Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
San Kroçe kilsəsinin
içərisi Cotto tərəfindən freskalarla bəzədilmişdi.
Erkən dövrlərdən florensiyalılar bu
kilsədə dəfn edilmişdilər, beləliklə, kilsə
tədricən tam qəbiristanlığa çevrilmişdi.
Bu qəbirlər, onlara malik olan şəxsiyyətlər
Stendala çox şeyi demiş, onların obrazları onunla
tanışlıq yaratmışdılar. Kübar
Florensiya ailələrinin üzvləri hələ sağ olan
vaxtı buraya gəlib, özlərinə əbədi
sığınacaq axtarırdılar.
Firentse meydanı şəhərin gözəl tipik
meydançalarından biridir. Buradakı Barcello
sarayı və qüllə XIII əsrdə tikilmişdir.
Saray indi Milli Muzey kimi fəaliyyət göstərir.
Muzeydə Donatellonun "Gənc David" və "Müqəddəs
Georgi", "San Covanni", Mikelanceonun "Vakx" heykəlləri
nümayiş etdirilir. Buranı həm də
Mikelanceonun "Brutun büstü" və "Madonna və
uşaq" heykəlləri daha da zənginləşdirir.
Mark
muzeyində "Çarmıxa çəkilmə" və
"Çarmıxdan düşürülmə"
tabloları yerləşir. Akademik qalereyada isə
Mikelancelonun çox məşhur "David" heykəlinin
orijinalı durur. Florensiya respublikası
Mikelanceloya Vekkio sarayının qarşısında qoyulacaq
azadlıq simvolunun yaratmağı etibar etmişdi. İndi orada yalnız heykəlin kopiyası
qoyulmuşdur.
Bu işi 26 yaşlı sənətkar gördü. O, 1501-ci ildə heykəli
yaratmağa başlayıb, onu dörd ilə başa
çatdırdı. Bu nəhəng gənc
adamın fiqurası çox gözəl olmaqla, fiziki
füsunkarlıq və kübarlılıq ifadələri
yaradır. Məğrurluğu və mərdliyi
ilə seçilməklə bizə Mikelancelonun bunu necə
başa düşdüyünü ifadə edir.
Qalereyadakı papa II Yulinin qəbri üçün Mikelancelonun
yaratdığı "Əsir" heykəli və
"Pallestrina fəryadı" heykəltəraşlıq əsərləri
nümayiş etdirilir.
Şəhərin baxış meydanına aid olan ərazi
Mikelancelo meydançası adlanır. Burada da "David"
heykəlinin bir kopiyası qoyulmuşdur. Aşağıda
isə şəhərin gözəl mənzərəsi
açılır, bütün arxitektura abidələri
öz möhtəşəmliyi ilə göz önündə
canlanır. Şəhərin
panoramasını Arno çayı iki yerə bölür və
bu ərazini təpələr əhatə edir.
Bank
işi, Mediçi ailəsinin yüksəlməsi
Florensiya şəhəri XV əsrdə bank işində
xeyli irəli getdi. Bu, birinci növbədə Mediçi ailəsinin
fəaliyyətinə borclu idi. Mediçilər
parça istehsalını genişləndirərək,
kommersiyaya, daşınmaz əmlaka və bank işinə
keçdilər. Həmin əsrdə mövcud olmuş
ailənin ən yaxşı günlərində Mediçi
Evi Avropada ən böyük bank idi, onun qolları
(filialları) Venetsiyada, Milanda, Romada, Avinyonda, Brüsseldə,
Londonda və Lionda fəaliyyət göstərirdi. Bununla yanaşı, ailə yun və ipək
parça manufakturalarına və zəy mədənlərinin
sənaye işlərinə nəzarət edirdi. Axırıncı mineraldan toxuculuq mallarının
boyadılması üçün istifadə olunurdu.
Qısa dövr istisna olmaqla, Mediçilər həmçinin,
papaların əsl bankirləri hesab ovunurdular, bu mövqe onlara
böyük gəlir gətirməklə yanaşı, həm
də Papa sarayına təsir göstərmək imkanı
yaradırdı. Erkən vaxtlarda və XV əsrin
ortalarınadək bu fəaliyyətin böyük uğur
qazanmasına baxmayaraq, Mediçilər bankı əsrin
sonunda qəflətən əziyyət çəkməli
oldu, bu vəziyyət pis liderliklə, pis borc vermələr
seriyası ilə, xüsusən, hökmdarlara verilən
borcların qaytarılmaması ilə əlaqədar idi.
Əslində, onlar ümidsiz borclara
çevrilmişdilər. 1494-cü ildə
Fransa Mediçiləri Florensiyadan qovdu və onların
mülkiyyətini müsadirə etdi. Bu
vaxt Mediçilərin maliyyə evi süqut etdi.
Lakin Florensiya öz reputasiyasını itirməməyə,
qoruyub saxlamağa çalışırdı. Mediçilər
isə incəsənət növlərinə xüsusi maraq
göstərmələri ilə fərqlənən xüsusi
adamlar idi. Onlar təkcə ideyalar barədə
formulalar yaratmır, həm də yüksələn mədəni
davranışın muxtar formalarını tətbiq edirdilər.
Bəzən isə məcburiyyətə
qarşı qiyam qaldıraraq, cəmiyyətin
davranışını dəyişdirməyə cəhd etməklə,
həm də onu müzakirədən keçirməklə
özününkünə çevirirdi.
Bu kontekstdə bir fərd üçün
başqalarından kənarda dayanmaq asan olurdu. Professional
uğur iqtisadi qələbəyə çevrilir və
görünməmiş rəqabət meydana gəlirdi. Bu resurslardan istifadə etməkdə anarxiyadan
qaçmaq üçün hökmən nizamlanmaya ehtiyac
yaranırdı. Xatırlanan səbəblərə
görə Florensiya artıq fərdiyyətçilik şəhəri
idi. Aralarındakı
dağıdıcı rəqabətdən uzaqlaşmaqdan
başqa xalq heç bir əlavə resursa malik deyildi. Bu da yalnız geniş yayılmaqla və sərt
xarakter daşımaqla nəzarət və özünə nəzarət
mexanizmləri ilə baş verə bilərdi, onun da mahiyyətində
həm də müstəsna qaydada tez-tez dönmələr
olurdu.
Mediçilərin
mənşəyinə gəldikdə, puldəyişənlər
gildiyasında olan Mediçi ailəsində faydalı fəallıq
hesabına yaranan iqlimdə xüsusi adam
meydana çıxdı ki, onu sülalənin banisi
adlandırmaq olardı. Həmin Covanni di Biktsi və
onun ailəsi Mucello vadisindən gəlmişdi. O,
Respublika hakimiyyətindən özünə xüsusi
mövqe xahiş etməsə də, onsuz da ona vəzifə
verildi və Covanni bunu qəbul etdi.
1413-cü ildə o, razılıq əsasında həmin
dövrdəki dünyada istənilən axtarışlara nail
olmağa çalışırdı. O, papa XIII Conun maliyyə agenti,
başqa sözlə, onun bankiri oldu.
Ümumiyyətlə, razılaşıldı ki,
Mediçilər həmin dövrdə ən iri və daha səmərəli
iqtisadi və maliyyə təşkilatı olsun. Həmin Covanninin varisi Kozimo
dünyada az qala ən varlı adama
çevrildi, həm də əsasən, ona görə ki, ailə
Papa Sarayının biznes işlərinə cəlb
olunmuşdu.
Ailə
bankın qollarını Venetsiyada, Romada və Neapolda
açdı, papa V Martininin maliyyə işini davam etdirdi və
həm də daim siyasi kompromisin bütün areallarından məsafə
saxlamağa borclu idi. Buna baxmayaraq, çox sayda
sürgün olunmuş dostlarını himayə etmək
üçün özünü ağıllı qaydada şəhərin
ictimai işlərinə də təqdim etdi.
Xatırladıldığı kimi, onların
maraqları, əlbəttə, yalnız siyasi həyatda mərkəzləşmirdi. Və həm də 1418-ci
ildə 8.300 dukat məbləğindəki gözə
çarpan pulu papa XXI Conu azadlığa çıxarmaq
üçün girov haqqı kimi verdi. XXIII Con kilsə tərəfindən papa əleyhinə
gözlənilən hərəkat başlamamışdan əvvəl,
1419-cu ildə öldü. Mediçilər
onun xatirəsinə həsr olunmuş abidə qoydular və
onun qəbri Baptisteriyada indiyə qədər qalır.
1421-ci ildə gonfalonier və ya bayraqdar - popolon
könüllülərinin başçısı
seçildi, bu, aydın şəkildə və həlledici
qaydada biznes dünyasından kənara çıxırdı. 1426-cı ildə
və kadastr institutunu yaratmağa qadir oldu, bundan Kommuna da fayda
götürürdü və o vaxtdan varlı torpaq sahibləri
üçün mülkiyyət vergisi qoyuldu. Beləliklə, o, zəiflərin marağı naminə
hətta özünün ziyanına da fəaliyyət göstərirdi.
1427-ci ildə nəticədə Kozimo Sinyoriya daxilində
kiçik şirkətlərin sayını azaltmağa və
kübarları, seçkini nizamlama qaydalarından
uzaqlaşdırmağa cəhd etdi. O, qüdrətli kübarların
davranışına əks olan fəaliyyətinin xalq tərəfindən
bəyənilməsini əldə etdi. O, təkcə öz
nüfuzuna və imperiyal aktlarının olmamasına
arxalanırdı. Bununla həm də özünün siyasi cəhətdən qabiliyyətli
olduğunu göstərirdi.
Bu
davranış lakin müəyyən demaqoqluq xətti də əmələ
gətirdi, bundan Mediçilər sonrakı illərdə daim
maksimum siyasi razılıq əldə etmək üçün istifadə etdilər. Bu onları ehtiyatlı və ağıllı
strategiya üzrə siyasət aparmağa, demək olar ki,
mütləq hakimiyyət dərəcəsini tələb etməyə
qadir etdi.
Sonralar da ölkədə başqa kozimolar olduğuna
görə o, Böyük Kozimo kimi adlandırıldı.
Özəl vətəndaşlar tərəfindən həmin
illərdə həyata keçirilən başlıca hadisə,
şəhərin mədəni mayasının artan sayda rəsm
əsərlərində olması idi. 1419-cu ildə İpək
Gildiyasından varlı Françesko Datini İnnosentlər
("Günahsızlar") hospitalının tikilməsini
maliyyələşdirdi. Altı il
sonra başqa bir gildiya San Covanni Baptisteriyası
üçün "Cənnət qapısı"nı
yaratmaq üçün heykəltaraş Gilbertiyə
sifariş verdi. XIX əsrdə böyük fransız heykəltaraşı
Oqyüst Reden bu ənənəyə uyğun olaraq
özünün yeni şedevri olan "Cənnət
qapısı"nı yaratdı. Karmina kilsəsi üçün freskalar tsikli
işlənib hazırlandı, interyeri isə "Müqəddəs
Pyotrun həyatından səhnələr" tablosu bəzədi.
Covanni di
Bektsi həmçinin, görkəmli patron olmaqla, San Lorentso
kilsəsini yenidən qurdurmuşdu, bu tezliklə Medisi kilsəsinə,
əslində isə, demək olar ki, ailə məbədinə
çevrildi.
1429-cu ildə Covanni öləndə kilsənin
tikintisini tamamlamağa yaxın idi. O, öz oğlu Kozimoya
tapşırdı ki, tikintini başa çatdırsın.
Mediçi ailəsinin Florensiyanın tarixi
inkişafında böyük xidmətləri olduğu
üçün, bu qalereyanın personajlarına
ayrılıqda baxmaq, onların mövqeyini və fəaliyyətini
araşdırmağa maraq və ehtiyac yaranır,
çünki əslində onların hər biri diqqət
obyekti olmağa layiqdir.
Böyük
Kozimo
Bu da bir
fakt idi ki, Kozimo ailənin taleyi barədə qətiyyətli hərəkət
etdi, həm də şəhərin özünün
aşağı təbəqəsini idarə etməklə
yanaşı, öz maraqlarını həyata keçirməyi də
yaddan çıxarmırdı.
Böyük
Kozimo Covanni
Bikstinin varisi olmaqla, güclü xarakterə malik idi. Bu tezliklə onun ailə işlərini idarə etməsində
aydın şəkildə üzə çıxdı.
O, həm də öz intellektual maraqlarına görə,
xüsusən də fəlsəfə sahəsində daha
çox xatırlanırdı.
Papa tərəfindən o, mömin adam kimi tanınırdı, onun yeganə səhvi bastard (haramzada) Karloya atalıq etməsi idi. O, Kozimonun qul qadınla intim yaxınlığının nəticəsi idi, lakin onu öz qanuni doğulan oğlu kimi sevirdi.
Kozimo ilk döyüşdə özünü xalqa yaxınlaşdırmışdı və bunu etməklə Florensiya kübarları tərəfindən aristokratik qaydada ona müxalif münasibət yaranmışdı. Kozimo xalqın narazılığından fayda götürürdü, beləliklə özünü müxalifətin başçısı etdi. Hakimiyyəti, hətta respublika rejimində də öz əlinə keçirdi. Lakin o, şəhər institutlarını rəsmi qaydada ləğv etmədi.
Sürgündən (bu cəza tədbiri Mediçilər üçün sonralar da baş vermişdi) qayıtdıqdan sonra Kozimonun başçılığı altında Mediçi ailəsi 1434-cü ildə şəhərin və bütün Toskananın suverenliyinə doğru irəlilədi, əslində, bu, bütöv əsr ərzində işlərə nəzarəti əl keçirmək demək idi.
O, müəyyən paternalist xarakterli münasibət nümunələri göstərdi,1469-cu ildə öləndə onun qəbri üzərində həmin başqalarından fərqli meyli əks olundu. Qəbir daşındakı yazıda onu "ölkənin atası" adlandırmışdılar.
İncəsənətə marağı və məhəbbəti, onun həyata keçirdikləri, bu qeyri-adi şəxsin xarakterini başa düşməkdə bizə xeyli kömək edir.
1456-cı ildə o, bir müzakirə dairəsi yaratdı, bununla faktiki olaraq, Platonik Akademiyanın əsasını qoydu. O, mühüm əhəmiyyəti olan əsərlər toplusunu bir yerə yığdı, o da gələcəkdə Mediçi - Lavrenti kitabxanasının nüvəsinə çevriləcəkdi. Onun kitabxanaçısı, gələcəkdə papa V Nikolasa çevriləcək alim idi və öz növbəsində o da Vatikan kitabxanasını yaratdı.
Kozimo həmçinin, rəssamlıqla maraqlanırdı, onun yanına rəssamlar gəlirdi. O və qardaşı Lorentso rəssam Gilbertiyə sifariş vermişdilər ki, qadın monastırı üçün qiymətli şeyləri saxlamaqdan ötəri mücrü düzəltsin.
Onun sevimli heykəltəraşı Donatello idi. O, sənətkara göstəriş
vermişdi ki, "David" və "Yudif və Olofern"
heykəllərini yaratsın. Axırıncı
əsər qrup şəklində idi. O, San Lorentso kilsəsindəki
bürünc kafedranı qurmağı da Donatelloya etibar
etmişdi.
O, hətta
arxitektorlara böyük ehtiram bəsləyirdi. Çoxtərəfli
fəaliyyəti, biznesdəki uğurları ona siyasət aləmində
də fayda gətirirdi. Bankın gəliri
hesabına heç kəsin köməyi olmadan, iki imperatoru dəbdəbəli
qaydada qonaq etməyə qadir olmuşdu. Onlar
Müqəddəs Roma imperatoru III Fridrix (o həm də
Almaniya kralı idi), və Bizans imperatoru İoann Paleoloq idi.
Üstəlik, beynəlxalq əlaqələr hesabına
o, Ferraradan Şuranı Florensiyaya
köçürmüşdü.
Fərəhli cəhət ondan ibarət idi ki,
bütün incəsənət üçün fəallığın
güclü stimulları yarandı. Rəssamlar insan
fiqurlarını təəssürat yaradan qaydalarda təsvir
edirdilər. Santa Mariya Novella kilsəsindəki
"Daşqın" freskası orta əsrlərdən bu
dini məkanın simvolu hesab edilirdi: Kozimo, Mediçi ailəsinin
nüfuzunu yüksəltmək naminə fəaliyyəti
daxilində həm də öz hakimiyyətini vurğulamaq istəyirdi.
(Ardı var)
Telman
Orucov yazır
525-ci qəzet.- 2022.- 23 noyabr.- S.14.