“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

 

İbrahim bəy Əli bəy oğlu Fuladov Qasım bəy Zakirin qız nəvəsi, Abdulla bəy Asimin böyük qardaşıdır. O, 1835-ci ildə Şuşa şəhərində anadan olub. Mehdiqulu xanın himayəsində böyüyən İbrahim bəy mükəmməl saray təhsili almışdı, farsrus dillərini gözəl bilirmiş. Bununla əlaqədar olaraq bir müddət rus məhkəməsində vəkillik etmişdi. Genetik olaraq şairlik istedadına malik olan İbrahim "Azər" təxəllüsü ilə fars və Azərbaycan dillərində şeir yazıb. Şeirlərinin az bir hissəsi gəlib bizə çatıb. "Məclisi-fəramuşan"ın fəal üzvlərindən olmuşdu.

İbrahim bəy Azər 1885-ci ildə Şuşada vəfat edib. Aşağıdakı şeir nümunələri Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" B:1981. II cild, Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" B-1987 kitablarından və AMEA ƏYİ-nin arxivində mühafizə olunan əlyazmalarından götürülüb.

 

Kərimov, Raqub Şahmar oğlu.

 filol. üzrə fəls. d-ru, prof.

 

525-ci qəzet.- 2022.- 25 noyabr.- S.15.