Turan
Əbədi səadət Turandan
keçir,
Əzəli arzumuz Turandır bizim.
Turana gedən yol tufandan keçir,
Yenə
gözlərimiz al qandır
bizim,
Əzəli arzumuz Turandır bizim.
And olsun Günəşə,
and olsun Aya,
Ərənlər and içib Alp Ər
Tonqaya,
Çəkilsin kənara hər
dağ, hər qaya,
Halımız hər kəsə
əyandır bizim,
Əzəli arzumuz Turandır bizim.
Türkün hər dərdinə
dərmandı Turan,
Elimin
ilk andı, son andı
Turan,
Görəcəklər necə tufandı Turan!
Turansız halımız yamandır
bizim,
Dərdimiz-sərimiz Turandır bizim.
Türkün qart düşmənə
zərbələrindən,
Qoy bir də oynasın bu Yer yerindən.
Qurtulsun
məzlumlar qəm-kədərindən,
Turansız yolumuz dumandır
bizim,
Əzəli arzumuz Turandır bizim.
Ruhumuz şad olmaz "Quran" olmasa,
Yurd olmaz yurd eşqi
hər an olmasa,
Dünya
abad olmaz Turan olmasa,
Turansız dünyamız virandır
bizim,
Yurdumuz-yuvamız Turandır bizim.
Məni tap gətir
Yunus Əmrəyə
Bir dəm vardı dəmdə dəmdən içəri,
Bir sevinc var qəmdə
qəmdən içəri,
"Bir mən vardı
məndə məndən
içəri",
Mən kimə
deyim ki, məni tap gətir.
Dupduru bir gölə bir daş atmışam,
Sevinc dura-dura
qəm yaşatmışam.
Görən harda belə itib-batmışam...
Mən kimə
deyim ki, məni tap gətir.
Bəlkə də bir sözün mənasındayam,
Bəlkə də bir eşqin səhrasındayam,
Sonsuz kainatın harasındayam,
Mən kimə
deyim ki, məni tap gətir.
Şair
sözü dərdə
dərman olurmu,
Misra-misra
eşqə fərman olurmu,
Bu dünyada özün tapan olurmu,
Mən kimə
deyim ki, məni tap gətir.
O bir oddur, mən
də onun külüyəm,
O bir tufan, mən
də onun yeliyəm,
Mən elə o mənəm, bu mən deyiləm,
Mən kimə
deyim ki, məni tap gətir.
Dur çəkək dünyanı
gün dəyən yerə
Atını dörd nala çapa bilmədin,
Haldan hala saldı bu halın
səni.
Özün də bir cavab tapa bilmədin,
Gör necə
çaşdırdı sualın
səni.
Az belə özünü başdan çıxar sən,
Eşq ilə hər cürə qışdan çıxarsan;
Bərk
halınla bərkdən-boşdan
çıxarsan,
Keçirməz Arazdan su halın səni.
Dur çəkək dünyanı gün dəyən yerə,
Bir az ümid əkək mən deyən yerə.
Özü uçub gedə bilməyən yerə
De, necə aparsın
xəyalın səni?