Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib

 

Özbəkistanın qədim Səmərqənd şəhərində Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IICAS) təşkilatçılığı, eləcə İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin dəstəyi ilə "Mərkəzi Asiya ölkələri, Azərbaycan Türkiyə arasında əməkdaşlıq üfüqlərinin genişləndirilməsi: İpək Yolu - silsilə transmilli YUNESKO nominasiyaları" mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Tədbir Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının IX Zirvə toplantısı çərçivəsində təşkil edilib.

Simpoziumun əsas məqsədi Böyük İpək Yolunun qədim dövrlərdə orta əsrlərdə Avrasiyanın tarixi-mədəni inkişafına təsiri, həmçinin, Mərkəzi Asiya ölkələri, Azərbaycan Türkiyə arasında bu mövzularda birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinin müzakirə edilməsi, eləcə YUNESCO-nun İpək Yolu transmilli silsilə layihələrinin perspektivləri barəsində geniş fikir mübadiləsinin aparılmasıdır.

Tədbiri giriş sözüylə açan Fondun Prezidenti Günay Əfəndiyeva simpoziumun tarixi İpək Yolu üzərində yerləşən, qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə toplantısı çərçivəsində təşkilinin önəmindən bəhs edib. Fondun prezidenti bu hadisələri qardaş Türk dövlətləri arasında həmrəyliyin daha da gücləndirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirib. İpək Yolunun vacibliyindən danışan Günay Əfəndiyeva bu marşrutun Şərqlə Qərb arasında körpü rolunu oynadığını, həmin ərazilərdə yaşayan xalqlar arasında mədəni mübadiləyə töhfə verdiyini, həmçinin, yeni reallıqlar çərçivəsində bu sahədə dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmini qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyev, Türkiyənin Səmərqənddəki Baş Konsulu Salih Caner, Qırğızıstanın Özbəkistandakı Səfirliyinin müşaviri Nurlan Cumaliyev, eləcə Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Qismət Gözəlov, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının prezidenti v.i.e. Füzuli Məcidli çıxış edərək türk dövlətlərinin istər tarixi, istərsə müasir İpək Yolu ilə bağlı olan sahələrdə işbirliyinin əhəmiyyətini vurğulayıblar.

Simpoziumun ikinci hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Şahin Mustafayev, tarixçi alim Fərda Əsədov, Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü akademik Baurjan Baytanayev, qırğızıstanlı alim Bakıt Amambayeva, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Dmitriy Voyakin, Yaxyo Quliamov adına Özbəkistan Arxeologiya İnsitutunun direktor v.i.e. Mominxon Saidov və digərləri məruzələrlə çıxış edərək, İpək Yolu silsilə nominasiyalarının praktik önəmini dilə gətirib və müasir mərhələdə onların coğrafi əhatəsini genişləndirilməsi, bütün türk dünyasında həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.

Həmçinin, beynəlxalq elmi simpozium çərçivəsində Beynəlxalq Mədəniyyəti və İrsi Fondu tərəfindən rusingilis dillərində nəşr edilən "Azərbaycan İpək Yolu üzərində" kitabın təqdimat mərasimi keçirilib. Kitab Fondun həyata keçirdiyi "Türk Dövlətləri Böyük İpək Yolu Üzərində" adlı genişmiqyaslı layihəsinin ilk kitabıdır.

Sonda iştirakçılar tərəfindən simpoziumun işi ilə bağlı qətnamə qəbul olunub.

 

 

525-ci qəzet.- 2022.- 17 noyabr.- S.8.