Sabir Rüstəmxanlı “525-ci qəzet”in
30 yaşını təbrik edib
Vətəndaş Həmrəyliyi Partiyasının
sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “525-ci qəzet”i
yaranmasının 30 illiyi
münasibətilə təbrik
edib. Təbrikdə deyilir:
“Hörmətli Rəşad
Məcid və “525-ci qəzet”in əməkdaşları!
Qəzetinizin 30 yaşını
ürəkdən təbrik
edirəm!
“525-ci qəzet” mənim
üçün xüsusilə
doğmadır. Sevinirəm ki, Azərbaycan
mediasında öz dəsti xətti və nüfuzu olan bu qəzetin
qeydiyyat sənədini
mən imzalamışam.
Azərbaycan ictimai-siyasi mühitində
bitərəfliyini qoruyan
qəzet ədəbi mövzuları və milli mədəni məsələlərı daim
diqqətdə saxlamaqla
ziyalıların sevimli
qəzetinə çevrilib.
Bir sözlə,
dövrümüzün mürəkkəb
mühitində, informasiya
bolluğu şəraitində
“525-ci qəzet” şərəfli
inkişaf yolu keçmiş, öz siması, mövqeyi və üslubu olan mətbuat orqanı kimi oxucuların rəğbətini
qazanmışdır.
Əziz
“525-ci qəzet”in kollektivi!
Sizi bir daha ürəkdən
təbrik edir, can sağlığı, yeni
uğurlar arzulayram”.
525-ci qəzet.- 2022.- 18 noyabr.- S.6.