romanından bu məqamları səbəbsiz yerə xatırlamadıq. Gəlin bu məqamları xatırlamaq məqsədimizin izahı yolundan irəliləyək. Amma əvvəlcə tarixi aspekdən bəzi məqamları xatırlamaq lazım gələcək. "Tarix keçmiş deyil, o, həm gələcək deməkdir" fikrindən davam edək. Görkəmli islam filosofu İbn Xəldun deyirdi ki, keçmişlər gələcəyə suyun suya bənzəməsindən daha çox bənzəyər. Belə isə tarixdəki bəzi məqamlara nəzər salaq bu nəzərsalma ilə birlikdə bir mətləbi xüsusilə dərk etməyə çalışaq. Tarix təsdiq edir ki, dünyanın ən güclü mədəniyyətləri bir müddətdən sonra çürüməyə üz tutur, əgər o mədəniyyətlər restart - yenidənbaşlama yoluna üz tutmasalar. Məsələn, böyük imperiyalar, güclü dövlətlər haradadır: Roma İmperiyası, dünyanın ən qüdrətli İslam dövləti - xəlifəlik, Bizans, Monqollar, Osmanlı daha neçəsi? Yoxdurlar. Deməli, dövlətlər "ölümə" məhkumdur. Onların "can"ları isə mədəniyyətləridir: ya varlıqlarını sürdürmək üçün böyük mədəniyyət yarada bilməyiblər, yaxud da həmin mədəniyyətlər bir zaman sonra əskiməyə başlayıb əskidisə, o zaman dağılması qaçınılmaz olub.

Tarix bax bizə bunu göstərir: dövlətlər, onun insanı özünü zamanın tələbi əsasında yeniləməli, restart etməlidir, əks təqdirdə, o, yoxolmaqla üz-üzə qalacaq. Hətta qədər nəhəng olsalar belə. Bu anda tarix bizə belə bir məqama da şahidlik etməyimizə vəsilə olur: keçmişdə mövcud olmayan yeni güclü dövlətlər, xalqlar mədəniyyətlər sonradan meydana çıxa bilir. Bəs bu, necə mümkün olur? Cavab olduqca aydın bəsitdir: zamanın dövrün tələbinə uyğunlaşma.

Burada bir haşiyə çıxmaq yerinə düşərdi. Zamana dövrün tələbinə uyğunlaşma asimilyassiya olunma demək deyil, heç minillik dəyərlərə arxa çevirmək deyil, burada məqsəd tarixi, milli geniş mənada bütün dəyərlərin, bir növ, "təmir"indən söhbət gedir, ona görə məqsədli şəkildə "restart" sözündən istifadə etmişik.

 

İndi gəlin Aristotelin bir fikrinə nəzər salmaqla yolumuza davam edək: "Ən böyük kəşflər ehtiyacdan yaranır". Qurtuluş da elə bundadır: ehtiyacı duymaq, onu dərk etmək. Bu, mədəniyyətin yenilənməsini, restartını gətirir, onu qaçınılmaz edir. Tarixin bu diktəsini duyan dövlətlər, dediyimiz kimi, öz gələcəyini qarantiya altına almaqla o gələcəyə həm də yön verə bilir. Ayzek Azimovun "Təməlçilər" romanında bizə anladılan da bundan başqa bir şey deyil.

 "Təməlçilər" romanı bizə hər şeydən öncə dövlət ağlının əhəmiyyətini ortaya qoyur. Dövlət ağlı dövlətin və xalqın gələcək müqəddəratını müəyyən və təyin edir. Dövlət ağlı dövlət üçün həyati əhəmiyyətli bu günü və gələcəyi görmək, onun səbəb və nəticələrini oxumaq missiyasını yerinə yetirir. Bəli, bu, mümkündür, Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" əsərindəki Şah Abbasın sarayındakı (dövlətindəki) münəccimliklə bir tutulmamalıdır. Çünki ağıl gələcəyi görür, ağıl hər bir şeyi təhlil süzgəcindən keçirir. Yanılmaq ehtimalı varmı? Əlbəttə, var, amma bu yanılmanın doğuracağı nəticələr də nəzərdə saxlanılır, onun üçünbir yol müəyyənləşdirilib.

"Təməlçilər" romanından diqqət çəkən əsas məqam budur. Psixotarixin əsasını qoymuş Ayzek Azimovun da bu romanda ortaya qoyduğu əsas ideya, beləliklə, aydınlaşır: gələcəyi konkret bir siyasi ideologiya ilə müəyyənetmə. Ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qurtuluş "resepti" kimi qiymətləndirəcəyimiz azərbaycançılıq ideologiyası, Azərbaycan Prezidenti İlham Əliyevin "Mən bilirəm, nəyi, nə vaxt, necə etmək lazımdır" sözləri - hər ikisi dövlətçiliyimizin, dövlət siyasətimizin böyük bir ideoloji sistem və xətt üzrə işlədiyinin xəbərçisi və təsdiqidir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası, ölkə başçısının bu ideoloji siyasətin, bir növ, təsdiqi kimi ortaya qoyduğu "Mən bilirəm, nəyi, nə vaxt, necə etmək lazımdır" sözləri müstəqillik illərində, hətta onun öncəsində və sonrasında Azərbaycanda ortaya çıxmış çoxsaylı böhranların bu sistemlik və davamlılıq nəticəsində ölkəmizi bugünkü və gələcək inkişafa yüksəldib. İndi hər şey aydındır. Böhranlar yeni-yeni işıqlı vəziyyətlərə "hamilədir", amma gərək dövlət ağlın olsun. Belə olan halda dünyadakı, yaşadığın coğrafiyadakı hər böhran sənin üçün yeni fürsətlər qapısı anlamında qiymətləndirilir.

 

 

Anar QASIMOV

 

525-ci qəzet.- 2022.- 4 noyabr.- S.9.