Vilayət Quliyevin 70
yaşına təbrik
Əzizim
Vilayət!
70 yaşını təbrik
edirəm. Səmərəli fəaliyyətlə keçən uzun ömrü qocalıq sayanlar saysınlar. Qocalıqda cavanlıq həvəsiylə yazıb-yaratmaq
cavanlıqda bəzi qocalar kimi deyinməkdən
min pay yaxşıdır.
Sənin
ədəbiyyat, mətbuat,
maarifçilik tariximizə
aid qiymətli araşdırmaların
çoxları üçün
örnək olmalıdır.
Mənəvi Keçmişimizə
iddiasız və təmnnasız xidmətin həm
də Gələcəyə
yönəlmiş ismarışdır.
Bu cəhətdən sənin
fəaliyyətin mənə
unudulmaz Qulam Məmmədlinin salnaməçilik
təcrübəsini, xatirəsi
hamımız üçün
əziz olan Abbas Zamanovun xaricdəki soydaşlarımızla
əlaqə qurmaq təşəbbüslərini xatırladır. Amma səninlə
mənə xoşbəxtlikdən
başqa bir zamanda, müstəqillik dövründə yaşamaq
da nəsib oldu və sən
bu illərin yaratdığı imkanlardan
istifadə edərək
tariximizin neçə-neçə
qaranlıq səhifəsini
işıqlandırdın. Diplomatik fəaliyyətin, Polşada
və Macarıstanda Azərbaycan izlərini axtarmağın, ingilis dilini bilməyin bu tədqiqatlarının
miqyas genişliyini və dərinliyini təmin edir. Həyatın ara-sıra qarşıya
çıxardığı amansız sınaqlarından
yorulmayan, usanmayan tədqiqatçı əməyinlə
çıxa bildin.
Yəqin ki, ardıcıl izlədiyim yazıların haqqında daha geniş bir mətn yaza bilərdim və qismət olsa haçansa yazaram. Hələlik isə ən səmimi təbrikimi, ürəkdən gələn sözlərimi qəbul et. Gələcək onilliklərdə sənə eyni həvəslə, şövqlə çalışmağı arzu edirəm.
7 noyabr 2022
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2022.- 11 noyabr.- S.8.