Milli Kitabxana Konstitusiya Gününə
aid sərgi açıb
12 Noyabr Azərbaycanda
Konstitusiya Günü
kimi qeyd olunur. Bu tarixi gün münasibətilə M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında "12 Noyabr
- Azərbaycan Respublikasının
Konstitusiya Günü"
adlı virtual sərgi
açılıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın
görkəmli şəxsiyyətlərinin
konstitusiyamız haqqında
fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində
dərc olunan məqalələr nümayiş
etdirilir.
525-ci qəzet.- 2022.- 12 noyabr.- S.10.