Azərbaycanlı gənc istedadlar Vyanada konsert veriblər
Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzində azərbaycanlı
gənc istedadların
konserti keçirilib.
525.az xəbər verir ki, tədbirdə
çıxış edən
Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri
Leyla Qasımova mərkəz tərəfindən
gənc istedadların
dəstəkləndiyini və
onların xaricdə mədəniyyətimizi təmsil
etmələrinə şərait
yaradıldığını bildirib. Qeyd edib ki, Bakı
şəhər Hüseynqulu
Sarabski adına
7 nömrəli uşaq
musiqi məktəbinin
şagirdləri avstriyalı
musiqisevərlər üçün
maraqlı proqram hazırlayıblar.
Diqqətə çatdırılıb ki,
bu günlərdə Azərbaycanda bir neçə bayram günü qürurla qeyd edilir. Vətən müharibəsində
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
igid oğulları qəhrəmanlıq dastanı
yazdılar və bu münasibətlə artıq ikinci ildir ki, ölkəmizdə
Zəfər Günü
qeyd edilir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən
Azərbaycanda Dövlət
Bayrağı Günü
və Konstitusiya Günü də bu bayramlar sırasında
yer tutur.
Tədbirin bədii hissəsində
Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri
Camal Əliyev, Fərəh Əliyeva, Cəmilə Rəhimova və Nuray Quliyeva
Azərbaycan və Avropa bəstəkarlarının
əsərlərindən ibarət
konsert proqramı ilə çıxış
ediblər.
Proqramda bəstəkarlar Qara Qarayevin, Vaqif Mustafazadənin və Polad Bülbüloğlunun
əsərləri yer
alıb. Əsas diqqət isə bu il yubileyləri qeyd edilən Fikrət Əmirov, Tofiq Quliyev və Emin Sabitoğlunun əsərlərinə
ayrılıb. Azərbaycan bəstəkarları ilə
yanaşı, avstriyalı bəstəkar Yohann
Ştraussun bəstələri də
tamaşaçılar tərəfindən sürəkli
alqışlarla qarşılanıb.
525-ci qəzet.- 2022.- 15 noyabr.- S.12.