"Xarıbülbül" adlı şeir müsabiqəsi keçirilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəbliləri arasında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş "Xarıbülbül" adlı şeir müsabiqəsi keçirilib.

Baş İdarədən 525.az-a bildirilib ki, tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.

İlk öncə mərkəzin əməkdaşı Nuranə Davrinbəyova Zəfər Günü haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra isə müsabiqədə iştirak edən rayon ümumtəhsil məktəblərinin şagirdləri öz şeirlərini təqdim edib. Müsabiqədə 288, 233, 139, 166 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Münsiflər heyətinin rəyi əsasında Əsmər Əhmədli, Zəhra Hüseynzadə Ləman İmanzadə birinci yerə, Səma Əliyeva, Zeynəb Əlizadə, Bəsti Hüseynli ikinci yerə, Rəhimə Həşimova, Gülzar Bəşirli, Ayaz Məmmədli üçüncü yerə layiq görülüblər.

Sonda müsabiqənin qalibləri diplom medallarla təltif olunublar.

 

525-ci qəzet.- 2022.- 12 noyabr.- S.10.