Lənkəranlıların unudulmaz Müslüm mirzəsi  

GÖRKƏMLİ BƏSTƏKAR VƏ MAARİF XADİMİ BABA MÜSLÜM MAQOMAYEVİN LƏNKƏRANDA ÇALIŞDIĞI DÖVR ONUN ZƏNGİN BİOQRAFİYASINDA XÜSUSİ YER TUTUR

 

 

 

Ön söz yerinə

Nəvə Müslüm 5 yaşında olanda baba Müslüm Maqomayev dünyasını dəyişib. Atası Məhəmməd İkinci Dünya müharibəsinin iştirakçısı idi, Polşa Xalq Respublikasında faşistlərlə vuruşda həlak olub, qəbri oradakı qardaşlıq qəbiristanlığındadır.

Nəvə Müslüm Polşada qastrolda olarkən atasının qəbrini ziyarət etmişdi.

Müslümün ifasında "Buhenvaldskiy nabat" mahnısı atasını müharibədə itirmiş hər bir övladın harayına çevrildi.

Uğurlar belə yaranırdı

Lənkəran şəhərinin Şirəli Axundov küçəsində hamının yaxşı tanıdığı taxta bir ev vardı. Hələ XIX əsrin əvvəllərində bu evin pəncərələrindən küçəyə könül oxşayan musiqi təranələri süzülürdü.

Evin sakini Qori Müəllimlər Seminariyasını bitirmişdi. Bir müddət Şimali Qafqazın Bekoviç kəndində işləmiş, sonra Lənkərana gəlmişdi. Vorontsov-Daşkov adına dördsinifli şəhər məktəbində dərs deyirdi, sonra indiki 1 nömrəli məktəbin müəllimi olmuşdu.

Hamının Əbdül Müslüm, yaxud Müslüm mirzə deyə müraciət etdiyi bu gənc sonralar Azərbaycan professional musiqi sənətinə əvəzsiz töhfələr vermiş unudulmaz bəstəkarımız Müslüm Maqomayev idi.

Uzun illər milis maarif orqanlarında çalışmış mərhum Aslan Kələntərli Müslümü tez-tez yada salırdı. O, Müslüm müəllimin təşkil etdiyi xor dram dərnəklərinin üzvü olmuşdu. Danışardı ki, onlar Azərbaycan, rus talış dillərində mahnılar oxuyar, tamaşalar göstərərdilər. Lənkəran camaatı uşaqların çıxışlarını maraqla qarşılayarmış. Aslan Kələntərli Müslüm Maqomayevin rəhbərliyi ilə keçən ilk konserti belə xatırlayırdı:

- Salonda yerlər tutulduğundan, adamların bir qismi sıraların arasında ayaq üstə durmuşdu. Qonaqlar yerli ruhanilər qabaq cərgədə əyləşmişdilər. Müslüm mirzə həyəcanlı idi. Axı, bu gün müsəlman qızları ilk dəfə xorda oxuyacaqdılar.

 

 

Pərdə yavaş-yavaş qaldırıldı, oğlan qızların məlahətli səsi ətrafa yayıldı. Xoru əvvəlcə tütək, balaban qara zurna, sonra tar qaval müşayiət etdi. Yaşlı bir kişi hirslə qalxıb, salondan çıxdı. Ona daha iki nəfər qoşuldu. Görünür, qızların səhnəyə çıxarılmasından narazı qalmışdılar. Konsert isə davam edirdi. "Kinəlim-kinəlim", "Zəngi yar", "Yar aldı məni", "Həlimə", "Ay dili-dili", "Yar düymələri mərcan", "Ağam xan otağında", "Limo" kimi xalq mahnıları bir-birini əvəz etdikcə alqışlar qopurdu. Müslüm bu mahnıları çəltik zəmilərində, toylarda ağsaqqal ağbirçəklərdən eşitmiş, onları xor üçün işləmişdi.

Sonra səhnəyə dram dərnəyinin üzvləri çıxdılar. Şagirdlər Müslüm müəllimin rəhbərliyi ilə Azərbaycan rus dillərində kiçik həcmli tamaşalar hazırlamışdılar. Əliağa Babayevin, Cahangir Talışlının çıxışları gənc müəllimin ürəyini riqqətə gətirdi. Konsertdən sonra qocaman müəllim Mirzə Ağəli Əliyev Müslümün əlini sıxıb, ziyalılar adından onu təbrik etdi dedi: "Allahdan arzum budur ki, sorağın böyük səhnələrdən gəlsin".

Müslüm Maqomayevin cavabı

Respublikanın Əməkdar müəllimi Mirhaşım Talışlı onun dostu, musiqi müəllimi Daşdəmir Məmmədov Müslüm Maqomayevin Lənkərandakı fəaliyyətini uzun illər böyük maraqla öyrənmişdilər. Onlar öz xatirələrində yazırlar ki, böyük bəstəkarın şagirdlərindən biri - Əbülfəz Əsədullayev bir gün ondan soruşur:

- Müslüm mirzə, neçə illərdir, çəltik zəmilərində işləyən qadınlardan nəğmələr toplayırsan, bəs bu nəğmələr qurtarmadı?

M.Maqomayev cavabında deyir:

- Əbülfəz, dəryada balıq qurtarmadığı kimi, talışda da nəğmə bitən deyil...

Biri Xanım, biri Misri - hər ikisi baba Müslümün şagirdi

Müslüm Maqomayev Lənkəranda müəllim işləyərkən Gərmətük yolunda iki qızın nəğmə oxuya-oxuya getdiyini görür. Xanım Məmmədova Misri Nurullayevanın səsi bəstəkarın xoşuna gəlir onları xor dərnəyinə dəvət edir. Sonralar bundan xəbər tutan valideynlər qızların dərnəkdə iştirakına razılıq vermirlər.

Buna baxmayaraq, ağsaqqalların işə qarışması ilə qızlar 1930-cu ildə Bakıda keçirilmiş xalq yaradıcılığı festivalında iştirak etdilər. Xanım Məmmədova həmin illərdə Moskvada da çıxış etmiş, talış mahnılarından oxumuşdu.

M.Maqomayevin Lənkəranda İsmayıl xan Talışinski, Qulam Səmədzadə kimi sənət dostları vardı. M.Maqomayev Lənkəranda musiqi həvəskarları ilə görüşər məsləhətlərini verərdi. Vaxtı ilə şagirdi olmuş Səmidxan Talışinskinin məlumatına görə, M.Maqomayev 1909-cu ildə Lənkəranda dərs dediyi şagirdlərin bir qrupunu öz hesabına Qroznı şəhərinə apararaq, orada konsert təşkil etmişdi.

Müslüm Maqomayevin yetirməsi, Lənkərandan olan Qulam Səməd oğlu Səmədzadə 1928-ci ildə konservatoriyada nəfəsli alətlər üzrə klarnet şöbəsini bitirmiş, Bakıda Ü.Hacıbəyov M.Maqomayevin rəhbərliyi ilə təşkil olunmuş Xalq çalğı alətləri orkestrində işləmişdi.

 

İlk addımlar, ilk sevinclər

 

Müslüm Maqomayev Vorontsov-Daşkov adına dördsinifli şəhər məktəbində, şəhər 1 saylı orta məktəbin köhnə binasında (indiki mərkəzi meydan) dərs demişdi. Əmək musiqi dərsləri keçmiş, uşaqlara kitab cildləməyi öyrətmişdi. Şəhərin general Həzi Aslanovun abidəsi önündəki ağaclar M.Maqomayevin təşəbbüsü rəhbərliyi ilə əkilib. Həmin dövrdə bu bağ "Üçkünc bağ" adlanırdı.

Müslüm Maqomayev Lənkəranda xor, dram dərnəyi, nəfəsli orkestr təşkil etmiş, talış xalq nəğmələrini toplayaraq nota almışdı. Bəstəkar məktəbdə xor, dram nəfəsli orkestr dərnəkləri yaratmışdı. O, həmçinin, 75 nəfərlik orkestrə dirijorluq edirmiş. Orkestrdə skripka, fleyta, truba, kvartet s. musiqi alətlərindən istifadə olunurdu.

Müslüm Maqomayev Azərbaycan opera sənətinin banisi, bacanağı olan dahi Üzeyir Hacıbəyova Lənkəranda yayılmış yerli xalq mahnılarının toplanmasında da köməklik etmişdi. Əməkdar müəllim Hacı Mirhaşım Talışlı deyərdi ki, Üzeyir Hacıbəyov Müslüm Maqomayevin bir sıra əsərlərində, hətta operalarında ara-sıra talış nəğmələrinə təsadüf edilir. Mirhaşım müəllim nümunə üçün "Limo" mahnısını göstərirdi:

 

Limo-limo, ay limo,

Zardə çəmə, ay limo -

 

nəğməsinə xas melodiyanın bənzərini "Arşın mal alan" operettasında:

 

Arşın malçı, mal göstər,

Bir-bir yerə sal, göstər -

mahnısında eşitmişik.

 

 

 

Xatirələr yaşasa da...

Dahi bəstəkarın yaşadığı birmərtəbəli taxta evə vurulmuş lövhədə yazılmışdı: "Bu evdə görkəmli bəstəkar Müslüm Maqomayev yaşamışdır (1906-1911)". Təəssüf ki, bu gün həmin ev, ona vurulmuş xatirə lövhəsi qalıb. Onun yaşadığı evin yerində bank binası tikilib. Deyirəm, yaxşı ki, Müslüm Maqomayevin bir vaxt yaşamış olduğu evin şəklini çəkdirmişdim. Bu gün Müslüm Maqomayevi yaşadan həmin şəkil, bir xatirələr qalıb.

Müslüm Maqomayev 1911-ci ilədək Lənkəranda müəllim işləmişdi. Lənkəran şəhərinin küçələrindən birinə böyük bəstəkarın adı verilib. Anadan olmasının 100 130 illiyi Lənkəranda geniş qeyd edilib.

 

Son söz yerinə

Baba Müslümün nəvə Müslümün Azərbaycana verdiyi dəyər, onlarda bu yerlərə olan məhəbbət sonsuz idi. Əfsanəvi müğənni, beynəlxalq festivallar laureatı nəvə Müslüm hər kəsə nəsib olmayan bariton, ecazkar səsi ilə Azərbaycana məhəbbətini ifadə edərək oxuyurdu:

 

Ömrümün mənasısan,

Qardaşlıq dünyasısan -

Anamın anasısan, Azərbaycan!..

 

Nəvə Müslüm Lənkəranda olmasa da, onu uzaqdan-uzağa sevirdibu gözəl diyarı mahnılarda vəsf edirdi. 1976-cı ildə beynəlxalq musiqi festivalında iştirak etdiyindən, həmin il Lənkəranda keçirilən Məhsul bayramında iştirak edə bilməmişdi.

Baba Müslüm və nəvə Müslüm Maqomayevlər Bakıda - Fəxri xiyabanda dəfn olunublar. İllər keçsə də, Müslüm Maqomayevlər unudulmur, adtarixi günlərdə neçə-neçə insan onların məzarı önünə toplaşır, hər ikisini ehtiramla yad edir.

Ruhları şad olsun!

 

Etibar ƏHƏDOV

"Aşkarlıq" qəzetinin baş redaktoru

(Lənkəran)

525-ci qəzet.- 2022.- 22 noyabr.- S.14.