Ədalətli sülh
naminə uğurlu hərbi-siyasi
mübarizə
BU YOLDA
PARLAQ ZƏFƏR QAZANMIŞ AZƏRBAYCAN DÖVLƏTİ
YENİ QƏLƏBƏLƏR ÜÇÜN SARSILMAZ
ƏZMLƏ ÇALIŞIR
Bu
gün Qarabağda, Şərqi Zəngəzurda,
bütövlükdə Azərbaycanda, dünyada dalğalanan,
dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımız tərəfindən müqəddəs
rəmz olan bayrağımız dövlətimizin, dövlətçiliyimizin
müqəddəs simvoludur. Azərbaycan bu fərəhli günlərə
addım-addım irəliləyib
və məqsədinə
nail olub. 27 il
gedilən bu yol heç də asan olmayıb.
İlk növbədə
ölkədə daxili
sabitlik yaratmaq, milli birliyə, həmrəyliyə nail olmaq,
dağlmış iqtisadiyyatı
dirçəltmək, nizamlı
və hərtərəfli
təmin olunan ordu qurmaq, beynəlxalq
aləmdə Azərbaycana
qarşı neqativ münasibəti dəyişmək
lazım idi.
Millət
vəkili Hicran Hüseynovanın sözlərinə
görə, Ulu öndər Heydər Əliyevin başladığı
bu çətin və şərəfli missiyanı Prezident, Ali Baş Komandan İlham Əliyev davam edərək, çox məharətlə,
yüksək siyasi iradə və qətiyyət göstərərək
qarşıya qoyulan müqəddəs məqsədə
doğru gedirdi. 2020-ci ilin 27 sentyabrında
başlayan Vətən
müharibəsi ilə
Azərbaycan yeni tarix yazdı. Artıq iki ildir ki,
qürurla yaşayırıq,
alnımız açıq,
başımız dikdir.
Bunu canını və sağlamlığını qurban
verən igid, cəsur əsgər və zabitlərimizə borcluyuq.
Prezidentin dediyi kimi, "Hərbçilərimiz ölümə
gedirdilər, "öldü
var, döndü yoxdur" şüarı
ilə döyüşlərə
gedirdilər, bir nəfər də olsun fərari olmamışdı. Bu, xalqımızın
qəhrəmanlığıdır və onu göstərir
ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru
heç vaxt görməmişdilər, televiziyalarda,
fotoşəkillərdə, valideynlərin, böyüklərin
söhbətlərində bu
müqəddəs torpağa
yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın
tarixi missiyasını
şərəflə yerinə
yetirdilər".
Onların hər biri bir tarix, bir
dastan yazdı: "Azərbaycan Prezidentinin çıxışlarını təkcə biz yox, həm də region dövlətləri, dünya
dövlətləri gözləyir.
Strateji əhəmiyyətə malik
olan regionumuzun dünyada gedən proseslərdən uzaq tutmaq, güclər balansında ciddi dəyişikliklərlə müşahidə
olunan geosiyasi müstəvidə mövqeyinə
maneə yaratmaq istəyi alınmadı.
Çünki hər kəs
yaxşı dərk edir ki, Cənubi
Qafqazın nəbzini Bakı müəyyən edir. Bu, heç
də hamının hesablaşmaq istəmədiyi
reallıqdır. Bunun üçün
müxtəlif üsullardan
- təxribatlardan, təhdidlərdən
və hətta açıq hədələrdən
istifadə olunur.
Lakin bütün bunlar 44 günlük müharibədə qələbə
çalmış xalqımızın,
güclü, qalib ordumuzun, Müzəffər
Ali Baş Komandanın,
məharətli siyasətçi
və qətiyyətli
ölkə başçısı
İlham Əliyevin sıx birliyi ilə daha da
güclü olan Azərbaycan dövləti
bir çoxlarını
narahat edir. Ona görə də heç bir şübhə yoxdur ki, Prezident İlham
Əliyevin noyabrın
8-də Şuşada söylədiyi
hər bir söz lentə alınıb və hazırda müxtəlif səviyyələrdə təhlil
edilir".
Millət vəkili deyir ki, siyasi etika
və diplomatiyanın
öz qaydaları var.
Azərbaycanın mövqeyini
"yoxlamaq" istəyən
hər kəs öz ünvanına deyilmiş məsələləri
bir daha eşitdi. Noyabrın 10-da faktiki olaraq Ermənistanın kapitulyasiya
aktına çevrilmiş
Üçtərəfli Bəyanatın
imzalanmasının ikinci
ili tamam
oldu. Ötən müddət ərzində
Azərbaycan sülh naminə öz üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirdiyi halda, təəssüf ki, digər tərəf vaxt qazanmağa çalışır, nəyəsə
ümid edir. Keçən dövrdə baş
verən hadisələr,
Ermənistanda baş qaldıran revanşist hərəkətlər, onun
havadarlarının apardığı
məkrli oyunlar göz önündədir.
Amma nəzərə almadılar
ki, rəsmi Bakı bunu çox gözəl bilir. O zaman bu, müharibəni uzatmaqdan və yeni qurbanlardan qaçmağın yeganə
yolu idi. Bu, bizim qələbəmiz
idi və qalan məsələləri
ağır itkilər
olmadan addım-addım
etmək olardı. Bütün bu iki il ərzində Prezident İlham Əliyevin istər siyasi, istər iqtisadi, istərsə də quruculuq müstəvilərində böyük
əzmlə gördüyü
işlər, həyata
keçirdiyi layihələr
bir daha ölkəmizin real potensialının
göstəricisidir. Lakin
yenə də 2020-ci ilin payızında olduğu kimi, bu gün də
Azərbaycana qarşı
ciddi təzyiqlər
var. Dövlət başçısının
İkinci Qarabağ müharibəsinin 44 günü
ərzində gərginlik
və təzyiqlərə
necə cavab verdiyini, mübarizə apardığını hamımız
yaxşı bilirik. Bu gün Azərbaycanın
qələbəsini, inkişafını,
yaratdığı yeni
reallığı, regiondakı
strateji mövqeyini həzm edə bilməyənlər dövlətimizə
qarşı çıxır,
onu zəiflətməyə
çalışırlar. Dövlət başçısı
isə yenə də zərbəyə
tab gətirməli, çağırışlara
və təhdidlərə
cavab verməlidir. Necə ki, bunu
çox məharətlə
edir: "Qarabağ bizim torpağımızdır.
Rusiya sülhməramlıları
orada müvəqqəti
yerləşdirilib, 10 noyabr
2020-ci il tarixli Bəyanatda onların qalma müddəti göstərilib
və onlar (yəni ermənilər) kiməsə bel bağlasalar, yenə faciə ilə üzləşəcəklər". Bu sözləri Prezident
İlham Əliyev Şuşada deyib. Bununla da ölkə başçısı təkcə
Ermənistana deyil, hər kəsə aydın şəkildə
izah etdi ki, Rusiya sülhməramlılarının
Azərbaycan ərazilərində
mövcud olmayan mandatının uzadılmasına
ümid bağlamasınlar.
Odur ki, erməni tərəfi heç kimə arxayın olmasın, Azərbaycanla münasibət qurmağa çalışsın, hər
hansı oyuna alət olmasın. Hər şey İrəvandan göründüyü qədər
sadə deyil. Prezident İlham Əliyev "yeni çətir axtarışına" çıxan
qonşuların nəzərinə
bunu çatdırdı".
Prezident İlham Əliyev müharibədə uduzmuş
Ermənistanın üçtərəfli
Bəyanat üzrə
üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirmədiyinə bir
daha diqqəti cəlb edib. O, yalnız
işğal altında
olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının
könüllü azad
edilməsi ilə bağlı bəndləri
yerinə yetirib. Amma bu, xoş niyyətli
bir hərəkət deyildi. Erməni tərəfi, Azərbaycan
liderinin çox dəqiq qeyd etdiyi kimi, qorxuya
qapılmışdı. Azərbaycan Ordusunun gücü, ölkə başçısının
iradəsi erməniləri
bu üç rayonu döyüşsüz
azad etməyə məcbur etdi.
Hicran Hüseynovanın dediyinə görə, "Ermənistan silahlı qüvvələri Qarabağda nə edir? Bizim səbrimiz hədsiz deyil və mən bir daha xəbərdarlıq etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə, o zaman Azərbaycan lazımi addımları atacaq. Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu məğlub olub. Məğlub olan ölkə özünü belə apara bilməz. Ona görə də bizim bütün addımlarımız haqlıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə ittiham etmək istəyirlər. Mən onlara da cavab verdim, yenə cavab verəcəm. Bu, mənə mane olmayacaq", - bu fikirləri də Prezident İlham Əliyev Şuşada deyib. Onun bu sözləri erməni maraqlarının digər müdafiəçisi Fransaya mesajdır. Rəsmi Paris ermənilərin özündən daha çox erməni kimi görünmək istəyir. Nə üçün? Erməni seçicilərin səsi naminə, yoxsa bu islamofobiya və türkofobiyadır? Bu isteriya heç nəyə gətirib çıxarmadı, çünki Azərbaycan haqlıdır, beynəlxalq hüquq onun tərəfindədir və buna heç kim heç nə edə bilməz. Azərbaycana qarşı bütün ittihamlar məhz bu beynəlxalq hüquqa ziddir. Biz burada diktə edirik, burada əsas qüvvə bizik, lazım gələrsə, bir daha güc nümayiş etdirib istədiyimizə nail olacağıq, deyə dövlət başçısı bildirib. "Bunu hamı bilir və sərhədimizdə Ermənistana dəstək üçün hərbi təlimlər keçirənlər də bunu bilməlidirlər. Bizi heç kim qorxuda bilməz" deyən Prezident İlham Əliyev açıq şəkildə xəbərdarlıq edərək ermənilərə möcüzə gözləməməyi tövsiyə etdi. Kiminsə gəlib onların yerinə döyüşməyəcək və "döyüşsə, yenə qarşısında Azərbaycan Ordusunu görəcək". Burada ekstremist dini təbliğatdan başqa heç vaxt rıçaqları olmayan İran Azərbaycanı hərbi güclə hədələyərək Ermənistanın bütün müdafiəçilərindən daha da irəli gedib. Bir sözlə, bütün alıcılar öz "açıqcalarını" alıblar. Bunu Ermənistan, Rusiya və İran mediasındakı şərhlərdən və analitiklərdən qiymətləndirmək olar. Ermənilərə gəlincə, Azərbaycan Prezidentinin onlar üçün ən önəmli mesajı belədir: "Biz sülh istəyirik, müharibə istəmirik. Sülh, ədalətli sülh. Bizim irəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa söykənir və bu şərtlər əsasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan xoş niyyət göstərsə, imzalanacaq, olmasa da, imzalanmayacaq. Bundan sonra nə olacağını həyat göstərəcək".
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev erməni tərəfini seçim qarşısında qoydu: ya sülh müqaviləsi Bakının təklif etdiyi beş prinsip əsasında imzalanır, ya da imzalanmayacaq: "Ölkəmizin qarşısında genişmiqyaslı vəzifələr durur, böyük işlər görülür, erməni tərəfinin şıltaqlığından çox az asılı olan layihələr həyata keçirilir. Və hətta bu kiçik faiz də Azərbaycanın düşmənin ümid etmək istədiyindən daha çox imkanlara malik olduğu imkanlarla kompensasiya edilə bilər. Ermənistana bir dəfə xəbərdarlıq edilmişdi ki, onun inadkarlığı onu gələcəkdə daha çətin seçimlər qarşısında qoyacaq. Və belə də oldu. Azərbaycan növbəti dəfə Ermənistana ya uzunmüddətli sülh və ya dövlətçiliyin itirilməsi seçimini təklif edir, lakin sabah Ermənistanın artıq bu seçimi olmaya bilər.
Deməli, qonşular da Azərbaycan Prezidentinin açıqlamalarını əbəs yerə oxumurlar. Çünki bu çıxışlarda onların bu günü və gələcəyi ilə bağlı hər şeyi ehtiva edir. Amma bu gələcəyin indikindən daha pis olmasın deyə, onlar eşitdiklərindən düzgün nəticə çıxarılmalıdır. Məhz Üçtərəfli Sülh Bəyanatının imzalanmasından keçən müddətdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq işlərinin, Cənubi Qafqazda ölkəmizin mövqeyinin daha da güclənməsi, söz və nüfuz sahibi olduğu, iqtisadi imkanlarımızın artması fonunda və bununla yanaşı olaraq dalana çevrilən Ermənistanın bu barədə düşünmək üçün çoxlu səbəblər var".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 17 noyabr.- S.14.