Azərbaycan-Albaniya münasibətləri:
çoxşaxəli əməkdaşlıq
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam
və etimada, faydalı əməkdaşlığa
əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan
dünya dövlətləri,
eləcə də qonşu dövlətlərlə
münasibətlərini daha
da inkişaf etdirməyə nail olmuşdur. Ulu öndər
Heydər Əliyev siyasətini, onun xarici siyasət kursunu yeni dövrün
tələblərinə uyğun
olaraq davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə,
milli maraqlarının
qorumasına nail olmuşdur.
Bu gün dünya
dövlətləri ilə
qarşılıqlı etimad
səviyyəsində qurulan
diplomatik əlaqələr
yüksək bir mərhələdədir.
Mərkəzi və Şərqi Avropa ölkələri, o
cümlədən, Albaniya
ilə müxtəlif
sahələri əhatə
edən ikitərəfli
əməkdaşlıq Azərbaycanın
xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə
Albaniya arasında ikitərəfli münasibətlər
iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə
edir.
Bu günlərdə, cari ilin noyabrın
15-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Albaniya Respublikasına ilk səfəri
ölkələrimiz arasında
yüksək səviyyədə
olan münasibətlərin,
dialoqun daha da inkişafına təkandır. Əlbəttə ki, dövlət
başçısının bu səfəri dövlətlərarası münasibətlərin
daha da inkişafına,
xalqlar arasında əməkdaşlığın genişləndirilməsinə müsbət
təsirini göstərəcək.
Prezident İlham Əliyevin Albaniyada rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxışı
zamanı "Beynəlxalq
təşkilatlardakı uğurlu
əməkdaşlığımız da bizim əlaqələrimizi
gücləndirir" - deyərək,
Albaniyanın həmişə
Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini və
bu dəstəyin həmişə qarşılıqlı
olduğunu bildirib:
"Biz İkinci Qarabağ
müharibəsinin nəticəsi
olaraq öz əzəli torpaqlarımızı
işğalçılardan azad etdik, beynəlxalq
hüququ, ədaləti
bərpa etdik". Cənab Prezident çıxışında
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə nəzər
salaraq bu qətnamələrin 1993-cü ildə qəbul olunduğunu diqqətə
çatdırmışdır. Təəssüf ki, bu
qətnamələr 27 il
ərzində icra edilmədi və beynəlxalq birlik isə buna göz
yummaqda davam edirdi: "Ermənistana hər hansı bir sanksiya tətbiq
edilməmişdir. Baxmayaraq ki,
dəfələrlə Azərbaycan
məsələ qaldırmışdır
ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın.
Çünki Azərbaycan ərazisinin
20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir.
Orada törədilmiş dağıntılar
faktiki olaraq o torpaqları tamamilə cansız edib", - deyə Prezident bildirib. Azərbaycan 44 günlük Vətən
müharibəsində 30 ilə
yaxın işğalda
olan torpaqları azad etdi və
bu işğala son qoydu. Tarixi ədalət bərpa
olundu. Azərbaycan bu gün işğaldan azad olunan ərazilərində
abadlıq-quruculuq işlərini
davam etdirir. Böyük Qayıdışın ilk karvanı
olan Ağalı kəndində həyat qaynayır, digər ərazilərimizdə isə
genişmiqyaslı layihələr
icra olunub və bu, davam
etməkdədir.
Cənab
Prezident çıxışında
ölkələr arasında
bir çox məsələlərlə bağlı
əməkdaşlığa toxunaraq, iqtisadiyyat və sənaye üzrə yaradılmış
müştərək işçi
qrupunun tezliklə birinci iclasının keçirməli olduğunu,
eyni zamanda Albaniya və Azərbaycan şirkətlərinin
birgə fəaliyyəti,
birgə müəssisələrin
yaradılması, turizm,
kənd təsərrüfatı,
müasir texnologiyalar sahələrinin də ölkələr üçün
prioritet təşkil etdiyini bildirib.
Qaz təchizatı məsələlərinə gəldikdə isə, bildiyimiz kimi, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlanılmışdır. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılmışdı. Hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar. "Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir", - deyə cənab Prezident bildirib.
Mətbuata bəyanatla çıxışında Azərbaycan Prezidenti bir çox məsələlərə nəzər salmaqla yanaşı, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması olduğuna da toxunub. Bildiyimiz kimi, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rola malikdir. Bu əməkdaşlıq getdikcə daha da möhkəmlənir. "Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik", - deyən cənab Prezident bildirib ki, Albaniya da NATO-nun üzvü kimi NATO - Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.
Əlbəttə ki, Prezident İlham Əliyevin Albaniyaya səfəri əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq dövlətlərarası inkişafa müsbət təsirini göstərəcəkdir.
Qənimət SƏFƏROV,
İqtisad elmləri doktoru,
professor
525-ci qəzet.- 2022.- 18 noyabr.- S.7.