"Yaratmaq ölümü öldürmək deməkdir"  

 

Romen Rollanın bu kəlamı zaman-zaman söz yaradan, tarix yazan, özünü yaşadığı dövrü abidələşdirən insanların əməyini çox gözəl səciyyələndirir. Yaratmaq Tanrının sifətidir. Yaradıcı adamların hər yeni cəhdi, bəlkə , Tanrıya qovuşmaq, onun müqəddəsliyi mərtəbəsinə yetmək arzusudur. Bu arzuda bir təbiilik var. Böyük Yaradan canlılar içərisində təbiətin nadir parçası, dünyanın əşrəfi kimi xəlq etdiyi insana - yalnız ona özünə məxsus sifətlərdən bəzisini bəxş edib. Bunlardan ən əsası yaratmaqdır, yaradıcdıqdır hər şeydən öncə sözlə yaratmaqdır, dünyanın bədii obrazlarla dərkidir. Müqəddəs kitabların ilk kəlamı olan "biz hər şeydən öncə sözü yaratdıq" ifadəsinin mayasında da bu məntiq dayanır desək, yəqin ki, səhv etmərik.

Yaradıcılıq prosesi əzablı keşməkeşlidir. Maraqlıdır, görəsən, insan ilk dəfə bu duyğuları vaxt yaşayır, əlinə qələm almaq ehtiyacını vaxt hiss edir? Görünür, insan ilk dəfə özünü dərk edəndə özünə nəyisə etiraf eləmək ehtiyacı duyanda əlinə qələm alır. Qələm mərtəbəsi özünüdərk, etiraf anının apogeyidir. Dünyaya, insanlara yazıçı sözü məhz bu mərtəbədən deyilməlidir. Özünə, dünyaya, insanlara hörmət edən yazıçı bu mərtəbəyə qalxmamış üzünü cəmiyyətə tutub söz deməməlidir. Uca söz uca mərtəbədən söylənilməlidir. Oxucudan xahiş edirəm, bütün bunları hər cür təsnifə, nəzəri kanonlara bərabər tutmasın, diletant təfəkkürün predmetinə çevirməsin. İstənilən bədii fakt, namuslu söz, yazıçı əməyi hər cür alqışa layiqdir. "Məhv olmaq qanunları yalnız ədəbiyyata şamil olunmur. Yalnız ədəbiyyat əbədidir". Saltıkov-Şedrin belə deyirdi. Nəcib sözlərdir. Bu sözlər zaman hüdudlarında ədəbiyyata, söz sənəti işığında yaradıcı insana verilən böyük qiymətdir. Bizcə, dünyanın, cəmiyyətin gözəlləşməsi, zənginləşməsi xilası da bu müstəvidən keçir: son dərəcə nəcib, coşqun, vicdanlı insan əməyindən onun yaratdığı bədii nümunələrin estetik təsirindən. Bu, həyatın gündəlik, quru, standart, sxematik, şablon salnaməsi, romantik sərgüzəştlərindən daha çox mənəviyyat əxlaqın təntənəsini nəzərdə tutur.

Əli İldırımoğlu uzun əzablı jurnalistlik, yazıçılıq yolunda istedad zəhməti ilə daim bu müqəddəs missiyaya xidmət edib, əbədiyaşar sözün ayıq-sayıq keşikçisi olub. Onun çoxşaxəli yaradıcılığı, əslində, zaman-zaman söz yaradan, sözü sevən, ona sığal çəkən, pərəstiş eləyən, onu hifz edən, qoruyan, müqəddəsliyini uca tutan bir apostol, bir rahib əməyinin nümunəsidir. O, həmişə sözün qüdrətinə, ədəbiyyatın əbədiliyinə inanıb yazıb. Öz istedadına, yazıçı zəhmətinə sığınıb yazıb. Nəhayət, oxucusunun zövqünə, münasibətinə, diqqətinə, mənəvi ehtiyacına güvənib yazıb. Mərhum professor Əliheydər Həşimovun sözüdür: "Əlinə qələm almağa, yazmağa, kimə isə öyüd-nəsihət verməyə hamının hüquqi cəhətdən ixtiyarı var. Ancaq mənəvi cəhətdən yalnız o şəxsin belə işlərə girişməyə haqqı çatar ki, özü başqalarına təlqin etmək istədiyi nəcib keyfıyyətlərin daşıyıcısı olsun, zahiri, sözü əməli bir-biri ilə uyğun gəlsin, müdrikliyi, ağıllı kamallı olması, əxlaqının ən əsası, qəlbinin dərinliyi etibarilə yüksəkdə dursun".

Zənnimcə, bu, Əli İldırımoğlunun ilk növbədə şəxsiyyətinə, sonra isə, təbii ki, yaradıcılığına verilən ən obyektiv, hərtərəfli yığcam qiymətdir. Hər bir yazıçı dünyaya öz aləmindən, öz bədii prizmasından baxır. Zaman hadisələr onun şəxsi dünyasında cilalanmasa, daxili aləminin, mənəvi dünyasının süzgəcindən keçib durulmasa, ədəbi materiala çevrilə bilməz. Bütün bu proseslərdə ən böyük sima ədəbi arbitr yenə yazıçının özüdür, onun şəxsiyyəti, həyat tərzi, məişəti, dünyayabaxışı insanlara münasibəti yaşam qanunlarıdır. Bu mənada Əli İldırımoğlunun əsərlərinin baş qəhrəmanları da onun özüdür. Adi əkinçidən, kənd müəllimindən tutmuş rayon rəhbərlərinə qədər Əli müəllimin yaratdığı oxucuya təqdim etdiyi qəhrəmanların hamısı onun özüdür, başqa sözlə, onun özünün ayn-ayrı mənəvi-əxlaqi dəyərlərini, ictimai cizgilərini yaşadan insan toplumudur. Buna da təsadüf kimi baxmayaq ki, Əli müəllimin obrazları arasında rəzil, alçaq, ləyaqətsiz, simasız adam tapmaq olar. Mənfi özü bitkindir, tamdır, öz hərəkəti, düşüncəsi, həyata baxışı ilə haqlıdır. Belədə onlara da pis demək olmur. Çünki onlar humanist, mərd, ağayana bir yazıçının qəhrəmanlarıdır. Onların üstündə Əli İldırımoğlunun qalın yazıçı kölgəsi, isti hənirtisi var. Onları hifz eləyən, qoruyan da budur. Əli İldırımoğlu mənəvi-əxlaqi cəhətdən (axı həyatda belələri çoxdur) naqis qəhrəman yarada bilər, ancaq şikəst qəhrəman yarada bilməz. Bu, onun dünyaya baxışına, yazıçı, əxlaqına ən nəhayət, uca şəxsiyyətinə ziddir. Yaratdığı qəhrəmanları, araya-ərsəyə gətirdiyi obrazları, bəlkə, onun qədər sevən, ədəbi övladlarının üstündə onun kimi yarpaqtək əsən ikinci yazıçı yoxdur. Bu, onun bir şəxsiyyət kimi mərdliyindən, ucalığından, alicənablığından, bir yazıçı kimi isə humanistliyindən qaynaqlanır.

Əliheydər Həşimov daha sonra yazırdı: "ƏIi İldırımoğlu özünün ədəbiyyata gətirdiyi müsbət obrazların rəftar davranışında təmkinini saxlayan, ələm, kədər ən əsası, ağır günlərdə heç vaxt sarsılmayan, bayağı şöhrətə aludə olmayan, ədalət üstündə mübarizə aparmaqdan yorulmayan sevimli ədəbi qəhrəmanlarının real prototipi, canlı nümunəsidir". Bəli, sirr deyil ki, sadalanan bu mənəvi-əxlaqi sifətlər toplum şəklində Əli müəllimin həyat tərzinin, məişətinin, mənəviyyat və əxlaqının, ən nəhayət, bir yazıçı kimi bədii dünyasının səciyyəvi cəhətlərindəndir. Əli İldırımoğlunun yaradıcılığı, bəlkə, onun şəxsiyyətinin səviyyəsinə çatmaq üçün hələ də yol gəlir. Ozü də deyərdim ki, uğurlu bir yol...

Əli İldırımoğlu yaradıcılığının, yazıçılığının günahı deyil ki, Əli İldırımoğlu şəxsiyyətinin ucalığı ondan da üstündür. Əslində, "günahı" Əli İldırımoğlu şəxsiyyətinin gündəlik məişətimizdən, yaşam tərzimizdən, real həyatın cılız ölçülərindən, hətta bədii fantaziyanın hüdudlarından çox-çox ucada dayanmasında axtarmaq lazımdır. Höteyə görə, böyük insanlar dağa bənzəyir, yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir. Əli İldırımoğluya yaxınlaşmaq, onu tanımaq, əzəmət və qüdrətini aşkar görmək üçün ürəyinin yağı ilə vərəqlərə köçürdüyü yazılarını, əsərlərini oxumaq kifayətdir. Çünki o, əsərlərində özünü yazır, özündən bəhrələnir.

Fəlsəfənin əsas qanunlarından biri belədir: "Təsadüflər zərurəti doğurur". Əli İldırımoğlunun qələm adamı, yazıçı olması da təsadüfi bir təyinatdan başlayan zərurət idi. Onu rayon qəzetinə məsul vəzifəyə "zorən" gətirməsəydilər, bu gün Azərbaycan ədəbi ictimaiyyəti səhifələrində son dərəcə zəngin həyat yaşadan, şirin, koloritli bir dillə süslənmiş, həyatımızın bədii salnaməsinə çevrilmiş neçə-neçə bədii əsərdən, buradakı unikal insan talelərindən bixəbər olardı. Oxucu da itirərdi, ədəbiyyat da. Məhz bu təsadüfdən başlayan təxminən 50 illik yazıçılıq və jurnalistlik fəaliyyəti dövründə Əli İldırımoğlu hər biri oxucu taleyinə çevrilmiş neçə-neçə hekayə, povestromana imza atıb. Bu illər ərzində o, dərin məzmunlu, poetik vüsətli bədii-publisistik nümunələri ilə özü üçün heyrətamiz ədəbi-bədii və estetik aura yaratmış, öz mənəvi-əxlaqi görüşləri ilə Azərbaycan oxucusunun böyük bir nəslini tərbiyə etmişdir. Sözsüz ki, öz oxucusu olmaq, özü üçün məxsusi oxucu auditoriyası yaratmaq xoşbəxtliyi hər yazıçıya nəsib olmur. Bunun üçün illər boyunca intensiv və sürəkli fəaliyyətdə olmalısan ki, oxucunun axtardığı, ehtiyac duyduğu mənəvi qidanı ona verə biləsən. Oxucu-yazıçı münasibəti ən zərif tellərdən hörülür, hər an zədələnə bilər. Bu işdə yazıçının məsuliyyəti daha çoxdur. Dünyanı gözəlləşdirməyə, yaxud onu insanlara sevdirməyə çalışan hər bir sənətkar əbədi hörmətə layiqdir - Əli İldırımoğlu kimi. Böyük insanlar, ulu, əlçatmaz şəxsiyyətlər öz yaradıcılıqlarında bütün əzəmətləri ilə görünürlər. Ş.O.Keysi deyir ki, dahilərin öz əsərlərində yaşamaq kimi gözəl adətləri var. Necə də yerinə düşür... Bəli, mənim üçün Əli İldırımoğlu dahidir. İnsanlığın, mənəviyyatın, əxlaqın, qüdrətli sözün dahisi. İtirilmiş torpaqlarımız qədər qiymətli olanit-bata düşən, əslində, itirilməkdə olan elatın, dədə-baba adətlərimizin bu gün də canlı tarixi olan bir insanı başqa cür necə adlandırasan?.. O sözlər, o kəlamlar ki Əli müəllimin əsərlərində var, onlar bu gün gündəlik dilimizdə işlədilmir, unudulub gedib. Əli müəllim dahidir, çünki Paster demişkən, insanların dahiliyi həm də xalqa xidmət etmələri ilə bağlıdır. Əli müəllim bütün şüurlu ömrünü bu yolda şam kimi əridib.

O da məlumdur ki, dahiliyin ən parlaq görüntüsü sadəlikdir. Konfutsiyə görə, böyük insan nəcib olur, heç kəsə etibar etmirheç kəsdən kömək ummur. Konfutsinin bu kəlamı Əli İldırımoğlu və o ucalıqda olan şəxsiyyətlərə necə də yaraşır. Əli müəllim nəcib adamdır, çünki onun əsli-nəcabəti var. Çünki o, namaz qılan, oruc tutan, ömründə heç vaxt hökumət paltarı geyməyən, hökumət çörəyi yeməyən, dilinə yalan gətirməyən Məşədi Paşanın, övliya Məhəmmədbağırın nəvəsi, dünyadan nakam köçmüş Firəngizin və özünün də dönə-dönə qeyd etdiyi kimi, müqəddəs ruhu qarşısında baş əyib yoxluğuna sığındığı halallıq ehramının memarı rəncbər İldırımın oğludur...

 

Yusif İLDIRIMZADƏ

Hüquq elmləri üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 17 noyabr.- S.12.