İran hakimiyyətinin iç
üzü
Azərbaycan həmişə qonşu dövlətlərlə yaxşı
münasibətlər qurmağa
üstünlük verib. Bu ölkələrdən biri
də İrandır.
Azərbaycan Dövləti İranla
dostluq, əməkdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsində hər
zaman maraqlı olub. Buna baxmayaraq, İranın bu günədək Azərbaycan
üçün faydalı
ola biləcək
hər hansı bir addımını görməmişik. Hələ
Birinci Qarabağ müharibəsi zamanı Ermənistanı açıq
şəkildə dəstəkləməsi,
Azərbaycan ərzilərinin
işğalına biganə
yanaşması, torpaqlarımız
işğal altında
olduğu zaman İran tərəfinin oraya olan qanunsuz
səfərləri, 2001-ci ildə
Xəzərin statusu ilə bağlı yaranan münaqişə, illərdir narkotik vasitələrin Azərbaycana
daşınması, son bir
il ərzində isə sərhəddə törədilən təxribatlar,
Zəngəzur dəhlizini
bəhanə gətirərək
Azərbaycana qarşı
sərt bəyanatlarla
çıxış etməsi,
Ermənistanı açıq
şəkildə dəstəkləməsi
və sairə. Ekspertlərin rəyinə
görə, İranın
son bir il
ərzində sərhəddə
iki dəfə hərbi manevrlər etməsi onun hərbi toqquşmaya maraqlı olduğunu göstərən amildir. Bəs bu təxribatlar hərbi münaqişəyə
səbəb olarsa, İranın Qərbin və Türkiyənin təzyiqləri ilə üzləşməsi mümkündür?
Ortadoğu Araşdırmalar Mərkəzinin
rəhbəri Sədrəddin
Soltan "525"ə açıqlamasında
bildirib ki, əgər belə bir təhlükə yaranarsa, ABŞ və İsrail bu məsələdə Azərbaycanı
dəstəkləyər. Türkiyə NATO ölkəsidir, bu məsələdə də
iştirak edər və iştirak edərsə, dolayı yolla NATO-nun, Qərbin siyasi dəstəyini alar. Çünki Azərbaycanın ərazi bütövlüyünə
təhdid, Türkiyənin
ərazi bütövlüyünə
təhdid sayılır.
S.Soltan hesab edir ki, Türkiyənin
regionda aktivliyi və Azərbaycan-Türkiyə
münasibətlərinin bu
dərəcədə inkişaf
etməsi son iki ildə İranı ən çox narahat edən məsələlərdən biridir:
"Türkiyədə Ərdoğan
hakimiyyətə gələndən
sonra qonşu ölkələrlə sıfır
variantı təklifi ilə çıxış
etdi və İranı Türkiyə
üçün təhlükə
yaradacaq dövlətlər
siyahısından çıxardı,
hətta onu bir çox məsələlərdə müdafiə
etdi. Azərbaycan məsələsində isə İranla Türkiyənin münasibəti
fərqlidir. Ona görə
də İran hesab edir ki,
Türkiyə ilə Azərbaycanın yaxınlaşması
Turan xəttinin birləşməsidir. Turan xəttinin
birləşməsi isə
təkcə Azərbaycanın
Şimal hissəsi ilə deyil, həm də Güney hissəsindən başlayır. Yəni İran
elə hesab edir ki, Türkiyə
və Azərbaycanın
yaxınlaşması həm
də Güney Azərbaycanın müstəqil
olması deməkdir.
Güney
Azərbaycanın müstəqil
olması isə İran adlı dövlətin olmamasıdır.
Bu təhlükəni göz altına alaraq İran hətta Zəngəzur dəhlizini Turan dəhlizi də adlandırır. Ona görə də Ermənistanla əməkdaşlıq
qurur, Ermənistandan alət kimi istifadə edir, Ermənistanı bəsləyir
və s. Biz bunu müharibə dövründə
də bunu gördük - Türkiyə Azərbaycanı
hər cəhətdən
dəstəkləyirdi, İran
hakimiyyəti isə əksinə Ermənistana
silah göndərməklə,
indi isə guya perspektivə Ermənistana dronlar satmaqla Azərbaycana qarşı təzyiqlər
göstərir və Azərbaycanı Ermənistan
vasitəsilə təhdid
edir. Bu, İran hakimiyyətinin iç üzü və mahiyyətidir".
İranın aqressiyanın artırmasını
öz daxilindəki problemləri həll etmək, müxalifəti susdurmaq, etiraz aksiyalarından diqqəti yayındırmaq üçün
etdiyi də ehtimal olunur. İranda başlayan
iğtişaşlar artıq
iki aya yaxındır
ki, davam edir və bu,
İranın qonşu
dövlətlərə, xüsusən
də Azərbaycana qarşı daha da aqressiv olmasına
səbəb olur.
Bəs, İranda baş verən etiraz aksiyaları öz nəticəsini versə və hakimiyyət dəyişsə,
bu, İranın Azərbaycanla bağlı
siyasətinin də müsbət mənada dəyişməsinə səbəb
ola bilərmi?
S.Soltana görə, İranda hakimiyyətə gələcək
hansısa qüvvə
indiki ideologiyadan imtina etməli, demokratik prinsipləri əsas götürməli,
milli haqları təmin etməlidir.
Əks təqdirdə
bu proseslər o zaman da səngiməyəcək:
"Əgər yeni hakimiyyətə gələcək
qüvvənin əsas
siyasi xətti panfarsizm ideologiyası olarsa, yenidən hərəkat başlayacaq.
Çünki İranda yaşayan
millətlər öz
milli haqlarına çatmalıdır, onlara
milli haqları tanınmalıdır. Məsələn, bu ölkədə bəlucların sayı 3 milyona yaxındır, türkmənlərin sayı
milyonlarladır, azərbaycanlıların
sayı on milyonlarladır.
Sən bunların milli haqlarını necə verməyəcəksən? Milli haqqı vermədikcə belə proseslər davam edəcək. Ona görə də hakimiyyətə gələn
yeni qüvvə indiki ideologiyadan imtina etməli, demokratik prinsipləri əsas götürməli,
milli haqları təmin etməlidir.
Dünyada bununla bağlı
çoxsaylı örnəklər
var. Əks halda İran gələcəkdə
daha böyük fəsadlarla üzləşə
bilər".
Fərid SANÇAR
525-ci qəzet.- 2022.- 11 noyabr.- S.5.