Gələcəyi daha
zövqlü edənlər
Şəhərimizin klassik musiqiyə qulaq asan sakinləri (eləcə də qonaqları) ötən il yaranmış
Cadenza orkestrini artıq
yaxşı tanıyır
və növbəti konsertlərini maraqla gözləyirlər. Bunun əsas
səbəbi, kollektivin
müxtəlif dövr
və coğrafiyalarda
yazılmış musiqi
əsərlərini ifa
etməsi və eyni zamanda əsas
bədii istiqamətinin
müasir dövrdə
yazılmış yeni
əsərlərin yerli
dinləyicilərə təqdimatıdır.
Orkestrin fəaliyyətinin bir mühüm istiqaməti də var ki,
o da məktəblərdə
şagirdlərlə keçirdikləri
mütəmadi görüş-konsertlərdir. Bu, fenomenal bir işdir.
Təsəvvür edin, nə qədər uşaq və yeniyetmə bəlkə heç vaxt fleytanı, violini, violonçeli, Mozartı, Beethoveni, hətta bəlkə Fikrət Əmirovu tanımayacaqdı.Axı necə
tanıya bilərdilər?
Filan rayonun filan saylı
dövlət orta məktəbinin şagirdləri.
Yüksək sənət
musiqisi ilə həyatlarının hansı
məntəqəsində təmas
qura biləcəkdilər:
evdəmi, toydamı, çayxanadamı, TV-dəmı,
gözəllik salonundamı,
universitetdəmi, gələcək iş
yerlərindəmi? Demək olar
heç yerdə şansları yox idi. Amma indi, beyinlərinin təmiz vaxtında görün hansı gözəlliklərlə tanış olurlar, hansı informasiyaları o
təmiz və gözəl beyinlərinə
həkk edirlər.Uşaqların
sənət musiqisi ilə tanışlığı
o qədər ciddi məsələdir ki, ən inkişaf etmiş ölkələrdə
ən qabaqcıl orkestrlər onillərdir bu işlərə büdcə, resurs və zaman ayırır.
Ondan qabaq isə bu barədə onillərlə yazıb, müzakirə ediblər.
Üzeyir Hacıbəyliyə heç
vaxt bitməyəcək
rəğbətimizin, təşəkkürümüzün
mühüm bir qismi də onun
məhz bu fəaliyyəti ilə bağlıdır. Oxuyanlar bilir, o, 1920-30-cu illərdəki
yazılarında musiqiyə
maraq göstərən
uşaqların sayının
artmasından necə şövqlə yazırdı.
Bunun üçün nələr
etdiklərini və daha nələrin edilməli olduğundan necə həvəslə bəhs edirdi.Qara Qarayev deyirdi ki, uşaqlara mətni oxumaq üçün əlifbanı
öyrətdiyimiz kimi,
notları da öyrətməliyik ki, musiqi parçasının
nələrdən təşkil
olduğunu bilsinlər.
Beləliklə, bu gün
Cadenza orkestri məhz bu dərəcədə vacib bir işlə
məşğul olur;
tarixən dahilikləri
sübuta yetmiş böyük şəxsiyyətlərin
göstərdikləri yolu
gedərək, onların
arzuladıqları işi
davam edir.
Yüzlərlə uşaq və yeniyetmə gözlənilmədən
yeni bir dünya ilə tanış olur - hələ onların sayı minlərə çatacaq
- onlar yeni bir dil, dillərdən
bəlkə də ən mühümü, hissləri ifadə etmək üçün istifadə olunan musiqi dili ilə
interaktiv surətdə
tanış olurlar. Şübhəsiz, bu uşaqlar
özündən əvvəlki
nəsillərlə müqayisədə
musiqini daha yaxşı anlayacaq, daha doğru saf-çürük edəcək,
daha zövqlü olacaq. Böyük ehtimalla aralarından
kimlərsə gələcəkdə
musiqiylə peşəkarcasına
məşğul olacaq,
biz dinləyicilərə estetik
zövq bəxş edəcək.
Bütün hallarda, həkim də olsalar, tacir də olsalar
musiqi zövqü olan həkim, ya tacir olacaqlar. Məmur olsalar
musiqi barədə daha doğru qərar verəcəklər.Bütün
bunların memarı isə bax bu
kollektiv - heyrətamiz
şəkildə qarışqa
kimi işləyən
Cadenza orkestridir. Obyektiv deməyə
çalışsam, ölkədəki
ən vacib işlərdən biri ilə, subyektiv qiymətləndirsəm isə
bəlkə də elə məhz ən vacib işlə
- özü də maksimum səriştəli
surətdə - məşğul
olduqlarını deyərdim.
Görülən bu böyük işlərə görə təşəkkürlər
və uğurlar, Cadenza
Contemporary Orchestra.
Firudin
ALLAHVERDİ
525-ci qəzet.- 2022.- 11 noyabr.- S.11.