"Müharibənin səsi" təqdim olundu

 

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Zəfər Günü münasibətilə yazıçı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nərminə Məmmədzadənin "Müharibənin səsi" kitabının təqdimatı olub.

Mərkəzdən 525.az-a bildirilib ki, kitab "Olmayan müsahibə" layihəsi çərçivəsində üç dildə (Azərbaycan, ingilis rus dillərində) nəşr edilib 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinə həsr olunub.

Təqdimat mərasimində bildirilib ki, kitaba daxil olunmuş 50-dən çox qısa müsahibə real hadisələrə əsaslanır. Müəllif hər müsahibədə bir şəhidin ruhu ilə söhbət aparır. Hər bir hekayə bir igidin səsidir, o şəhidlərimizin nurlu simalarını bizə açır əbədi yaşadır. Müsahibələrdə qəhrəmanların kim olduğu, onların uşaqlıq illəri, yaxınları, dostları, ailələri, arzu istəkləri haqqında danışılır.

Tədbirdə həmçinin, şəhidlərin ailə üzvləri digər iştirakçılar çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Vurğulanıb ki, müəllifin böyük ürək yanğısı ilə yazıldığı kitabda yer alan hər bir yazı göz yaşı, qəlb ağrısı ilə oxunsa da, lakin bu əsərin qəhrəmanlarının hər biri xalqımızın yaddaşında, qəlbində xilaskar döyüşçü, şərəf ləyaqət sahibləri kimi daim yaşayacaq.

Tədbirdə kitabdan hekayələr oxunub.

İştirakçılara minnətdarlığını bildirən Nərminə Məmmədzadə kitabı yazarkən keçirdiyi hissləri bölüşüb.

 

525-ci qəzet.- 2022.- 12 noyabr.- S.10.