Zamana boyun əyməyən köklü ənənələr: Azərbaycanda tolerantlıq mühitinin keçmişinə və indisinə bir baxış

 

Keçmişini öyrənmədən sağlam gələcək qurmağın mümkün olmadığını tarix çoxdan sübut edib. Minilliklərin sınağından çıxmış bu sadə adi qaydanı müdriklər elə sadə ifadə ilə tarixin yaddaşına həkk ediblər: keçmiş gələcəyin bünövrəsi, gələcək isə keçmişin davamıdır. Bəlkə, elə buna görədir ki, keçmiş insana həmişə cazibədar əlçatmaz görünür. Amma bəzən istisnalar da olur. İnsan keçmişinə baxanda köks ötürür, hətta xəcalət çəkdiyi məqamlar da ola bilər. Xalqlar, toplumlar da insanlar kimidir: keçmişi, bu günü gələcəyi var. Lakin keçmişinə sahib çıxmayan xalqlar gələcəyin qurbanına çevrilir. Bəzən də, xalqlar bəzi insanlar kimi keçmişə baxmağa cəsarət etmirlər. Çünki arxaya boylandıqda qaranlıq və ləkəli keçmişlə qarşılaşacaqlarından ehtiyatlanırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimovanın fikrincə, Azərbaycan xalqının bir xoşbəxtliyi də bundadır ki, gələcəyinə ümidinamla baxdığı kimi, keçmişinə də alnıaçıq və şərəflə baxır. Xalqımızın tarixində çətin və əzablı dövrlər çox olub, lakin heç bir zaman ümidsizliyə qapılmayıb, qaranlıq günlər yaşamayıb: "Bəzən xalqlar iki qrupa ayrılırlar: tarix yaradantarix yazan xalqlar. Azərbaycan xalqı bütün dövrlərdə tarix yaradıb, amma nədənsə yaratdıqlarını tarixə köçürməyə diqqət yetirməyib. Bəlkə elə buna görədir ki, tariximizi bəzən başqalarının yazdıqları əsasında öyrənmək məcburiyyətində qalırıq. Başqalarının yazdığı tarix isə bir çox hallarda ya saxta, ya da təhrif olunmuş faktlara əsaslanır.

Azərbaycan xalqı dəfələrlə işğala, soyqırımlara məruz qalıb, tarixi ərazilərini itirib, milyonlarla soydaşımız didərgin həyatı yaşamalı olub. Çünki xalqımız tarixdən ya gecaz nəticə çıxarıb, ya da ümumiyyətlə nəticə çıxarmayıb, zaman keçdikcə unutqanlaşıb, bəlkə də, məqsədli şəkildə unutqanlaşdırılıb. Bu baxımdan, bizim üçün tarix yazmaq, tarix yaratmaq qədər zəruri və labüddür.

Başqalarından fərqli olaraq, Azərbaycan xalqının sağlam gələcək qurmaq üçün saxta tarix yazmağa, dumanlı keçmiş uydurmağa ehtiyacı yoxdur. Sadəcə keçmişə boylanmağımıza, məqsədli şəkildə saxtalaşdırılmış tariximizi yenidən vərəqləməyimizə, nəticə çıxarmağımıza ehtiyac var. Bu, bizə təkcə tariximizi doğru-dürüst bilmək və gələcəyimizi sağlam təməllər üzərində qurmaq yox, həm də saxta tarix uydurub, onun arxasında gizlənənlərin maskasını yırtmaq üçün lazımdır. Çağdaş ifadə ilə desək, Azərbaycan xalqının tarixini reklam etməsinə gərək yoxdur, amma haqlı olduğunu sübut etmək üçün həqiqəti təbliğ etməyə ehtiyacı böyükdür. Bəlkə də bu, gələcəyimiz üçün labüd və zəruridir. Çünki zərurət ehtiyacdan doğur, ödənilmədikdə ciddi fəsadların yaranması qaçılmaz hala çevrilir".

Elnarə Kərimovanın sözlərinə görə, dünyada iki mindən artıq xalq yaşayır. Amma onlardan yalnız iki yüzünün dövləti mövcuddur. Azərbaycan xalqının müstəqil dövlət qurmuş iki yüz xalqdan biri olması qürurverici faktdır. Lakin o da nəzərə alınmalıdır ki, Azərbaycan xalqının coğrafi sərhədləri bugünkü Azərbaycan dövlətinin sərhədlərindən çox-çox böyükdürbu xüsusiyyətinə görə, bəlkə də azərbaycanlılar heç bir xalqla müqayisə oluna bilməzlər. Çünki bu gün dünyada 60 milyona yaxın azərbaycanlı yaşasa da, onlardan cəmi 9 milyona yaxını Azərbaycan vətəndaşıdır. Deməli, tariximizin yaranma coğrafiyası Azərbaycanın ərazisindən dəfələrlə böyük, bu tarixi yaradanların sayı isə onun vətəndaşlarının sayından qat-qat çoxdur: "Azərbaycan Şərqlə Qərbin, Cənubla Şimalın qovşağında yerləşdiyi üçün müxtəliflikdən doğan zənginlik təkcə onun mədəniyyətində deyil, eyni zamanda təbiətində də açıq şəkildə özünü büruzə verir. Ölkəmizin ərazisinə nəzər yetirdikdə, Azərbaycan təbiətinin iqlim, relyef, hətta faunaflora baxımından rəngarəngliyini görməmək mümkün deyil. Şübhəsiz, bu rəngarənglik Azərbaycanın tarixi-coğrafi ərazilərinin timsalında daha qabarıq nəzərə çarpır. Təsəvvür edin ki, tarixən Azərbaycana məxsus olmuş ərazilərdə əksər iqlim tiplərinə - subtropikmülayim qurşaqlara, səhra və yarımsəhra, eləcə də yüksək dağlıq və meşə relyefinə rast gəlmək mümkündür. Bu cür əlverişli təbii-coğrafi şəraitə, zəngin faunaflora aləminə və mülayim iqlimə malik olan Azərbaycanın Yer kürəsində ibtidai insanın formalaşdığı bölgələrdən biri olması təsadüfi deyil".

Şöbə müdiri bildirib ki, ölkənin müxtəlif bölgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycanda ən qədim insan mədəniyyəti izinin yaşı milyon illərlə ölçülür. Məsələn, 1,5 milyon ildən artıq yaşı olan Quruçay mədəniyyəti insanları əvvəl Quruçay hövzəsində açıq düşərgədə yaşamış, sonralar iqlim şəraitinin dəyişməsi ilə əlaqədar yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Ermənistan tərəfindən işğal olunmuş Füzuli rayonu ərazisində yerləşən Azıx mağarasında aparılmış arxeoloji tədqiqatlar təsdiqləyir ki, qədim insanlar buraya 1-1,2 milyon il əvvəl köçmüşlər.

Tapıldığı yerin adı ilə əlaqədar azıxantrop adlandırılan bu dövrün adamı təkcə Azərbaycanda deyil, həm də bütün Qafqazda həmin vaxtda yaşamış insanların fiziki quruluşunu öyrənmək üçün əsas olmuşdur. Təkcə onu demək kifayətdir ki, təxminən 400 min il yaşı olan azıxantrop keçmiş sovetlər məkanında ən qədim insan tipi nümunəsidir: "Qədim insan məskənlərinə və mədəniyyət ocaqlarına Yer kürəsinin müxtəlif bölgələrində rast gəlmək mümkündür. Bu cür yaşayış məskənlərinin, demək olar ki, hamısı arxeoloji qazıntı və tədqiqatlar nəticəsində aşkarlanıb. Maraqlıdır ki, açıq səma altında muzeyi xatırladan Qobustan qayaüstü abidələri onların arasında nadir istisnalardan birini təşkil edir. Unikallığı ilə seçilən bu abidələr indiki zamanla o dövr arasında 12 min il yaşı olan dağılmaz bir körpüdür.

Qobustan abidələri qədim mədəniyyətin dövrümüzə qədər gəlib çıxmış kiçik izləri kimi mahiyyətində və məzmununda tarixi elementlərlə yanaşı, o dövrün xarakteristikasını da gizləyib. Bu baxımdan "Qobustan sirləri"nin açılmasının və izahının o dövrdə ibtidai incəsənətin və əhalinin dini görüşlərinin, xüsusilə ovsun-totem inamlarının öyrənilməsində əvəzsiz rolu ola bilər. Əslində, YUNESKO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısına salınmış və bütün bəşəriyyətin ortaq mədəni sərvətinə çevrilmiş Qobustan çoxdan Azərbaycanın sərhədlərini aşıb.

Bəşər sivilizasiyasının beşiyi tarixşünaslıqda çox vaxt Yaxın Şərq, daha konkret desək, Mesopotomiya, qədim Babilistan hesab edilir. Maraqlıdır ki, bu məsələdə tarixçilərlə dinşünasların qənaəti, demək olar ki, üst-üstə düşür. Çünki müqəddəs kitablarda rəvayət edilən tarixi hadisələrin baş verdiyi coğrafi ərazilər əsasən bu bölgədə yerləşir.

Azərbaycanın tarixi torpaqlarında yaşamış tayfaetnik qrupların, eləcə də bu ərazidə yaranmış dövlətlərin ən qədim dövrlərdən başlayaraq bütün tarixi mərhələlərdə Mesopotomiya ilə sıx mədəni, iqtisadisiyasi əlaqədə olması inkarolunmaz faktdır. Çünki Mesopotamiyada ardıcıllıqla mövcud olmuş ən qədim dövlətlər - Şumer, AkkadAssuriya ilə Azərbaycan ərazisində yaşayan tayfa birləşmələrinin əlaqələri barədə bəzi Şumer dastanlarında məlumatlar var. Həmin məlumatlar Mesopotamiya ilə həmyaşıd və qonşu olan  Azərbaycan ərazilərinin bəşər sivilizasiyasının beşiyi sayılan bölgənin tarixilik və mədəniyyət baxımından tərkib hissəsi kimi xarakterizə edilməsinə kifayət qədər əsas verir. Bunu qədim Şumer dastanları, Assur mixi yazıları ilə yanaşı, müqəddəs kitablar da təsdiqləyir.

Tövrat və İncildə bəzi yer adları var ki, onların Azərbaycan ərazisində olması ilə bağlı görkəmli tədqiqatçılar əsaslandırılmış fikirlər söyləyiblər. Məsələn, "Əhdi-ətiq"də tez-tez rast gəlinən və Adəmə yaşamağa icazə verilən Ədən bağları barədə Varlığın ikinci fəslində maraqlı məqamlar var. Orada qeyd edildiyinə görə, Ədəndəki çaylardan biri "Quş torpağından axan" Hixondur. İncilin tədqiqi ilə məşğul olan alimlərin bir çoxu ehtimal edir ki, Hixon Araz çayıdır. Quş torpağı isə Xəzər dənizinin dalğalarının yuduğu bir sahildir.

Bu məsələdə maraqlı məqamlardan biriilk səmavi dinlərin - yəhudilik və xristianlığın erkən dövrlərindən etibarən Azərbaycanda yayılmağa başlamasıdır. Tarixi qaynaqlara görə, istər yəhudiliyin, istərsə də xristianlığın ilk təbliğatçılarının və mənsublarının üz tutduqları yerlərdən biri Azərbaycan əraziləri olmuşdur. Bunun səbəbləri sırasında coğrafi yaxınlıq, mədəni-sosial oxşarlıq və siyasi amillə yanaşı, çox güman ki, müqəddəs kitablarda Azərbaycan əraziləri ilə bağlı adların çəkilməsinin də təsiri var. Çünki müqəddəs kitablarda rəvayət edilən hadisələr, onların baş verdiyi ərazilər və yer adları bu kitablara inanan insanların diqqətini çəkirdi və onlar həmin yerlərə can atırdılar".

Elnarə Kərimovanın dediyinə görə, mədəniyyəti xalqlar, toplumlar yaradır, amma onu qorumaq hər xalqa nəsib olmur. Yəqin çoxları razılaşar ki, yalnız güclü və qüdrətli dövlət qurmuş xalqlar yaratdıqları yüksək mədəniyyəti qoruya bilərlər. Çünki qorunmayacağı təqdirdə ən yüksək mədəniyyətin belə məhvi labüddür. Əslində, hər bir xalqın qurduğu dövlət həm də onun mədəni səviyyəsinin göstəricisidir. Bu baxımdan dövlət böyük mənada mədəniyyətin tərkib hissəsidir. Bu, həm də böyük dövləti yüksək mədəniyyətə malik xalqların qurması deməkdir.

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləşməsinin tarixi eramızdan əvvəl üçüncü minilliyə gedib çıxır. Həmin dövrdə formalaşmış və Azərbaycan ərazilərinin böyük bir hissəsini əhatə edən Aratta dövləti yaranma tarixinə və idarəçilik formasına görə Mesopotomiyanın ən qədim dövləti sayılan Şumerlə müqayisə edilə bilər. Deməli, Aratta kimi bir dövləti mədəni səviyyəsi ən azı şumerlilər qədər olan bir toplum qura bilərdi.

Hər bir xalqın formalaşmasında müxtəlif etnoslaretnik qruplar iştirak edir. Dünyada elə bir xalq yoxdur ki, yalnız bir etnosya tayfa birləşməsindən ibarət olsun. Azərbaycan xalqının formalaşmasında onlarla etnosetnik qrup iştirak edib. Bu xüsusiyyətinə görə azərbaycanlılarla müqayisə oluna biləcək xalqların sayı çox azdır. Çünki Azərbaycan ərazilərində hələ erkən dövlətlər formalaşmazdan xeyli öncə çoxsaylı etnoslar yaşayıb, üstəlik, zaman keçdikcə onlarla etnik qrup müxtəlif səbəblərdən burada məskunlaşıb və xalqımızın formalaşmasında iştirak edib: "Maraqlıdır ki, çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin bu qədər müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir etnik qrup buradan başqa bir əraziyə köçürülməyib. Bu, tolerantlıq keyfiyyətinin Azərbaycan xalqının etnik tərkibindən irəli gəldiyini, eyni zamanda, minillər öncə bu ərazilərdə mövcud olmuş sivilizasiyanın bünövrəsində dözümlük mədəniyyətinin dayandığını göstərir. Deməli, Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir. Bu fakt onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilib".

 

(Ardı var)

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 29 noyabr.- S.14.