Qürur mənbəyi, and yerimiz Azərbaycan
Bayrağı
Müstəqillik rəmzlərimizdən olan üçrəngli bayrağımız altında milyonlarla insan bir amalla, bir məsləklə birləşib. Azərbaycan bayrağı torpağımız üzərində, başımız üstündə dalğalandıqca var olacağıq. Ucadan uca üçrəngli Azərbaycan bayrağı qürurumuzdur, varlığımızdır. Vətən torpağı üzərində məğrur-məğrur, azad dalğalanan Azərbaycan bayrağına bu gün Vətən torpağının hər bir yeri bürünüb. Bu bayraq bütövlüyümüzün simvoludur. Millətimizin imzasını dünyada təsdiqləyən bu bayrağı belə qüdrətli edən, dalğalandıran Azərbaycan xalqının Böyük Lideri, Prezidenti var. Bu gün Azərbaycan tarixində əzəmətli, möhtəşəm olan günlərini yaşayır. Noyabr ayı sanki ölkəmizi nura, şəfəqə, qələbə dolu tarixi günlərə qərq edib. Bu ayın sevincli günlərini yaşadıqca müstəqil dövlətin vətəndaşı olaraq haqq, ədalətin mücadiləsi üçün tökülən qanların əbəs olmadığını duyursan. Bayraq günü, Zəfər günü. Bir-birindən fərəhləndirici günləri bir azərbaycanlı olaraq yaşamaq necə də möhtəşəm bir hissdir. Dünyanın ən xoşbəxt bir insanı olduğunu duyursan. Sənə bu hissləri yaşadan dövlət başçına minnətdar olursan. Dünyanın ən gözəl bayraqlarından olan üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı kimliyimizin, zəfərimizin təntənəsidir, ünvanıdır. Dünyanın bir qitəsindən başqa bir qitəsinə yol alarkən bayrağımız ünvanımızı dünya xalqlarına nümayiş etdirir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir". Dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağı siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətlidir. Görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman dövlət atributlarına xüsusi diqqətlə yanaşmışdır. "Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun", - deyən Ümummilli lider Heydər Əliyev bildirmişdir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir
Tarixi dövrə nəzər salsaq görərik ki, Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından, mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında üçrəngli Dövlət Bayrağımız qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən xalqımızın milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırıldı. 1990-cı illərin çətin, ağır günlərində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
Ölkəmizdə qürurverici
bir haldır ki,
Dövlət Bayrağı Günü qeyd olunur. Ulu öndər Heydər
Əliyevin siyasi kursunu
uğurla davam etdirən
Azərbaycan Prezidenti İlham
Əliyev dövlət rəmzlərinə böyük
diqqət göstərir. Ən yüksək zirvələrdə
dalğalanan üçrəngli
bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycan
Prezidenti
çıxışlarının birində
"Bayrağımız qürur mənbəyimizdir.
Bizim bayrağımız
canımızdır, ürəyimizdir" - deyə bildirib. Azərbaycan Prezidenti İlham
Əliyevin 17 noyabr 2009-cu il
Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Ən yüksək
zirvələrdə dalğalanan
üçrəngli bayrağımız Azərbaycan dövlətinin
gücünü və
xalqımızın milli birliyini
nümayiş etdirir. Bu gün
Azərbaycan Ordusunun sahib
olduğu güc də
onun bayrağımıza olan
dərin məhəbbətindən və sədaqətindən
qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün
qorunması ilə bağlı şərəfli əsgəri
vəzifəsini yerinə yetirməyə başlayarkən,
müqəddəs bayrağımıza and
içir. Vətən
torpağının bütövlüyü
uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o
bayrağa sarılaraq, şərəfli
mübarizəyə qoşulub. Vətən
torpaqlarının işğaldan azad olunması uğrunda
övladını qurban vermiş
valideynlər şəhid cənazəsinə bükülmüş
müqəddəs bayraqla təskinlik
tapırlar. "Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən
varsa, vətəndir". 44 günlük Vətən müharibəsində
biz bunun bir daha şahidinə çevrildik. Bu gün işğaldan azad olunaən ərazilərimizdə
üçrəngli bayrağımız məğrur-məğrur
dalğalanır. Xalqın və dövlətin
maraqlarına uyğun hərtərəfli
müstəqil siyasət həyata keçirən, sürətli
və davamlı inkişaf yolu
ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə
dalğalanan üçrəngli
bayrağımız hər bir vətəndaşımızın
qəlbində qürur və fərəh
hissi doğurur. Bayraq gününüz
mübarək!
Yəhya
Abbasov
Fəlsəfə
elmləri doktoru
525-ci qəzet.- 2022.- 6 noyabr.- S.7.