İrandakı türk
düşmənliyini xarakterizə edən ümumtürk
romanı
Müasir Azərbaycan ədəbiyyatında
ən aktual mövzularını qələmə
almaqla böyük oxucu auditoriyası qazanan yazıçı-publisist
Sabir Şahtaxtı
"Mil" əsəri ilə
daha bir yeniliyə imza atıb. Avrasiya Yazarlar Birliyi
(AYB) tərəfindən nəşrə
hazırlanan "Mil" romanı
Ankarada fəaliyyət
göstərən "BENGÜ" yayın evi tərəfindən nəfis
tərtibatda yüksək
poliqrafiya ilə çap edilib. Yüksək
dizaynlə çapa hazırlanan kitab, altbaşlıqlar və fəsilləru əhatə
edən mövzulara
aid rəsmlərlə tərtib
olunub.
Əsər hazırkı İranda türk xalqının əsrləri əhatə
edən taleyini və mövcud durumunu təsvir edir. Əsər 1977-1979-cu illərdə keçmiş SSRİ-dən
Tehrana ezamiyyətə
göndərilən, əslən
Azərbaycan türkü
olan "Pravda" qəzetinin
şərqşünas ixtisaslı
müxbirinin həyat dramıdır.
Ümummilli lider Heydər Əliyevin keçmiş
SSRİ-dəki bütün
ictimai-siyasi proseslərə
böyük təsir etmək imkanları, Ulu öndərimizin tarixi şəxsiyyət kimi Suslov və
Andropovdan çox-çox
yüksəkdə dayanması
əsərdə ədəbi
ustalıqla obrazlı
şəkildə ifadə
olunur.
Müəllif keçmiş SSRİ-nin İrandakı maraqlarını
altında bu coğrafiyadakı qlobal siyasi proseslər barədə oxucuya müfəssəl məlumat
verir. Tehran, Təbriz,
Ənzəli şəhərlərində
cərəyan edəm
hadisələrin bəzi
hallarda Moskva ətrafında da dolaşması, proseslərin
rəvan dildə qələmə alınması
əsərin cəlbediciliyini
artırır.
Pəhləvi dövründə indiki İran ərazisində kök salıb dərinləşən türk
düşmənçiliyinin əsasları və onun ənənə halına gətirilməsi
məsələləri əsərdə
obrazlı şəkildə,
real faktların bədii
fonunda əksini tapıb.
Əsərdə cəmləşdirilən bütün
tarixi proseslər, küçə, meydan və yer adları,
o cümlədən vəzifəli
şəxslərin ad və
soyadları 1977-1979-cu illərdə
mövcud olmuş şəkildə yazılıb. "Heydərbabaya
salam" poemasının
türkcə işıq
üzü görməsinin
əsl səbəbi, Urmu (Urmiyə) gölünün qurudulması
cəhdinin arxasındakı
məkrli məqsəd,
şair Behrənginin öldürülməsi, Evin
həbsxanasındakı işgəncə
metodları, türk ailələrindəki sandıqlarda
saxlanılan əl işlərindəki şifrəli
tarixi sirlər, o cümlədən azərbaycanlı
ailələrdə dünyaya
göz açan uşaqların doğum sənədlərinə türk
adlarının yazılmaması
kimi mühüm məsələlər konkret
faktlar üzərində
rəvayətlər, dialoq
və təsvirlərlə
axıcı və oxunaqlı ədəbi dildə qələmə alınıb.
Qeyd edək ki, əsərin
müəllifi AZƏRTAC-ın
Türkiyə bürosunun
rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı
"Mil"in nəşri
rəhbəri Avrasiya Yazarlar Birliyinin (AYB) sədri Yaqub Öməroğlu, tərcüməçi
Sərdar Acardır.
525-ci qəzet.- 2022.- 15 noyabr.- S.12.