QƏZƏLLƏR
Ahu kimi baxanda o məstanə gözlərin,
Baxdıqca eyləyir məni divanə gözlərin.
Fərhad kimi mən kimiyə dağ çapdırır
Şirin baxışlı xosrovi-xubanə gözlərin.
Hər dəm ki, istəsə baxa bir kəc nigah ilə,
Yüz min könül yıxar yenə cananə gözlərin.
Zənciri-eşqini salıban boynuma
mənim,
Bak etməyib
çəkər məni
hər yanə gözlərin.
Eşqin
edibdir Azəri-dilxəstənü
çünun,
Məcnunsifət salıbdı biyabanə gözlərin.
lll
Arizin göstər gülə gülşəndə həmralənməsin,
Qəddi-rəna qarşısında sərv
balalənməsin.
Zülfi-mişkini-müsəlsəldə xəcil
qıl sünbülü,
Çeşmi- məstin nərgisə göstər ki, şəhlalənməsin.
Mahi-nov kimdir günəş rüxsarın ilə bəhs edə,
Bir kəsinti
dırnağınla hic qürralənməsin.
Çün könül məhbusdur
zülfündə, gəl
bir rəhm qıl,
Vurma əl zəncirə zindan əhli qövğalənməsin.
Gər sənin eşqində Azər olsa rüsva, eybi yox,
Kuhkən Şirindən ötrü
necə rüsvalənməsin?!
lll
Məgər, ey bivəfa, heç yar olanlar yarı sormazlar?
Əsiri- möhnəti-qürbət olan
bimarı sormazlar?
Məgər qayib olan yarı
xəyala bir gətirməzlər?
Məgər gözdən düşüb
yaddan çıxan əfkarı sormazlar?
Qəmi-zülfü ruxunla gecə-gündüzüm keçir
yeksan,
Məgər, ey əhdü peymansız, belə qəmxarı sormazlar?
Səba,
izhar qıl ol qönçələb
yarə bu peyğanım,
Nolub rəsmi-vəfa kim,
əndəlibi-zarı sormazlar?
Təəccüb kim əzəl katiblərindən
bu vəfa əhli
Neçün yoxdur vəfa bütlərdə, bu əsrarı sormazlar?
Xəyali-nərgisi-məstü qəmi-zülfi-siyahınla
Gecələr sübhədək fəryad
edən bim
Nə çox izhari-hal eylərsən, ey Azər, bu adətdir
Kim, istiğnalı soltanlar gədayi-xarı sormazlar!
İbrahim bəy Azər
525-ci qəzet.- 2022.- 25 noyabr.- S.15