Dan üzü
ruhumuza oxunan dua
“525” - 30!
"525-ci qəzet"i niyə sevirik? Operativliyinə
görə, dürüstlüyünə
görə, fərqli
ictimai-siyasi qəzet kimi tanındığına
görə, mədəni-maarif
hərəkatının güzgüsü
olduğuna görə,
ziyalıların və
yaradıcı gəncliyin
böyük rəğbətini
qazandığına görə,
milli-mənəvi dəyərlərimizi
yaşatdığına görə,
Azərbaycanın dövlətçiliyinin
söz cəfakeşi
olduğuna görə...
"525-ci qəzet" mənə doğma qəzetdir. Tələbəliyimdə
dərc edilməyən,
Birinci Qarabağ müharibəsində maraqla
oxuduğum "525-ci qəzet"
könlümün qəzetidir...
Bir dəfə
könül dostlarımla
Azərbaycan jurnalistikasından
danışırdıq. Qəzetdə dərc edilmiş məqalələri xatırlamışdıq,
məqalələrin mahiyyətini,
Azərbaycan üçün
gərəkliyini, gənclərin
dünyaduyumuna hansı
səviyyədə təsir
göstərəcəyini təxminləmişdik.
Onda tərəddüd etmədən
"Bunlara istinadən
"525"ə 525 alqış düşür" - demişdim.
Həmsöhbətlərim mənimlə tərəddüdsüz
razılaşmışdı. Biri gülümsünərək
demişdi: "Bu söhbətimizin
mahiyyətini respublikada
rəy sorğusuna mövzu eləsək, nəticədə bizimlə
həmfikir olanların
sayını neçə
rəqəmli ədədlə
ifadə etmək olar, bunu bilmirəm".
Dostumun səsində qətiyyətli inam vardı...
Professor Asif Rüstəmli yazır: "...Bütün
qıtlıqlara rəğmən,
cəmiyyət çörəkdən
çox, açıq
sözün, doğru
sözün, səmimi
sözün aclığını
çəkirdi. Yeni-yeni yaranmaqda
olan milli ruhlu qəzetlərin bəziləri şər imperiyasının, sovet ideologiyasının təsirindən
xilas olmağın psixoloji çətinliklərini
yaşayırdı. Belə
bir tutqun, bürkülü ictimai-siyasi
mühitdə, 1992-ci il
17 noyabrda, dövlət
müstəqilliyini yeni
bərpa etmiş Azərbaycan xalqı üçün əlamətdar
olan Milli Dirçəliş Günündə
özünə, sözünə
güvənənlərin "525-ci qəzet"i ilk sayını
imperiya ilə qanlı mücadilədən
qalib çıxaraq azadlığını, müstəqilliyini
bəyan edən ziyalılara, gənclərə,
geniş oxucu auditoriyasına ünvanladı".
Bu fikir təkcə sevgi deyil, gerçəkliyin
sözlə gerçək
ifadəsidir...
1992-ci il noyabr ayının
17-dən üzü bu
yana, obrazlı şəkildə desək,
xalqın arasında xalqla birlikdə xalq üçün yaşayan "525-ci qəzet"
Birinci Qarabağ müharibəsinin tarixinin
də söz yükünü çəkirdi.
Döyüşlərdən yazırdı, işğaldan
yazırdı, döyüşənlərin
kürəyini əhalinin
nəfəsinin isitməyindən
yazırdı, döyüşənlərin
döyüş təəssüratlarından
yazırdı.
1993-cü ilin yanvarında
ordumuzun uğurlu Horadiz əməliyyatı
nəticəsində bir
qəsəbə, 20 kənd
işğaldan azad edildi. "525"imiz bu döyüşlər haqqında
istər informativ, istərsə də təhlili məqalələr
dərc etməklə
müharibə tariximizin
xronikasının yazılmasına,
tarixləşdirilməsinə mətbu xidmət göstərdi. Xalq gerçəkliyin
sözlə ifadəsini
bu qəzetdə də tapırdı.
O vaxtlarda mən Zəngilandaydım, hərbi
hissə komandirinin müavini idim. Döyüşməyə gələnlərlə söhbətləşməyi həm
hərbi zərurət
bilirdim, həm də döyüşçünün
dünyaduyumunun səviyyəsini
müəyyənləşdirəsi vasitə. Onda döyüşə gələnlərin əksəriyyəti
"525-ci qəzet"də dərc edilən məqalələrdən təsirləndiyini,
bu qəzetin çağırışlarını Vətənin çağırışı
bildiyini deyirdi. Yeni yaranan qəzetin yeni yaranan hərbi
hissə ilə mənəvi birliyi mənə könül xoşluğu verirdi.
Bir dəfə uğurlu əməliyyatların
birindən sonra "Sevdiyiniz, sevdiyimiz bu qəzet də
bizim döyüş yoldaşımızdır...",
- demişdim. Aradan illər
keçəndən sonra
keçmiş döyüşçülərlə
görüşəndə həmin məqamları da xatırlayırıq.
O döyüşçülərdən biri "Komandir, sizin "525-ci qəzet"ə
sədaqətinizə çoxumuz
həsəd aparırıq.
30 ildir bu qəzet sizin sevgilərlə oxuduğunuz
qəzetdir, yazılarınızı
da ancaq həmin qəzetdə dərc etdirirsiniz...",
- dedi. Keçmiş əsgərin, bu gün cəmiyyətdə
özünəməxsus mövqesi
olan dövlət qulluqçusunun fikirlərini
yaşadığım illərə
görə şükranlıq
bildim: Sədaqətli
oxucu kimi tanınmışam...
30 il əvvəl Birinci Qarabağ müharibəsi haqqında
informasiyalar, məqalələr,
reportajlar dərc edən "525-ci qəzet"
İkinci Qarabağ müharibəsində də
cəbhə xəbərləri
dərc edirdi. Bu xə-bərlər jurnalistikanın bütün
vacib tələblərinə
cavab verirdi, operativliyi ilə, dürüstlüyü ilə,
əhatəliliyi ilə
fərqlənirdi. Bu səbəblərə görə
də oxucular televiziyadan eşitdiklərini
bu qəzetdə oxuyacaqları informasiyalarla
tamamlamağa çalışırdı.
Bu qəzet yadların
bilərəkdən ictimailəşdirdiyi
yalan informasiyalara da ciddi münasibət
bildirirdi. Bu münasibətlər arqumentli
münasibətlər olduğundan
ictimaiyyətin inamına
dönürdü, xeyirxahımız
olmayanlar gerçəklik
önündə susurdu.
Haqqın, ədalətin söz
cəfakeşi olan
"525-ci qəzet" ictimai
fikri dövlətçiliyə
yönəltməyi həmişə
bacarıb.
2020-ci ilin noyabrında
ordumuz Zəfər qazandı. İkinci Qarabağ müharibəsinin
ildönümündə "525-ci qəzet" ədalətli
müharibəmizin xronikasını
günlər üzrə
dərc etməklə
həm müharibə
tarixini yaşadır,
həm müharibənin
mahiyyətini yaddaşlara
köçürür, həm
də bu günlə zaman anlamında dünənlər
arasında mətbu əlaqə yaradır.
"Vətən müharibəsinin xronikası"
kimi təqdim edilən bu informasiyalar məlum faktlara yeni münasibətin
təzahürüdür. Yeni münasibət qələbəyə
görə vətəndaşlıq
borcödəməsidir. "525-ci qəzet"ə görə
bu informasiyalar Zəfərə gətirən
döyüş yolunun
konturlarıdır...
"Azərbaycan cəmiyyətinin
qəzeti" (akademik
İ.Həbibbəyli) olan
"525-ci qəzet" ictimai-siyasi
qəzet olmaq etibarilə cəmiyyətin
mətbu sirdaşıdır.
"525-ci qəzet" ədəbiyyat qəzeti deyil. Bu qəzetin, obrazlı
şəkildə desək,
"ürəyinin böyüklüyündəndir
ki" burada məqalələr də dərc edilir, reportajlar da, yol-səyahət qeydləri
də, elmi-publisistik məqalələr də,
analitik yazılar da, rəsmi informasiyalar da, şeirlər də; qəzet oxucusu ilə müxtəlif mövzularda "kəlmələşib",
indi də "kəlmələşir". Qəzetdə dərc edilən ədəbi nümunələr
olduqca maraqla, sevgilərlə oxunur.
Şahidiyəm, şairlər şeirlərini,
nasirlər hekayələrini
bu qəzetdə dərc etdirməyə həmişə maraqlı
olub. Niyə məhz bu qəzetdə? - oxucusu çoxdur, təqdim edilən hər şeirə əsər münasibəti
var, yaradıcılq tələbləri yüksəkdir.
Gənc şairlər
bu qəzetdə şeiri dərc edilən həmkarını
böyük coşqu ilə təbrik edirlər...
Şuşada Vaqif Poeziya Günlərində tədbirin
gedişi ilə bağlı məqalələri
böyük səxavətlə
dərc edən
"525-ci qəzet" bir
daha təsdiqlədi ki, mətbu söz tarixdir, mətbu sözə biganəlik tarixə biganəlikdir. Vaqif Poeziya Günlərinin Zəfərin davamı kimi təqdim edilməsi də bu mətbu orqanın
dövlətə, dövlətçiliyə
sədaqətinin təzahürü
idi; ədalətli müharibə olmasaydı,
bu müharibədə
Zəfər qazanılmasaydı,
torpaqlarımız işğaldan
azad edilməsəydi,
neçə on illərdən
sonra belə bir poeziya bayramı
gerçəkləşə bilməzdi. Qəzetdə dərc edilən
təəssüratlar da
bu fikrin təsdiqidir. Akademik İsa
Həbibbəyli yazır
ki, "...ədəbiyyatın
əsas arsenalını
əhatə etməklə
yanaşı, həm də ictimai-siyasi və maarifçi-mədəni
mühitin bütün
palitrasını özündə
cəmləşdirmək baxımından
"525-ci qəzet"lə müqayisə ediləcək
mətbuat orqanı göstərmək çətindir.
Məhz
"525-ci qəzet" özünün
çoxaspektli fəaliyyətində
özünəməxsus ədəbiyyat
qəzeti və fərqli bir ictimai-siyasi qəzet olmaqla bərabər, həm də mədəni-maarif hərəkatının
güzgüsü olan
mətbuat orqanıdır.
"525-ci qəzet"in əsas gücü bu mühüm istiqamətlərin hər
hansı birinə xüsusi ağırlıq
verməsində yox, onların hamısının
çox münasib harmoniyasını, vəhdətini
yaratmasındadır. Siyasətçilər üçün ən yaxşı ictimai-siyasi qəzet kimi qəbul edilən
"525-ci qəzet" ədəbiyyatçılardan
ötrü də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat qəzetidir".
Bu qənaət akademikin
timsalında Azərbaycan
ədəbiyyatının qəzetidir,
şübhəsiz...
"525-ci qəzet"də müxtəlif məzmunlu məqalələr dərc
edilir. Qəzetdə dərc edilən
esselər də böyük maraqla oxunur. Belə esselər həm
də ədəbiyyata
yeni baxış kimi təqdim edilir. Pərvinin qəzetin şənbə
saylarında "Yüz
gözəl sevgi şeiri" layihəsi ilə təqdim etdiyi şeirlər, şeirlər haqqında dəyərli fikirlər maraqla oxunub. Bu da qəzetin uğuru hesab edilməlidir; oxucular Pərvinin seç
"525-ci qəzet" həmişə dövlətin, dövlətçiliyin mətbu mühafizəkarı kimi ölkədə gedən bütün proseslərə operativ, obyektiv, ədalətli münasibət bildirib, indi də bildirir. Dövlətçiliyimizə qarşı yönləndirilən bütün cəhdlərə ilkin münasibət bildirən mətbu orqanlardan biri də "525-ci qəzet" olub. O, illlərdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasəti cəmiyyətə çatdırır, ictimai fikrin formalaşmasında böyük xidmətlər göstərir. İkinci Qarabağ müharibəsindən sonra bəzi dövlətlərin, bu sıradan Rusiyanın, Fransanın, İranın Azərbaycana münasibətlərinin mahiyyətinə təhlili mətbu münasibət göstərən "525-ci qəzet" şübhəsiz ki, mətbuat tariximizin bəşəri ənənələrini bundan sonra da öz ruhuna (və ruhumuza!) layiq səviyyədə davam etdirəcəkdir...
"525-ci qəzet" çağdaş jurnalistikamızda jurnalistika məktəbi formalaşdıran mətbu orqan olub.Yüzlərlə jurnalist bu qəzetin şinelindən çıxıb. Rəşad Məcidin rəhbərliyi ilə əməkdar jurnalist Yusif Rzayev, Seyfəddin Hüseynli, Aydın Bağırov və digərləri oxucuya təqdim edilən materialların bədii keyfiyyətinə xüsusi diqqət yetirir. Nəticə olaraq jurnalistikamız arzu edilən səviyyəyə yüksəldilir.
"525-ci qəzet"in yubileyidir. Neçə-neçə 30 illər keçəcək, sevdiyimiz qəzet sevilə-sevilə neçə-neçə yazar və oxucu nəslinin qəzeti olacaq...
Səhifələri həmişə yaradıcı fikrə açıq olan "525-ci qəzet" azərbaycançılıq ideologiyasının, ruhumuzun qəzetidir...
Dan yeri ağaranda dünya elə gözəlləşir ki!.. "525-ci qəzet"in hər sayını dan üzü ruhumuza oxunan dua bilirəm...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 15 noyabr.- S.11.