Dünya birliyinə inteqrasiya:
Azərbaycanda dövlət siyasətinin mühüm
prioriteti
Azərbaycanda həyata keçirilən
siyasətin əsas məqsədlərindən biri
də dünya birliyinə inteqrasiya, eyni zamanda, beynəlxalq
təşkilatlarla münasibətlərin
daha da genişləndirilməsi
və qarşılıqlı
əməkdaşlığa əsaslanan inkişaf platforması formalaşdırmaqdan
ibarətdir. Qarşıya qoyulan hədəfə
çatmaq üçün
keçən dövr
ərzində çox
mühüm addımlar
atılıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan
dünya birliyinə inteqrasiyanı daim öndə vəzifələrdən
biri kimi tutub. Ölkəmizin dünya
birliyinə inteqrasiyası
dövlətimiz üçün,
onun inkişafı üçün, müasir
dövrün tələblərinə
uyğun texnologiya,
elm-təhsil əldə
etmək üçün
vacib addımlardır:
"Bu, təkcə ölkəmiz
üçün deyil,
eləcə də dünya üçün önəm kəsb edir. Çünki dünya dövlətlərinin
də Azərbaycandan əldə edəcəyi,
öyrənəcəyi çox
şeylər var. Azərbaycan
inkişaf etməkdə
olan dövlətdir və yeraltı, yerüstü sərvətlər
ölkəsidir. Daima güclənərək,
inkişaf edərək
bir çox dövlətləri geridə
qoyan Azərbaycan artıq güclü orduya da sahibdir.
Elə təkcə 44 günlük
Vətən müharibəsi
Azərbaycanın hansı
gücə sahib olmasını
bir daha dünya dövlətlərinə
göstərdi".
Azərbaycanın dünya birliyinə inteqrasiyası olunmasında
Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri
var. Heydər Əliyevin
hakimiyyəti dövründə
ölkəmizin sistemli
şəkildə dünya
birliyinə inteqrasiya olunmasında ikitərəfli
və çoxtərəfli
siyasi münasibətlərin
genişlənməsi istiqamətində
atılan addımlar mühüm əhəmiyyət
kəsb edir. Azərbaycan
müstəqilliyini bərpa
etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatı
(İKT), İqtisadi Əməkdaşlıq
Təşkilatı (EKO), Qara
dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
(QİƏT), Beynəlxalq Valyuta
Fondunun və Beynəlxalq Yenidənqurma
və İnkişaf Bankı, Müstəqil Dövlətlər Birliyi
(MDB) kimi beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq münasibətləri
qurub. Xəzər dənizinin Azərbaycan
sektorundakı neft yataqlarının istismarına
dair 20 sentyabr
1994-cü ildə imzalanan
"Əsrin müqaviləsi"
ölkəmizin dünya
dövlətləri ilə
qarşılıqlı əlaqələrinin
dərinləşməsi və
beynəlxalq mövqelərinin
möhkəmləndirilməsinə güclü təkan verib. Məhz "Əsrin müqaviləsi"
və sonrakı illərdə bir-birinin ardınca imzalanan neft müqavilələri Azərbaycanın dünya
birliyinə inteqrasiyasını
daha da sürətləndirib.
Millət vəkili Elman Nəsirovun sözlərinə əsasən,
Azərbaycanın xarici
siyasət kursunu
1993-cü ildə Ulu öndər Heydər Əliyev müəyyən
edib. Həmin kursa görə, Azərbaycan
ilk növbədə müstəqil
xarici siyasət həyata keçirib:
"Müxtəlif güc
mərkəzləri ilə
bərabər məsafədə
dayanmağı bacaran
bir siyasət yürüdülüb. Bu siyasət ilk növbədə
milli maraqlara söykənib. Paralel olaraq
da öz tərəfdaşlarının maraqlarını nəzərə
almaqla, əməkdaşlıq
mühitinə, bir-birinin
daxili işlərinə
qarışmamaq, qarşılıqlı
faydalı əməkdaşlıq
prinsiplərinə söykənən
siyasət həyata keçirilib. Həmin siyasəti
ölkə Prezidenti İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Dövlət
başçısının müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli
münasibətlər formatıdır.
İkitərəfli münasibətlər yüksək səviyyədə
olanda üçtərəfli,
dördtərəfli və
digər çoxtərəfli
əlaqələr formalaşır.
Qonşularla münasibətlər ikitərəfli münasibətlər
çərçivəsində bizim üçün ən öndədir.
İşğalçı Ermənistan dövləti
ilə bu münasibətlər indiyədək
olmayıb. Gələcəkdə münasibətlərin və
əməkdaşlıq münasibətlərinin
yaranması isə Ermənistanın davranışından
asılıdır. Qonşularımızla yüksək səviyyəli
münasibətlərimizin olması
nəticə etibarilə
regionda çox mühüm layihələrin
reallaşmasına yaşıq
işıq yandırıb.
Əgər bizim Gürcüstan
və Türkiyə ilə yüksək səviyyəli əlaqələrimiz
olmasaydı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən,
Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən
söhbət gedə bilməzdi. Bu ölkələrlə yaxşı
əlaqələrimiz olmasaydı,
bu gün Şərq-Qərb nəqliyyat
dəhlizindən danışa
bilməzdik. Eyni zamanda,
Rusiya ilə strateji tərəfdaşlıq
münasibətlərimiz olmasaydı,
İranla qonşuluq münasibətlərinin inkişafına
sadiq qalmasaydıq, Şimal-Cənub nəqliyyat
dəhlizi işə düşə bilməzdi.
Bütün bunlar bir daha təsdiq edir ki, strateji
əhəmiyyətli layihələrin
reallaşmasında Azərbaycanın
uğurlu ikitərəfli
münasibətləri, xüsusilə
də qonşu ölkələrlə əlaqələri
çox mühüm əhəmiyyətə malikdir.
Bunlar Azərbaycanın mövqelərini
gücləndirib. Həm də
iqtisadi müstəqilliyimizi
təmin edib ki, bu da
siyasi müstəqilliyimizi
şərtləndirib və
ölkəmiz beynəlxalq
aləmdə etibarlı
tərəfdaş kimi
qəbul edilir".
Millət vəkili qeyd edib ki, çoxtərəfli münasibətlər fonunda Azərbaycan bu gün dünyanın əksər beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq kursu həyata keçirir: "Bu kurs qarşılıqlı faydalı əməkdaşlığa söykənir. Dövlətimiz heç zaman başqalarının daxili işlərimizə qarışmasına imkan verməyib. Bunu da qarşı tərəflərdən tələb edir ki, bu da beynəlxalq hüququn çox mühüm prinsiplərindən biridir. Bu gün Azərbaycanın qeyd etdiyim istiqamətdə apardığı xarici siyasət kursu nəticəsində beynəlxalq mövqeləri də güclənir. Eyni zamanda, həmin siyasət nəticəsində ölkəmizin hərbi gücü kifayət qədər artıb. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz xalqımızın dəstəyi ilə tarixi qələbəyə imza atıb. Bu zəfər Azərbaycan xalqının ləyaqətini, qürurunu özünə qaytarıb, xəcalət təri bizim alnımızdan silinib. Biz bu gün o qələbənin təntənəsini yaşayırıq və yeni hədəflər müəyyən etmişik. İşğaldan azad olunan ərazilərimizin yenidən qurulması və bərpası ilə bağlı siyasət reallaşmaqdadır. Ötən il bu məqsədlə 2,2 milyard manat vəsait ayrılmışdı, 2022-ci ilin dövlət büdcəsində də eyni miqdarda vəsait ayrılıb və biz bu gün dost ölkələrlə, tərəfdaşlarımızla Qarabağın bərpası və yenidən qurulması siyasətini həyata keçiririk. Azərbaycan dünya birliyinə inteqrasiya ilə bağlı yürütdüyü siyasətin sayəsində hərbi gücünü daha da artırır. 2022-ci ilin müdafiə və təhlükəsizlik xərcləri 4,5 milyard manatdır, yəni təqribən 2,7 dollardır. Müqayisə üçün bildirək ki, Ermənistanın müvafiq il üçün müdafiə büdcəsi 725 milyon dollardır".
Elman Nəsirovun dediyinə görə, Azərbaycanın yürütdüyü siyasətin fəlsəfəsini sülhə və beynəlxalq təhlükəsizliyə töhfə vermək prinsipi təşkil edir: "Azərbaycan Ermənistan üzərində tarixi qələbəyə imza atmasına baxmayaraq, məğlub etdiyi dövlətə əməkdaşlıq əlini uzadır. Onunla iqtisadi, nəqliyyat əlaqələrinin, kommunikasiya xətlərinin bərpasını, Zəngəzur dəhlizinin işə salınmasını, sərhədlərin demarkasiyası və delimitasiyasını istəyir. Azərbaycan elə bir siyasət həyata keçirir ki, regionda hər şey kökündən dəyişsin, əbədi düşmən olmaq olmaz. Düşmənçilik mühitinin yaranmasının səbəbkarı Ermənistan idi. Onların torpaqlarımıza, əhalimizə, tariximizə, mədəniyyətimizə qarşı yürütdüyü barbar siyasəti unutmadan, yaddaşımıza həkk edərək onlara qarşılıqlı əməkdaşlıq əlini uzatmışıq. Əməkdaşlıq yeganə yoldur, həm də alternativ müharibədir. Güman edirik ki, Ermənistan özündə güc tapıb bu yolu seçəcək".
Elman Nəsirov hesab edir ki, Azərbaycanın yürütdüyü siyasətin fəlsəfəsini sülhə və beynəlxalq təhlükəsizliyə töhfə vermək prinsipi təşkil edir: "Azərbaycan Ermənistan üzərində tarixi qələbəyə imza atmasına baxmayaraq, məğlub etdiyi dövlətə əməkdaşlıq əlini uzadır. Onunla iqtisadi, nəqliyyat əlaqələrinin, kommunikasiya xətlərinin bərpasını, Zəngəzur dəhlizinin işə salınmasını, sərhədlərin demarkasiyası və delimitasiyasını istəyir. Azərbaycan elə bir siyasət həyata keçirir ki, regionda hər şey kökündən dəyişsin, əbədi düşmən olmaq olmaz. Düşmənçilik mühitinin yaranmasının səbəbkarı Ermənistan idi. Onların torpaqlarımıza, əhalimizə, tariximizə, mədəniyyətimizə qarşı yürütdüyü barbar siyasəti unutmadan, yaddaşımıza həkk edərək onlara qarşılıqlı əməkdaşlıq əlini uzatmışıq. Əməkdaşlıq yeganə yoldur, həm də alternativ müharibədir. Güman edirik ki, Ermənistan özündə güc tapıb bu yolu seçəcək".
Millət vəkili Vüqar Bayramovun dediyinə görə, müstəqillik əldə etdikdən sonra ölkədə dünya iqtisadiyyatına inteqrasiya istiqamətində çox mühüm addımlar atılıb, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib. Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş Azərbaycanın xarici iqtisadi əlaqələrinin daha da genişlənməsinə səbəb olub. Nəticədə ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib: "Hazırda ölkədə mövcud siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bugünədək Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında çoxlu sayda saziş imzalanıb. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir, ölkənin dünyada nüfuzunu daha da artırır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 16 noyabr.- S.15.