Zəfər Günü - qüruriftixar doğuran tarixi qələbə  

 

2020-ci ilin noyabr ayının 8-də "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir" deyən Prezident İlham Əliyev bildirmişdir: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

Prezident İlham Əliyevin bu müjdəsi xalqımıza tarixi qələbə sevincini yaşatdı, gələcək üçün yol xəritəsini müəyyən etdi. Zəfər Günü Azərbaycan Ordusunun qüdrətinin, Azərbaycan dövlətinin Vətən müharibəsindəki tarixi qələbəsinin şərəfinə təsis edildi biz, bu şanlı tarixin şahidləri olaraq böyük sevinc, vətəndaşlıq qüruru azərbaycanlı olmağın iftixarı ilə artıq ikinci ildir ki, Zəfərimizi qeyd edirik.

Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 3 dekabr 2020-ci il tarixli sərəncamda qeyd edilir: "44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan Ordusunun əsgər zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər zabitlərimizin, şəhidlərimizin qanı canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi".

XX əsrin sonları, XXI əsrin əvvəllərində Azərbaycan xalqı dövləti bütöv bir əsrə bərabər, dinamikliyi əhatəliliyi ilə zəngin olan hadisələrin şahidi oldu. Ölkəmiz 20 Yanvar faciəsi, müstəqilliyin bərpası, dahi azərbaycanlı Heydər Əliyevin bütöv bir imperiyaya qarşı qürurla, əzmlə sinə gərməsi, eləcə , ərazilərin işğalı, bir milyondan çox qaçqın məcburi köçkün ordusunun yaranması bununla dərinləşmiş sosial-humanitar problemlər, dövlət çevrilişi cəhdləri vətəndaş müharibəsi təhlükəsi, dövlətçiliyin müstəqilliyin itirilməsi təhlükəsi, iqtisadi tənəzzül, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə siyasi sistemin formalaşması, ölkənin inkişafı, beynəlxalq nüfuzun yaradılması, Prezident İlham Əliyevin hakimiyyəti illərində isə sürətli iqtisadi inkişaf, yüksək beynəlxalq nüfuz nəhayətdə düşmən üzərində şanlı qələbə, ərazilərimizin işğaldan azad olunması Ermənistanın kapitulyasiyası, Zəfər paradı kimi bütöv bir tarixi dönəmi əks etdirən hadisələrin şahidi oldu.

Prezident İlham Əliyev işğala təcavüzə bağlı tarixi sonlandırdı, yeni, daha sürətli inkişaf səhifəsinə başladı.

Bu tarixi dönəm ərzində xalqımız erməni vəhşiliyinin, qlobal münasibətlər sisteminin ikili standartlarının, beynəlxalq təşkilatların qlobal təhlükəsizliyi təmin etmək işində gücsüzlüyünün, ATƏT-in timsalında beynəlxalq mediasiya mexanizmlərinin böyük güclərin əlində alətə çevrildiyinin, BMT kimi təşkilatın qərarlarının icra mexanizmlərinin olmamasının, daha doğrusu, böyük güclər ehtiyac bilmədikdə olmadığının beynəlxalq hüququn effektivsizliyinin şahidi oldu.

Bu tarixi dönəm ərzində xalqımız həm bir olmağın, güclü olmağın, dövləti qurmağın qürurunun, İlham Əliyev kimi liderininin nüfuzunun, gücünün əzminin Böyük Zəfərin sevincinin şahidi oldu. Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu beynəlxalq aləmdə dövlətimizə onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirdi. Dünya ölkələri Vətən müharibəsi dövründə yüksək hazırlığa, qeyri-adi bacarıqlara geniş dünyagörüşə malik olan fərqli bir liderlə qarşılaşdı. Qətiyyətlə demək olar ki, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi zamanı apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən ordu kimi Qələbəyə xidmət etdi.

Bu dövr bizə dostun dostluğunu, sədaqətini, düşmənin kimliyini, xislətini göstərdi. Xalqımız sıfırdan iqtisadiyyat qurmağın, dövlətçiliyi gücləndirməyin, ərazilərimizi işğaldan azad etməyin şahidi iştirakçısı oldu.

Ölkəmizin inkişafında, eləcə Vətən müharibəsi dönəmində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu, həmçinin, Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyəti danılmazdır. Bu fəaliyyət torpaqlarımızın dirçəldilməsi dönəmində mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanım Əliyevan digər tarixi mərhələlərdə olduğu kimi, Vətən müharibəsi dövründə beynəlxalq ictimaiyyəti hüquqi müstəvidə adekvat addımlar atmağa çağırdı.

Müzəffər Ali Baş Komandanın bir çağrışı bütün xalqın dəmir yumruq olmağına kifayət etdi. Ölkə rəhbərinin bir çağrışı bütün azərbaycanlıları ölkəmizin müdafiəsinə qalxan etdi. Bu yumruq gücümüzün, birliyimizin, həmrəyliyimizin simvoluna çevrilərək Azərbaycanı apardığı haqq savaşından qalib çıxarıb, tarixin səhifələrinə əzəmətli Zəfərini qızıl hərflərlə yazdı.

Siyasi liderimizin bir çağırışı, dünyanın hər bir yerində, yaxın qonşuluqda da, uzaq coğrafiyalarda da dünya azərbaycanlılarının amalına çevrildi.

Tarix belə qüdrətli Azərbaycan üçün darıxmışdı. Çox qürurluyuq ki, hər birimizin görmək istədiyi, bir çoxlarının bəlkə xəyal etmədiyi Azərbaycanın yaranmasına şahidlik etdik şahidlik edirik.

Bu qələbələr, bu zəfər torpaqlarımızın azad olunmasında canından, qanından keçməyə hazır olmuş şəhidlərimizin, qazilərimizin, Rəşadətli Azərbaycan Ordusunun zabit əsgərlərinin gücünün, qüdrətinin, Vətən dövlət sevgisinin nəticəsidir.

Hələ ötən əsrin 70-ci illərindən etibarən tarixi inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olan Bakı Slavyan Universiteti (BSU) ailəsi tarixin hər bir dönəmində olduğu kimi, Vətən müharibəsi dönəmində öz töhfəsini vermişdir. Vətəni azad edən gənclərin formlaşmasında, onlarda vətənpərvərlik hisslərinin inkişafında, inormasiya savaşında hər kəsin öz sahəsində haqq səsimizin ucaldılmasında, arxa cəbhənin daha da möhkəmlənməsində BSU-nun kollektivinin, tələbələrinin məzunlarının da rolu böyük olmuşdur.

Bu qürurlu tariximizdə bizim adımızı qızıl hərflərlə əbədi olaraq həkk etmiş BSU-nun Vətən müharibəsi şəhidləri Elnur Allahverdizadəni, Kənan Rüstəmlini, Nicat Şükürlünü, Aprel döyüşləri şəhidi Vüqar Süleymanovu daim yüksək minnətdarlıq qürur hissi ilə xatırlayır, istər onların, istərsə Birinci Qarabağ savaşında şəhid olmuş məzun tələbələrimizin xatirəsini daim yüksək tutaraq yaşadacağıq. Onların qısa, ancaq dolğun, şərəfli həyat yoluna həsr edilmiş sənədli filmlərin, sərgilərin, görüşlərin, konfrans və seminarların, idmanintellektual yarışların keçirilməsini, tədqiqatların aparılmasını və məqalələrin yazılmasını təşkil edəcəyik və ya davam edəcəyik. Güclüxarakterli atalardan nümunə götürmüş, qürurlu və nəcabətli analardan tərbiyə almış övladlar, yüzlərlə, minlərlə Kənanlar, Elnurlar, Nicatlar, Vüqarlar bizim fəxarət yerimiz, gəncliyimizin and yeridir.

Tarix üçün 30 illik zaman çox kiçik bir dönəmdir. Hegel inanırdı ki, tarix elə bir prosesdir ki, orada ruh, dövrün ruhu özünü müəyyən edir, büruzə verir. O düşünürdü ki, müasir zamanın keçmişdən və onun hadisələrindən bəhrələnməyinə baxmayaraq, tarixin hər bir epizodudövrünün öz məramı vardır.

Azərbaycan xalqı 30 illik işğala son qoymaqla tarixinin tamamilə yeni bir səhifəsini açdı. Rəşadətli ordusuna  Müzəffər Ali Baş Komandanına güvənən Azərbaycan xalqı özünün qalib xalq olduğunu bütün dünyaya qətiyyətlə sübut etdi. Bu parlaq Qələbə müstəqil Azərbaycanımızın bütün sahələrdə dinamik inkişafına, müasirləşməsinə yeni təkan verdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı yeni tarixi dönəmə qədəm qoymuş, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, beynəlxalq siyasətdəki yeni rolu, özünəməxsus və güclü mövqeyi ilə yeni tarix yaratmaqdadır. Yeni tarixi dönəm isə, daha da inkişaf edən, daha da çiçəklənən Azərbaycandır.

 

Anar NAĞIYEV

Bakı Slavyan Universitetinin rektoru

 

525-ci qəzet.- 2022.- 22 noyabr.- S.7.