Zəfər Günü
- yalnız irəli...
Artıq
ikinci ildir ki, hamılıqla 8 noyabr - Zəfər Gününü ərazi bütövlüyü bərpa
edilmiş, işğal
faktına son qoyulmuş,
güclü və müstəqil Azərbaycan
olaraq qeyd edirik. Xalqımızın bu günlərdə
yaşadığı misilsiz
qələbə sevincini,
fərəh və qürur hisslərinin sözlərlə ifadəsi
mümkünsüzdür.
30 illik işğala
son qoyan tarixi Qələbəmizin əsas
memarı heç şübhəsiz, Azərbaycan
Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevdir. Uzun illər aparılan islahatlar nəticəsində
formalaşmış peşəkar
ordumuz, Vətəninə,
dövlətinə bağlılığı,
Ali Baş Komandanın
bir əmri ilə könüllü olaraq cəbhəyə yollanan minlərlə Azərbaycan gənci, xalqının öz liderinə olan dərin sevgisi və sarsılmaz inamı idi bu qələbənin təməli...
44 günlük Vətən
Müharibəsi dövründə
bütün dünya Azərbaycan Prezidentinin necə dəmir və sarsılmaz siyasi iradəyə, milli maraqlarımız, müstəqilliyimiz və
ərazi bütövlüyümüzlə
bağlı prinsipial mövqeyə sahib olduğunu
gördü. 30 illik işğal dövründə
"münaqişənin hərbi
yolla həlli yoxdur" deyənlər, bizləri də buna inandırmağa çalışanlar Ali Baş
Komandanın rəhbərliyi
ilə aparılan Vətən Müharibəsində
artıq tarixə qovuşmuş Dağlıq
Qarabağ probleminin hərbi-siyasi yolla həllinin mümkünlüyünə
şahid oldular.
Müharibənin ilk günündə ordumuzun qətiyyətli əks-hücum əməliyyatları
ilə illər boyu möhkəmləndirilmiş,
"keçilməz sədd"
adlandırılan müdafiə
xəttini yararaq Azərbaycan Ordusu günortadan sonra Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı,
Böyük Mərcanlı,
Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə
rayonunda və Murovdağ silsiləsində
mühüm strateji yüksəklikləri azad
etməsi noyabrın
8-nə aparan yolda hamımızın səbirsizliklə
gözlədiyi, Prezidentin
şəxsən cəbhə
xəttindən verdiyi
sevincli xəbərlərin
ilk müjdəçisi idi...
Nəticədə ölkəmiz 30 illlik işğal dövründə
sadəcə kağız
parçasına çevrilmiş
BMT Təhlükəsizlik Şurasının
münaqişənin həlli
ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələblərini özü
icra etdi. Şuşanın azad edilməsi 44 günlük müharibənin
zirvə nöqtəsi
sayılır. Məhz qədim
mədəniyyət beşiyimizin
azad edilməsi ilə Ermənistan tam məğlubiyyətə uğradığını
etiraf etdi və noyabrın 9-da kapitulyasiya aktına imza atdı.
İkinci Qarabağ savaşının
"XXI əsrin müharibəsi"
adlandırılması da
heç təsadüf
deyil. Yüksək peşəkarlıq, beşinci nəsil hərbi texnika və sursatlardan istifadə, ən müxtəlif qoşun növlərinin qarşılıqlı
fəaliyyətinin təşkili
əsasında aparılan
hərbi əməliyyatlar,
Azərbaycanın döyüş
təcrübəsi, istifadə
etdiyi taktikalar bu gün dünyanın
ən inkişaf etmiş hərb məktəblərinin dərsliklərinə
salınıb, öyrənilir,
araşdırılır. Ali Baş Komandanımızın
da dediyi kimi, ən çətin
relyef şəraitinə,
çoxhədli müdafiə
xətlərinin olmasına
baxmayaraq, rəşadətli
ordumuz müharibənin
davam etdiyi 44 gün ərzində yalnız irəli getdi.
Şəhidlərimizin qanı hesabına əldə olunan tarixi zəfərin əhəmiyyətini Azərbaycan
xalqı heç bir zaman unutmayacaq.
Bu möhtəşəm
qələbə, gələcək
nəsillərin xatirəsində
əbədi yaşayacaq.
Hər bir müharibədə qalibiyyətə aparan ən başlıca amil sarsılmaz xalq-dövlət-ordu birliyinin vəhdətidir. Dövlət olaraq, xalq, ordu olaraq bu imtahandan alnıaçıq çıxmağı bacardıq. Məhz həmin sarsılmaz birliyinin, həmrəyliyin, inamın sayəsində...
Bu qələbə tək işğal altında qalan torpaqlarımızın azad edilməsinin yox, həm də millət olaraq dirçəlişimizin, oyanışımızın, özünə qayıdışın simvolu kimi dəyərləndirilməlidir. İndi bütün dünya Azərbaycanı, Azərbaycan xalqını qalib dövlət, qalib xalq kimi tanıyır, qəbul edir, hesablaşır. İndi qarşımızda daha mühüm vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərimizin bərpası...
Hazırda işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq və quruculuq işləri gedir. Bu proseslər dövlət başçımız İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin iqtisadi gücü və geniş maliyyə imkanları sayəsində iki il ərzində Zəngilan və Füzulidə ən müasir standartlara uyğun iki beynəlxalq hava limanı tikildi. Hər iki hava limanının açılışlarına 44 günlük müharibənin ilk dəqiqələrindən Azərbaycana mənəvi və siyasi dəstək verən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldı. İndi də azad edilmiş bütün ərazilərdə reallaşdırılan irimiqyaslı layihələrdə əsas tərəfdaşımız da qardaş ölkənin şirkətləridir. Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında reallaşdırılan Ağalı kəndi də artıq ilk sakinlərini qarşılayıb. Bununla da Şərqi Zəngəzur və Yuxarı Qarabağ iqtisadi rayonlarına keçmiş məcburi köçkünlərin "böyük qayıdışı"na start verilib. İnanırıq ki, ən qısa zamanda bütün azad edilmiş ərazilər dirçəldiləcək, ölkəmizin bu dilbər guşələri sakinləri ilə qovuşacaq.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Zəfər Bayramımız mübarək!
Polad
NƏCƏFLİ, Göyçay rayon notariat ofisinin notariusu
525-ci qəzet.- 2022.- 6 noyabr.- S.7.