"Dəmir yumruğ"un gücünə imzalanan Bəyanat  

 

 

Dünya miqyasında söz sahibi olan Azərbaycanın iqtisadi gücü, hərbi qüdrəti, xalq-iqtidar birliyi dövlətimizin böyük gücə malik olduğunun təzahürüdür. 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünün göstəricisidir ki, xalqımız Zəfər tarixini yaşadı. Qorxaq, vəhşi erməniyə Azərbaycan oğulları döyüş məharətlərini, peşəkarlıqlarını göstərdilər. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti 2020-ci il noyabrın 10-da onu kapitulyasiya aktını imzalamasına məcbur etmiş oldu. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. Dəmir yumruğun gücünə imzalanan Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Üçtərəfli Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı Kəlbəcər işğaldan azad olundu. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, "Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə humanistlik göstərdik. Yenə vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir dəyişməyəcək. Heç kim bunu unutmamalıdır".

Ümumiyyətlə, Azərbaycan, Rusiya prezidentləri Ermənistanın Baş nazirinin birgə imzaladıqları Bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi kapitulyasiya şərtlərinə razılığını verdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycanın güclü ordusu, yenilməz ordusu bu tarixi bizlərə yaşatdı. Cənab Prezidentin bildirdiyi kimi, "Noyabrın 9-da artıq Ermənistan tərəfi öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu".

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm diplomatik danışıqlar nəticəsində qazandığı zəfər tariximizə Qələbəmizi həkk etdi bu hər birimizdə böyük qürur, fəxarət hissi yaratdı. Bu tarixi qələbəmiz bütün dünyaya yayıldı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan qovaraq, məğlub etməsi 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Bu əlamətdar hadisə milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirdi.

Bəyanatın imzalanmasından iki il ötməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasından boyun qaçırır. "Biz müharibə istəmirik. Biz ədalətli sülh istəyirik. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonraolacaq, onu həyat göstərər". Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında sülh müqaviləsi ilə bağlı mövqeyini şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistan beynəlxalq hüquq normalarını yenidən pozaraq, cari ilin sentyabrında genişmiqyaslı təxribat törətdilər. Bu təxribatı törətməklə Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaqregionda hərbi gərginliyi artırmaq məqsədini reallaşdırmağa çalışıb. Ermənistanın hazırkı siyasi elitası 2020-ci il 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməməkdə, sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmaqda israrlı olduğunu göstərir.

10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu.

Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlanılıb. Dövlət başçısı bildirib ki, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Aparılan abadlıq-quruculuq işləri ərazilərimizin tezliklə müasir bir əraziyə çevriləcəyini göstərir.

Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu!

 

Mehdi MEHDİYEV,

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

 

525-ci qəzet.- 2022.- 11 noyabr.- S.6.