Çoxdan yazılmalı olan həqiqətlər  

 

Bunları çoxdan yazmaq lazım idi. Bütün bunlar böyük bir ölkə dağılandan dərhal sonra başladı. Hiperinflyasiya, vəsait çatışmazlığı, ümumi xaos qonşularla müharibə. Bütün bunların fonunda Yazıçılar İttifaqı qorunub saxlanmalı idi. 1992-ci ilin yayında biz o vaxtkı Azərbaycan hakimiyyətinə müraciət etdik. O zaman hakimiyyətdə olanlardan biri bizə belə bir sual verdi:

- Bizə ədəbi jurnallar nəyə gərəkdir? Füzulinin dövründə onlar yox idi, ancaq ədəbiyyat var idi.

Bu suala Anar "Füzulinin dövründə padşahlar arabada gəzirdilər. Siz isə indi "Mersedes"də gəzirsiz", - deyə cavab verdi.

O vaxt bizə pul vermədilər. Anar vəsait almaq üçün sponsorlar tapdı. Milyona yaxın pul. Bu, 50 min dollardan çox idi. Biz bütün pulları qəpiyinə qədər Yazıçılar İttifaqına verdik. Çox sevdiyim hörmət etdiyim mərhum Cabir Novruz dedi ki, bunu bütün yazıçılar bilməlidir. Lakin biz heç nəyi reklam etmədik. Sonralar, vəziyyət lap ağırlaşanda Anar Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdi. Bundan əvvəl, Anar, İttifaqın aztəminatlı işçilərinin xeyrinə biz üçümüzə katiblərə əməkhaqqından imtina etməyi təklif etdi. biz üçümüz düz yarım il əməkhaqqı almadıq. Anar Yusif Səmədoğlu millət vəkili maaşını alırdılar, mən qonorarla dolanırdım.

Yarım ildən sonra böyük siyasətçi Heydər Əliyev əsrin əpoxal qərarını verdi. Bütün ədəbi jurnallar ədəbiyyat qəzeti dövlət təminatına alındı. Keçmiş İttifaqda bu, birinci unikal hadisə idi. Sonra bir sıra başqa respublikalarda da belə edildi. Bütün bu illər ərzində Yazıçılar Birliyi bir dəfə olsun əməkhaqqısız qalmadı. Aparatın işçilərinin hər birindən soruşa bilərsiniz. Hətta  aztəminatlı yazıçı şairlərə kömək edilir, müalicəyə yas mərasimlərinə pul ayrılırdı. Axı belə şeylərə heç kim artıq vəsait ayırmırdı. İttifaqın isə 2 mindən artıq üzvü var. Əgər pul çatmırdısa, biz Anarla öz məsuliyyətimiz altında banklara müraciət edirdik. Bəzi yaramazlar yazırlar ki, biz binanı girov qoyuruq. Bu, yalandır! Digər yaramazlar yazırlar ki, aşağıda fəaliyyət göstərən klub mənim şəxsi əmlakımdır. Bu da yalandır! Bütün pullar yazıçılara işçilərə ayrılır hər xərclənən manatın sənədi var.

Əsas da odur ki, biz tək Yazıçılar Birliyini deyil, həm onun binasnı qoruyurduq. O illər bizim binanı İngiltərə səfiriyinə vermək istəyirdilər (1993-cü ilin əvvəli). O vaxt Yusif Səmədoğlu zarafatla söz vermişdi ki, o niyyətlə binaya daxil olanları güllələyəcək.

bir daha Anar haqda. Bütün bu illər ərzində o, çox adama kömək edib. Anar, Moskvaya gedib SSRİ-nin millət vəkili olaraq, bizim məhbusları azad etməyi tələb etmiş, bir neçə nəfəri zaminə götürmüşdü. Onlarla insana mənzil almaqda, müalicə olunmaqda, təqaüd müavinat almaqda kömək edib.

Anar Yusif o zaman İsa Qəmbəri zaminə götürmüşdülər.

Məni bağışlayın, amma deməliyəm ki, mən artıq 2 ildir ki, TEAS press nəşriyyatı ilə müqavilə bağlamışam və qonorarlarımı YAŞAT fonduna köçürürəm.

Yazıçıları səs verməyə yuxarılardan məcbur etmək mümkün deyil. Demək olar ki, qurultayda hamı Anarın seçilməsini istədi və ona səs verdi. Yazıçılara yaxınlaşın, onların rəyini öyrənin. İstedadsız qrafomanlara deyil, əsl yazıçılara yanaşın və soruşun.

Son qurultayda ədəbiyyatımızın qaymaqları toplaşmışdı. İndi Ramiz Rövşənə hücumlar edirlər. Ramiz Rövşən çox görkəmli şairdirbunu edənlər onun yanında aciz və cılızdırlar. Daha dərindən baxsaq, xalqımızın düşmənləridirlər. Onların məqsədi ölkəmizdə hörmətli insanların, öz ədəbiyyatımızın, mədəniyyətimizin olmadığını sübut etməkdir. Bu haqda düşünün! Belə çıxır ki, bütün Xalq şairləri (4 nəfər), Xalq yazıçıları (8 nəfər) və bizim ədəbiyyatın akademikləri düşməndirlər, layiqsiz qrafomandırlar, oğru və səviyyəsizdirlər?! Bu, hətta bədnam qonşularımızın ağlına gələ bilməzdi.

Yetər! Anar dünya miqyasında Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün başqa yazıçılardan daha çox işlər görüb. Ona görə onu seçiblər. Nöqtə!

 

Çingiz ABDULLAYEV

Xalq yazıçısı

 

525-ci qəzet.- 2022.- 17 noyabr.- S.7.