Millətə dair
Heyif, səd heyf ki, bu firqeyi-islam hənuz,
Elm, sənət görübən almadılar kam hənuz.
Şərqi-islamdən etmişdi tülu şəmsi-ülum,
Onda zahir görünür rövnəqi-əyyam hənuz.
Gör necə səngi-dil olduq, bizə təsir etməz,
Həqq peyğəmbərinin verdiyi peyğam hənuz.
Bu nə qətlü, bu nə qarət, nə oğurluq, nə fəsad,
Mərifət cadəsinə etmədik iqdam hənuz!
Qeyrilər kimi olaq əhli-məarif? Heyhat
Hanı bizdə o qədər fikrəti-itham hənuz.
Sağəri-mərifəti nuş qılıb özgə miləl,
İçmədik şövq ilə ol çeşmədə bir cam hənuz.
Heyf bizlərdə olan maddeyi-istedad,
Püxtəlik rəsmin edib məhv, olub xam, hənuz!
Elmisiz taleimiz bizləri idbar qoyub,
Olmadı
ovhəmi-iqbal bizə
ram hənuz.
Bəs deyilmi bu qədər
sərsənişi-möhnətü qəm,
Bəs deyilmi kim,
olaq habelə bədnam, hənuz!
Millətin əhli gərək
aqibətəndim ola,
Ötdü əyyami-sələf, keçdi
o həngam hənuz.
Sidq ilə müttəfiq olmuş necə gör cümlə ədu,
Əhli-islam qurur bir-birinə dam hənuz.
Şirlər künci-məzəllətdə qalıb şamü səhər,
Oldu rübahsüfatan
cümləsi zərgam
hənuz.
Olmadıq elmü əməl
birlə dəxi safi-zəmir,
Kədəraludə qılıb ayinəyi-cam hənuz.
Xabi-qəflətdən oyanmaq bizə məqduq deyil,
Balişi-qəmdə yatıb, xasilə həm am hənuz.
Hörməti-şəri mübin getdi fənayə yeksər,
Hanı
bəs sidq ilə varid ola əhkam
hənuz.
Mübtəla olmagilən tul-kəlamə,
Növrəs,
Üqəla məclisinə qoymamısan
kam hənuz.
Qış
Açdı külək qapışın,
getdi yenə qar qış,
Bərhəm oleydi görüm,
kuçeyi-bazar qış...
...Şiddət ilə tünd bad başladı şamü səhər,
Yeksərə iqbalımı eylədi idbar qış.
Olmadı
çöl əhlinə
Qələyə rahi-güzar,
Hər dərədə
bağlayıb yeddi ərəş tar, qış.
Zahir olub qəhd-ab, hamı deyir ələtəş,
Atı, ulağı
qılıb labüdü
naçar qış.
Dörd
tərəfə neçə
gün əsdidi səxti-sazaq,
Başladı yel vızhavız,
etdi qulaq kar qış,
Bir toyuğum var idi, heyf başın
kəsmədim,
Bir gecədə
dondurub, eylədi murdar qış.
Ət işi müşküldü
çox, yoxsul olan neyləsin,
Saldı qəmə aləmi haləti-ətvar qış.
Yağ üç əbbasıdır,
şor-penir altı şahı,
Bir yumurta üç qəpik, olsun evin var,
qış.
Rəsmdi
ki, qış çəkər fasiləsin
iki ay,
Bu necə yerdi, xuda, günbəgün artar qış!
Eyləmə qəm, ey könül, çövri-qışa,
səbr qıl,
Bir gün olur yaz olar,
yaş tökər, ağlar qış.
Baqi ola gər
həyat axtarasan sayəban,
Çünki gələr fəsli-yaz, məhv olur asar qış.
Növrəsi-miskin, dəxi fikri-xəyal
eyləmə,
Bülbül oxur, gül açar, axır olur xar qış.
525-ci qəzet.- 2022.- 25 noyabr.- S.15
Mirzə Ələsgər Növrəs