Görkəmli alim, fəal
diplomat və... “525”in böyük
dostu
PROFESSOR
VİLAYƏT QULİYEVİN 70 YAŞI TAMAM OLUR
Azərbaycanın müasir tarixində
görkəmli alim-mütəfəkkir,
fəal ictimai xadim və dəyərli
dövlət adamı,
bu gün - noyabrın 5-də
70 yaşını sevinc
və qürurla qeyd etdiyimiz professor Vilayət Quliyevin xüsusi rolu və mövqeyi var.
Çağdaş Azərbaycan elminin
son 40 ilini Vilayət Quliyevin zəngin və çoxyönlü
elmi yaradıcılığı,
ictimai-siyasi həyatımızın
isə yaxın 30 illik dövrünü isə onun bu sahədəki
fəaliyyəti nəzərə
alınmadan təsəvvür
etmək çətindir.
Vilayət Quliyev ədəbiyyat
və milli düşüncə tariximizə
dürüst elmi mövqedən və dərin fəlsəfi aspektdən yanaşan, bu istiqamətdə çox sayda qiymətli əsər yaradan nadir mütəfəkkir-alimlərimizdən
biridir.
Tariximizdə müstəsna yer
tutan neçə-neçə
görkəmli şəxsiyyətin
bioqrafiyası, həyat
və yaradıcılıq
yolu, xidmətləri,
zəngin irsi, eləcə də Azərbaycan tarixinin bir sıra mühüm,
lakin nədənsə
kölgədə qalmış
məqamları
məhz Vilayət
Quliyevin parlaq zəkası, ardıcıl
zəhməti və alim-insan fədakarlığı
sayəsində üzə
çıxarılaraq geniş
ictimaiyyətə çatdırılıb.
İndiyə qədərki
70 illik ömrünün
50 ilə yaxınını
bu sahələrdə
gərgin araşdırmalara
həsr etmiş Vilayət Quliyev, ürəkdən inanırıq
ki, elmi ictimaiyyəti və oxucuları bundan sonra da qiymətli
əsərləri ilə
sevindirəcək.
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının
Xarici İşlər
Naziri (1999-2004), 2004 ildən
30 mart 2010-cü ilə qədər
Polşada (2004-2010), Macarıstanda
(2010-2021) və nəhayət,
2022-ci ildən Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri
vəzifələrindəki fəaliyyəti Vilayət
Quliyevin həm də bacarıqlı
diplomat, ölkəmizin və
millətimizin maraqlarını
hər şeydən yüksək tutan dövlət xadimi olduğunun aydın təzahürüdür.
“525” ailəsi üçün
Vilayət müəllimin
bir xüsusi cəhəti isə onun illərdən bəri qəzetimizin ən sadiq oxucularından,
və ən əsası da, çox fəal, daima arzulanan, yazılarına ciddi ehtiyac duyulan müəlliflərindən biri
olmasıdır. Bu mənada,
o, “525-ci qəzet”in və
ümumən milli mətbuatımızın böyük
dostu, həqiqi təəssübkeşidir.
Əzizimiz Vilayət müəllim!
Əlamətdar yubileyiniz
– 70 yaşınızın tamam olması münasibətilə Sizi ürəkdən təbrik
edir, Sizə möhkəm can sağlığı,
könül rahatlığı
arzulayır, misilsiz
dəyərə və
önəmə malik çoxşaxəli fəaliyyətinizdə
yeni uğurlar diləyirik!
70 yaşınız mübarək olsun!
“525”
525-ci qəzet.- 2022.- 6 noyabr.- S.10.