Maarifçilik yolunda uğurlarla keçən 30 il  

 

“525-Cİ QƏZET”Ə TƏBRİK MƏKTUBU

1991-ci ilin oktyabrında ölkəmizdə müstəqilliyin bərpasından sonra milli dövlətçilik düşüncəsinin və fəaliyyətinin aşılanmasında “525-ci qəzet” özünəməxsus rol oynayıb. Mətbuat qeydiyyatında 525-ci sırada olsa da, sevimli qəzetimiz ilk saylarından müstəqil Azərbaycanın öndə gedən ziyalı tribunasına çevrilib bu gün ölkəmizin elm, mədəniyyət, siyasət, mənəviyyat sahəsinin yüksək mütəxəssislərinin, milli düşüncəli fikir adamlarının xalqla, elmi ictimaiyyətlə səmərəli ünsiyyət platformasıdır. 30 il yüksək mətbuat tələbkarlığını, peşə tələblərini, milli vətənpərvərlik ruhunu, azərbaycançılıq, türklük turançılıq ideallarını yaşatmaq təlqin etmək, əlbəttə, qəzetin ilk gündən doğru yol mövqe seçməsi ilə bağlıdır. Bu yolu təsisçi baş redaktor, hörmətli şair-yazıcımız Rəşad Məcid seçib, dəyərli qələm yoldaşları ilə bu günə qədər davam edən böyük bir maarifçilik, vətəndaşlıq dövlətçilik dəst-xətti müəyyən edib.

“525-ci qəzetcəmiyyətimizin nəbzini tutmağı bacaran, nöqsan çatışmazlıqları qurucu tənqidlə hədəfə çevirən, ruh yüksəkliyi qələbəyə səsləyən qəzetdir. Tariximizin mədəniyyətimizin ən yaxşı ənənələri ruhunda ictimai rəyə cəmiyyətin əhval-ruhiyyəsinə təsir etmək imkanına sahib bir mətbu orqandır.

Bu gün “525-ci qəzetöz nəşr siyasətinə sadiqdir. İfrat yanaşma dəyərləndirmələrdən, bəzək təmtəraqı ibarələrdən, əsassız təriflər mədhiyyələrdən uzaq bir qəzetdir. İncə mətləblərə öz səhifələrində yer verən, milli maraqlarımızla yaxın-uzaq qonşuların mənafelərini dərc edilən məqalə müsahibələrdə ustalıqla uzlaşdıran mətbuat nümunəsidir. Azərbaycan dövlətçiliyinə, onun zəfərli inkişaf yoluna alim, yazıçı, jurnalist, bir sözlə söz adamının qələmi ilə dəstək verən, bütün irili-xırdalı yazılarında xalqımızın tarixi ənənələrindən süzülüb gələn ədəb-ərkan, eləcə yüksək peşə əxlaqı nümayiş etdirən qəzetdir.

Sevimli qəzetimizin həftə içi saylarını elektron variantında oxusam da, şənbə buraxılışını hər vaxt qəzet köşkündən alıb əlimdə tutanda sanki 30 il əvvələ qayıdıram. Biz yaşlandıqca, qəzetimizin gəncləşməsi, orada qaynar, istedadlı yaradıcı gənclərin cəmlənməsi redaksiyanın böyük ziyalı dəstəsi ilə sıx əməkdaşlığı qürur verir qəzetimizin uzun ömürlü olacağına, daha neçə-neçə nəsillərə yol göstərəcəyinə inam yaradır.

Doğma qəzetimizin bütün fədakar heyətinə xoş arzularımı yetirir, “30 yaşanız mübarək!”deyirəm.

 

Eynulla MƏDƏTLİ

AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə səlahiyyətli səfir

 

525-ci qəzet.- 2022.- 17 noyabr.- S.9.