"525"in 30 illik yubileyinə
"BİR
QEYRİ-ADİ"YƏ QEYRİ-ADİ BİR TƏBRİK
Çox sevdiyinin doğum gününü
təbrik edəndə hədiyyələrin ən dəyərlisini, cümlələrin ən orijinalını, sözlərin ən qeyri-adisini axtarıb tapıb cani-dildən bağışlamaq istəyirsən. Və o axtarış içində anidən anlayırsan ki, elə ən qeyri-adi, ən orijinal, ən dəyərli hədiyyə
illərlə qəlbində
bəslədiyin sevgidir,
bəli, adicə sevgi! Ürəyində də adın
kimi əminsən ki, əslində, sevginin adisi olmur, o, ya var,
ya yoxdur, o, elə mövcudluğu ilə qeyri-adidir.
"525-ci qəzet" istər yaradıcı heyəti, istərsə də mətbuat tarixində keçdiyi şərəfli yolu, öz bənzərsiz üslubu və təkrarsız dəst-xətti
ilə çox sevdiklərimdəndir. "525"in adına, özünə
layiq təbrik axtarışında ikən
başa düşdüm
ki, ən qeyri-adilər əslində,
adi bildiklərimizdir. Amma bu adilik
sandığımız da
əslində ali, bənzərsiz və əvəzedilməz
olanlardır. Sinədolusu
aldığımız nəfəs
kimi, hər səhər bizi yaşamağa həvəsləndirən
Günəş işığı
kimi, susuzluqda bir udum təmiz
su kimi, sübhün alatoranında
ərşə ucalan əzan kimi... Necə ki bütün bunlar olmalı olan sandığımız,
amma bircə an yox olanda
dəyərini anladığımız
ən qeyri-adi adiliklərdir, "525" də
bəzən bu sıraya aid etdiklərimdəndir.
Elə bu cümlələri yaza-yaza anladım ki,
"525-ci qəzet" də mətbuat və ədəbiyyat cameəsində olmalı olan sandığımız
ən adi qeyri-adilikdir. Hər sabah vərəqləməyə
alışdığımız bu maraqlı, ədəbiyyat nəfəsli
qəzetin varlığına
istisnasız bir çoxumuz hava, su, Günəş işığı kimi alışmışıq, "olmazsa olmaz"ımıza
çevrilib.
Noyabrın 17-də 30 yaşını qeyd etməyə hazırlaşan "525-ci qəzet"in,
zənnimcə, elə
ən böyük uğuru hər günkü adi alışqanlıq, qeyri-ixtiyari
təkrarladığımız vərdiş səviyyəsində
həyatımıza, taleyimizə
daxil olmasıdır, qəlbimizdə öz əziz yerini tutmasıdır. Aliliyin
də fövqünə qalxan bu "adi"liyin qarşısında hansı qeyri-adi cümlələri tapıb sevdiyinə
ünvanlamaq olar ki?! Gözümüzün
qabağındaca getdikcə yetkinləşən, olduqca təkmilləşən, zaman ötdükcə "bizim"ləşən
doğmadan doğma
"525"ə 30 illik yubileyi
münasibətilə sevgi dolu
təbriklərimi çatdırıram. Arzu
edirəm ki,
bundan sonra da uzun-uzun illər yeri daim masamızın
üstündə, qəlbimizin dərinliyində, ömrümüzün təkrarlanan vərdişinə
çevrilmiş, adi bildiyimiz ən qeyri-adiliklərin
sırasında olsun!
Yusif
İLDIRIMZADƏ
Hüquq
elmləri üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 17 noyabr.- S.9.